Icma.az
close
up
RU
Bağçada uşaqların ağzına niyə skoç vurulub? VİDEO

Bağçada uşaqların ağzına niyə skoç vurulub? VİDEO

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gəncə şəhərində fəaliyyət göstərən "Kiçik dahilər" Uşaq İnkişaf Mərkəzində müəllim uşaqların ağzını yapışdırıcı lentlə bağlayıb.

Bununla bağlı görüntünü azyaşlılardan birinin valideyni Metbuat.az-ın qaynar xəttinə göndərib.

Uşağın atası müəllimin bu əməli ilə bağlı şikayətçi olduğunu bildirib. O qeyd edib ki, narazılığını bağça rəhbərliyinə bildirdikdə ona “bu sadəcə oyundur, hara şikayət edirsənsə, et” cavabı verilib. Valideyn isə deyir ki, belə oyun olmaz. “Uşağımızı nəsə öyrənməyə ora qoyuruq, ancaq orada da uşağın ağzını “skoç”layırlar”.

Valideyn əlavə edib ki, şikayətlərindən sonra onun qapısına bir neçə nəfər gələrək təhqir və təhdid yağdırıb:

“Mən özüm hazırda işlə bağlı Almaniyadayam. Yoldaşımı orada narahat edirlər. Nömrəsinə digər valideynlər, bağça rəhbərliyindən zənglər gəlir. Təhqir edirlər. Hələ qapıma da bir neçə nəfər gəlib, hamısının görüntüsü kameralarda var”.

Məsələ ilə bağlı "Kiçik dahilər" Uşaq-İnkişaf Mərkəzinin nümayəndəsi Pərvanə Muradova ilə əlaqə saxladıq.

O, Metbuat.az-a açıqlamasında bildirib ki, həmin görüntülər sonadək yayımlanmayıb və şantaj məqsədi güdür.

“Bu sadəcə oyundur. Digər uşaqların valideynləri də narahatdır ki, nəyə görə bizim uşağımızın görüntülərini paylaşıblar? Bütün valideynlər yığılıb həmin valideyni məhkəməyə verəcəklər. Bizim rəhbərimiz də şəhid Xuduş Kərimovun həyat yoldaşı Əfsanə Kazımovadır. Bu qədər sayt bir nəfərin sözü ilə heç nəyi dəqiqləşdirmədən yazıb paylaşıblar. Orada müəllimin, camaatın uşağının üzü düşüb”.

P.Muradova şikayətçi valideynin evinə gedilməsi barədə də açıqlama verib:

“Bizim mərkəzdən heç kim onların evinə getməyib, heç evlərini tanımırıq. Ancaq şəhidin dostları, qazilər hətta icra hakimiyyətinədək gedib çıxmışdılar ki, yoldan ötən bir nəfər bizim şəhid qardaşımızın mərkəzinə şər atmaq istəyir. Əslində, daha əvvəl uşağın anası şəxsən məni şantaj edirdi ki, bu görüntüləri yayacam. Mən də dedim ki, biz burada pis bir şey etmirik, oyun keçiririk. Pis nəsə etmək istəyən kameranın altında etməz. O “skoç”dan psixoloq-loqoped də istifadə edir. Oyunu keçirən müəllimə günahsız biridir. Həmin görüntülərdən sonra psixoloji sarsıntı keçirdi, işə gəlmədi”.

Bu kimi hallarda bağçalara hansı qurumun nəzarət etməsi ilə bağlı maraqlandıq.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Mətbuat Xidmətindən redaksiyamıza bildirildi ki, sözü gedən bağça özəldir və heç bir Regional Təhsil İdarəsinin tabeliyində deyil. Yalnız dövlət bağçaları təhsil idarələrinin tabeliyində olur.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 10 Fevral 2025 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri