Icma.az
close
up
RU
Bağçada azyaşlıya qarşı zorakılıq Digər müəllimlə bağlı da tədbirlər GÖRÜLƏCƏK

Bağçada azyaşlıya qarşı zorakılıq Digər müəllimlə bağlı da tədbirlər GÖRÜLƏCƏK

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Lənkəran Kaspi Kids" bağçasında müəllimin uşağa şiddət göstərməsi ilə bağlı görüntülər yayılıb.

Sosial şəbəkələrdə yayılan görüntüdən məlum olur ki, müəllim uşağı qəfil yerindən qaldırır, digər azyaşlını su qabını əlində tutmağa məcbur edir. Ardından məhz onun əli vasitəsilə uşağın başına zərbə endirir.

Hadisə nəticəsində uşaq baş nahiyəsindən xəsarət alıb. Məsələ ilə əlaqədar DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin məsələ ilə bağlı hazırda Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır.

Şirkətdən bildirilib ki, hadisəni törədən müəllim işdən çıxarılıb. Həmçinin, bağçanı işlədən şirkətlə bağlanan françayzinq müqaviləsi ləğv edilib.

Modern.az məsələ ilə əlaqədədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxlayıb.

Qurumun Uşaq məsələləri üzrə şöbəsinin əməkdaşı Şəbnəm Cəfərova saytımıza açıqlamasında bildirib ki, Komitə yerli icra hakimiyyəti orqanı ilə əlaqə saxlayıb:

"Lənkəran şəhərində baş verən bu hadisə ilə bağlı biz dərhal yerli icra orqanı ilə - Lənkəran şəhər İcra Hakimiyyətinin uşaq hüquqlarını müdafiəsi üzrə komissiya ilə əlaqə saxlamışıq. Artıq bizə bildirildi ki, yerli icra hakimiyyəti orqanı tərəfindən uşağın ailəsinə dəstək göstərilib. Hazırda müəllim işdən azad olunub. Amma məsələ bununla yekunlaşmır. Cinayət işi açılıb. Hazırda hüquq-mühafizə orqanlarında cinayət işi açılıb".

Ş.Cəfərova videoda görünən digər müəllimlə də bağlı tədbir görüləcəyini deyib:

"Eyni zamanda videodanda göründüyü kimi həmin zorakılıq törədən müəllimin yanındakı digər müəllim də hadisəyə etinasızlıq göstərir. Bu özü də zorakılığın bir növüdür. Uşaq ağlayır, çətin vəziyyətdədir, amma digər müəllim heç reaksiya vermir. O, müəllimlə də bağlı iş həyata keçiriləcək.  Ümumiyyətlə, bağçanın fəaliyyəti ilə bağlı məsələ ön plandadır. Hazırda iş davam etdirilir. İşin yekununa uyğun olaraq digər məlumatlar da veriləcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 May 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri