Kiyevdə 3 körpü zədələnib, hərəkət məhdudlaşdırılıb
Icma.az, Apa.az saytına istinadən bildirir.
Ukraynanın paytaxtı Kiyevdə noyabrın 20-nə keçən gecə ballistik zərbələr nəticəsində 3 körpünün zədələndiyi bildirilib.
APA xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat yayıb.
Onun sözlərinə görə, Podolsk-Voskresenski körpü keçidində zədələnmə qeydə alınıb və sağ sahildən sol sahilə hərəkət müvəqqəti bağlanıb. Darnitski körpüsündə zərərin miqyası hava hücumu xəbərdarlığı başa çatdıqdan sonra qiymətləndiriləcək.
Cənub körpüsündə isə hərəkət məhdudlaşdırılıb. Burada yalnız çəkisi 10 tona qədər olan avtomobillərin və 18 tona qədər olan ictimai nəqliyyatın sol sahildən sağ sahilə keçməsinə icazə verilir.
Kliçko sakinlərə zərurət olmadıqda şəxsi avtomobillərlə şəhərə çıxmamağı, imkan olduğu təqdirdə müəssisələrə əməkdaşlar üçün distant iş rejimi tətbiq etməyi tövsiyə edib.
Bundan əlavə, enerji sistemində gərginliyin olmaması səbəbindən Peçersk, Solomenski və Qoloseyev rayonlarının bir hissəsində trolleybusların hərəkəti müvəqqəti dayandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 20 Noyabr 2026 09:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















