Icma.az
close
up
RU
Bağça bağım saralıbdır, solubdur

Bağça bağım saralıbdır, solubdur

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Anar MƏCİDZADƏ

Mənim həyatım

Yaşamışam həyatımı yaxşı, pis,

Ürəyimdə sevinc olub, qəm olub.

Çatmamışam arzuların çoxuna,

Neçə arzum, istəyim də kəm olub.

Bağça-bağım saralıbdır, solubdur,

Payız gəlib yarpağımı yolubdur,

Mənə olan əzəlindən olubdur,

Ağrı-acı saçlarımda dən olub.

Çox getmişəm mən fələyin badına,

Alışmışam ocağına, oduna,

Düşməmişəm bu taleyin yadına,

Qəlbim dərdli, gözlərim də nəm olub.

Başım üstə külək əsmiş, yel əsmiş,

Ömrüm-günüm son anına tələsmiş,

Anar, həyat bir ötəri həvəsmiş,

Bu həvəs də bir an olub, dəm olub.

Atılan daş

Ruhumu qırmaq üçün

Çoxları daş atdılar.

Atdıqları daş ilə

Başdaşı ucaltdılar.

Tanrı verən bu ömrü,

Mən yaşaya bilmədim.

Daşı atan adamlar

Adımı yaşatdılar.

Bəlkə də ölməmişdim,

Bəlkə yuxuda idim,

Daşı atan adamlar

Yuxudan oyatdılar.

Sən mənim ən böyük arzum

Sənin taleyini yazan Allahım,

Mənim taleyimlə qoşa yazaydı.

Sevgini, sevinci bahara, yaza,

Hicranı, həsrəti qışa yazaydı.

Çəkəydim hər zaman nazını sənin,

Nə qüssəm, nə dərdim, qəmim olaydı.

Heç nə istəməzdim Tanrıdan daha,

Yetər ki, gülüşün mənim olaydı.

Arzular nə çoxdur, ucsuz-bucaqsız,

Sən mənim ən böyük arzum olmusan.

Elə bir çiçəksən sevgi bağında,

Nə bir saralmısan, nə bir solmusan.

Ömür uçub gedən bir quşa bənzər,

O ötən ömür də dönəsi deyil.

Sən olan eşqim - saf məhəbbətim,

Yüz illər ötsə də, sönəsi deyil.

Sənin taleyini yazan Allahım,

Mənim taleyimlə qoşa yazaydı.

Sevgini, sevinci bahara, yaza,

Hicranı, həsrəti qışa yazaydı.

Səni unutmadım

Bir gözümdə sevinc var,

Bir gözümdə qəm-kədər.

Məndən nigaran olma,

Yaşayaram bir təhər.

Özündən muğayat ol,

Özünü qoru, barı.

Əzəlindən yox imiş

Dünyanın etibarı.

Düşünmə, unutmuşam,

Baxışın yadımdadır.

Özün uzaqlardasan,

Xəyalın yanımdadır.

Hər gün səni düşünüb,

Hər gün səni anıram.

Od-ocağa nə gərək?

Mən hicrana yanıram.

Bir gözümdə sevinc var,

Bir gözümdə qəm-kədər.

Məndən nigaran olma,

Yaşayaram bir təhər.

İstəyirəm uşaq olum

Ömür gedir axarıyla,

Qocalıram yavaş-yavaş.

Mən yenidən uşaq olub,

Ötən günə dönəydim kaş.

Görəydim ki, uşağam mən,

Həyatımda həmin çağdır.

Bu dünyadan köçənlərsə

Ölməyiblər, hamı sağdır.

Yaş üstünə yaş da gəlir,

Ötür günlər, ötür zaman.

Solur üzdə gülüşlərim,

Xatirələr vermir aman.

İstəmirəm dünya malın,

Nə xan olum, nə şah olum.

İstəyirəm, a dostlar, mən -

Kaş yenidən uşaq olum.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Oktyabr 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see456

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see345

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see337

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see323

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see293

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see292

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see288

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see277

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see275

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see275

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see270

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see268

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see251

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see251

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see251

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see223

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see217

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see216

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see215

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri