Uşaqların boyunun uzanması üçün nə yemək lazımdır?
Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Uşaqların və yeniyetmələrin boyunun uzanmasında qidalanmanın keyfiyyəti qəbul edilən kalorilərin ümumi miqdarı qədər əhəmiyyətli ola bilər. Çinli alimlər təxminən 1,7 milyon məktəblinin 1985–2019-cu illər üzrə boy göstəricilərini təhlil etdikdən sonra bu qənaətə gəliblər.
Azpost.info bildirir ki, araşdırmanın nəticələri “PLOS Medicine” elmi jurnalında dərc olunub.
Alimlər bir neçə onillik ərzində Çində qidalanma vərdişlərinin dəyişməsinin uşaqların fiziki inkişafına necə təsir etdiyini araşdırıblar. Bunun üçün ölkənin 30 regionunda keçirilmiş milli boy ölçmələrinin nəticələri ərzaq məhsullarının istehlakı ilə bağlı məlumatlarla müqayisə edilib. Qeyd edək ki, qidalanma ilə bağlı məlumatlar hər bir uşağın fərdi rasionunu deyil, ev təsərrüfatlarının orta istehlak göstəricilərini əks etdirib.
1985–2019-cu illərdə çinli məktəblilərin orta standartlaşdırılmış boy göstəricisi mənfi 1,1-dən 0,1-ə yüksəlib. Bu dövrdə əhalinin əsasən taxıl məhsullarına söykənən qidalanma modelindən uzaqlaşdığı və rasionun daha müxtəlif olduğu müşahidə edilib.
Həmin müddətdə Çində 19 yaşlı kişilərin orta boyu təxminən 9 santimetr artıb. Bu, beynəlxalq müqayisədə araşdırılan 200-ə yaxın ölkə və ərazi arasında ən böyük artım olub.
Boyun uzanması ilə ən çox əlaqəli qidalar hansılardır?
Araşdırmaya görə, yumurta və dəniz məhsulları bütün tədqiq olunan dövrlərdə boy göstəriciləri ilə ən sabit müsbət əlaqə nümayiş etdirib.
2000-ci ildən sonra süd və meyvələrin rolu daha da artıb. 2011–2019-cu illərdə isə meyvə, qoz-fındıq, yumurta və südlə zəngin qidalanma modeli boy göstəriciləri ilə ən güclü əlaqəyə malik olub.
Alimlər bu qidalanma modelini ingilis dilindəki məhsul adlarının baş hərflərindən istifadə edərək FUEL adlandırıblar.
Tədqiqatçılar müəyyən ediblər ki, bu əlaqə regionların iqtisadi inkişaf səviyyəsi, əhalinin təhsil göstəriciləri, günəşli saatların müddəti və temperatur kimi amillər nəzərə alındıqdan sonra da qorunub.
Təhlil göstərib ki, zülal, yağ, kalsium və sinklə daha zəngin qidalanma da boy göstəricilərinin yüksək olması ilə əlaqəlidir. Xüsusilə kalsiumun miqdarı və kalsium-fosfor nisbəti mühüm göstəricilər hesab edilib.
Bununla yanaşı, alimlər qidanın enerji dəyərində karbohidratların payı ilə boy göstəriciləri arasında əks əlaqə aşkarlayıblar. Lakin bu, karbohidratların fiziki inkişafa mane olması demək deyil. Nəticə ümumi qidalanma tərkibindəki fərqlərlə bağlı ola bilər.
Son illərdə aparılan təhlillərdə qəbul edilən enerjinin ümumi miqdarı ilə boy arasında statistik baxımdan əhəmiyyətli əlaqə müəyyən edilməyib.
Bu qidalanma modelinin başqa üstünlükləri də var
FUEL qidalanma modelinin təkcə sağlamlıq deyil, ətraf mühit və ailə büdcəsi baxımından da üstünlükləri ola bilər.
Müəlliflərin hesablamalarına görə, 2010–2023-cü illərdə bu model əsasən ət məhsullarına üstünlük verilən rasionlarla müqayisədə daha az istixana qazı emissiyasına səbəb olub. Fərdi istehlak üzrə bu göstərici ildə təxminən 1–1,8 ton karbon qazı ekvivalenti təşkil edib.
Bundan başqa, belə qidalanma torpaq və şirin su ehtiyatlarından nisbətən az istifadəni tələb edib. Araşdırmada müqayisə olunan qidalanma modelləri arasında ərzaq məhsullarının hesablanmış dəyəri də ən aşağı olub.
Alimlər valideynlərə hansı mesajı verir?
Tədqiqat müəllifləri vurğulayırlar ki, nəticələr konkret qida məhsulları dəstinin birbaşa boy artımına səbəb olduğunu sübut etmir.
Araşdırma müşahidələrə və əsasən regional istehlak məlumatlarına əsaslandığından nəticələrə digər amillər də təsir göstərə bilər. Daha dəqiq nəticələr əldə etmək üçün uşaqların fərdi qidalanmasını uzun müddət izləyən tədqiqatlara və nəzarətli sınaqlara ehtiyac var.
Alimlərin fikrincə, əldə olunan nəticələr uşaqların sağlam inkişafını dəstəkləyən, eyni zamanda iqtisadi və ekoloji amilləri nəzərə alan qidalanma tövsiyələrinin hazırlanmasına kömək edə bilər.
N.Talıblı
Post navigationPrevious: Trampı Çindən “Qiyamət günü təyyarəsi” müşayiət edib – Səbəb nədir?
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 20 Noyabr 2026 09:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















