Parkinson xəstələrinə yeni ümid: İnteqrativ müalicə nə vəd edir?
Icma.az, Medicina portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Parkinsonla mübarizədə inteqrativ müalicə yanaşması diqqət çəkir.
Medicina.az xəbər verir ki, bütüncül tibb olaraq da tanınan bu yanaşmanın tətbiqi ilə son dövrlərdə Parkinson xəstələrində uğurlu nəticələr əldə edilir.
Klassik tibbdə Parkinson xəstələrinə standart yanaşma olaraq beyində azalan dopamin səviyyəsini artırmaq hədəflənir.
İnteqrativ Tibb mütəxəssisi, nevroloq Ülviyyə Səlimova qeyd edir ki, ənənəviyanaşma bir müddət sonra xəstədə dərmana qarşı dözümlülük yaradır və getdikcə dərman dozaları artırılsa da, istənilən effekt alınmır.
İnteqrativ tibb yanaşmasında isə yalnız simptomlar deyil, pasiyentin ümumi sağlamlıq vəziyyəti və gündəlik həyatına təsir edən digər amillər də nəzərə alınır.
Orqanizmdəki iltihabi proseslər, bağırsaq sağlamlığı, metabolik pozuntular, travma, toksin yüklənmələr, mineral-vitamin çatışmazlığı və digər faktorlar da kompleks dəyərləndirilir. Eyni zamanda, pasiyentin mövcud nevroloji müalicəsi diqqətdə saxlanılır.
Bu yanaşmanın əsas məqsədi hərəkət qabiliyyətini, gündəlik həyatda müstəqilliyi və ümumi həyat keyfiyyətini dəstəkləməkdir.
İnteqrativ yanaşmada xəstəyə ilkin olaraq drenaj-detoksikasiya proseduru aparılır və orqanizm toksinlərdən təmizlənir. Mütəxəssisin sözlərinə görə, hətta bəzi hallarda bu ilkin prosedurdan sonra bədənindən ağır metallar (qurğuşun, civə və s.) təmizlənmiş xəstənin əsmələrinin dayandığı müşahidə olunur.
Nevral terapiya ilə sinir sisteminə təsir etmək yolu ilə patoloji reaksiyalar bloklanır.
Daha sonra müalicə xəstənin fərdi ehtiyacları nəzərə alınmaqla davam etdirilir. Müalicə əsnasında əsasən bitki tərkibli biotənzimləyici preparatlardan istifadə edilir.
Qeyd edək ki, Azərbaycanda sözügenən müalicə Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində uğurla həyata keçirilir.
Mərkəzdə Parkinsondan əziyyət çəkən xəstələrin müalicəsinin müsbət nəticələrini link vasitəsilə də izləyə bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 23 Noyabr 2026 19:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















