Hindistanda ayaqqabı fabrikində yanğın: 4 nəfər öldü
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Hindistanın Dehli şəhərində ayaqqabı fabrikində baş verən güclü yanğın nəticəsində azı 4 nəfər ölüb, 2 nəfər yaralanıb.
Bakıvaxtı.az yerli mediaya istinadən xəbər verir ki, yanğın Manqolpuri sənaye zonasında yerləşən müəssisənin zirzəmisində yaranıb.
Binadan huşsuz vəziyyətdə tapılan 6 nəfər xəstəxanaya çatdırılıb. Onlardan 4-ü ölüb, 2-si isə həkimlərin nəzarəti altındadır.
Hadisə yerinə 20-dən çox yanğınsöndürmə briqadası cəlb edilib. Fabrikdə tezalışan materialların, o cümlədən rezin və kimyəvi maddələrin olması səbəbindən söndürmə işləri təxminən 4 saat davam edib.
Polis və kriminalistlər hadisənin səbəblərini araşdırmağa başlayıblar. Mütəxəssislər binanın planını, giriş və çıxışların mövcudluğunu, həmçinin yanğın təhlükəsizliyi tələblərinə əməl olunmasını yoxlayırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 31 Oktyabr 2026 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















