Bağça müəllimləri ilin sonunadək sertifikasiyadan keçiriləcək
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
“İlin sonunadək 12 minə yaxın tərbiyəçi-müəllimin sertifikatlaşdırılması keçiriləcək”.
“Qafqazinfo” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirib.
O bildirib ki, uşağın məktəbəqədər təhsilə çıxışını təmin etmək hələ keyfiyyətli məktəbəqədər təhsil demək deyil. Keyfiyyəti müəyyən edən əsas amillərdən biri hər gün uşağın qarşısında dayanan tərbiyəçi-müəllimdir: “Bu səbəbdən son illərdə tərbiyəçi-müəllimlərin işə qəbulunda mərkəzləşdirilmiş və rəqabətli seçim mexanizmi tətbiq edilib. Bu mexanizm vasitəsilə təxminən 1300 yeni ixtisaslı tərbiyəçi-müəllim sistemə cəlb olunub. Eyni zamanda tərbiyəçilərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi istiqamətində geniş diaqnostik proses həyata keçirilib, 11 mindən çox tərbiyəçinin bilik və bacarıqları qiymətləndirilərək onların peşəkar inkişaf ehtiyacları müəyyən edilib. Növbəti mühüm mərhələ tərbiyəçi-müəllimlərin sertifikatlaşdırılmasıdır. İlin sonunadək 12 minə yaxın tərbiyəçi-müəllimin sertifikatlaşdırılması təşkil ediləcək.
Beləliklə, məktəbəqədər təhsildə yanaşmamızın iki əsas xətti bir-birini tamamlayır: daha çox uşağa çıxış yaratmaq və həmin uşağın qarşısına daha hazırlıqlı, daha peşəkar pedaqoq çıxarmaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 11 Sentyabr 2026 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















