Bağça müdiri olmaq istəyənlər üçün elektron sənəd qəbulu başlayıb
Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayıb.
"Report" xəbər verir ki, müsabiqənin elektron sənəd qəbulu mərhələsi dekabrın 4-dək davam edəcək.
Qeyd edək ki, müsabiqədə pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər.

