Icma.az
close
up
RU
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR

Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2025-2026-cı tədris ili üzrə Təhsil Tələbə Krediti (TTK) çərçivəsində ən çox maliyyə vəsaiti ayrılan 10 ixtisasın statistik göstəriciləri məlum olub.

Modern.az Azedu.az-a istinadən xəbər verir ki, ən çox vəsait biznesin idarə edilməsi ixtisası üzrə ayrılıb. Belə ki, bu ixtisas üzrə 5 798 müqavilə bağlanıb, 3 050 tələbə təhsil tələbə kreditindən yararlanıb. Ayrılan ümumi vəsaitin məbləği 6 milyon 841 min 206,28 manat təşkil edib.

Siyahıda ikinci yerdə sosial iş ixtisası qərarlaşıb. Bu sahə üzrə 2 905 müqavilə bağlanıb, 1 277 tələbəyə ümumilikdə 2 milyon 679 min 97,15 manat kredit ayrılıb.

İlk üçlüyü Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası tamamlayıb. Bu ixtisas üzrə 2 935 müqavilə əsasında 1 084 tələbəyə 2 milyon 404 min 536,25 manat vəsait ayrılıb.

İqtisadiyyat ixtisası 2 milyon 166 min 440,60 manatla dördüncü, hüquqşünaslıq isə 2 milyon 95 min 877,33 manatla beşinci yerdə qərarlaşıb.

Reytinqin növbəti pillələrində ibtidai sinif müəllimliyi (1 milyon 996 min 481,50 manat), menecment (1 milyon 783 min 766,08 manat), marketinq (1 milyon 775 min 594,23 manat), maliyyə (1 milyon 593 min 474,42 manat) və tibb (1 milyon 592 min 432,75 manat) ixtisasları yer alıb.

Nəticə etibarilə 2025-2026-cı tədris ilində TTK vəsaitinin bölgüsündə biznesin idarə edilməsi ixtisası digər sahələri əhəmiyyətli fərqlə qabaqlayıb. İlk onluqda müəllimlik, iqtisadiyyat, hüquq, idarəetmə və tibb kimi müxtəlif istiqamətlərin təmsil olunması isə tələbələrin təhsil maliyyələşməsinə ehtiyacının fərqli ixtisas sahələrini əhatə etdiyini göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 Oktyabr 2026 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri