Icma.az
close
up
RU
Bağçalarda uşaq psixoloqu olsun, bəs o qədər psixoloq varmı?

Bağçalarda uşaq psixoloqu olsun, bəs o qədər psixoloq varmı?

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva dövlət uşaq bağçalarında və körpələr evi-uşaq bağçalarında “uşaq psixoloqu” və “erkən inkişaf üzrə mütəxəssis” ştatlarının əlavə edilməsi təklif edib.

Modern.az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rasif Dünyamalıyev bildirib ki, təklif yaxşıdır, amma burada müəyyən məqamlar var:

“Psixoloq ştatının əlavə edilməsindən əvvəl müəyyən olunmalıdır ki, psixoloq nə iş görəcək. Mənim fikrimcə burada psixoloq yox, uşaq inkişaf mütəxəssisləri yaxud sosial işçilərin olması daha məqsədəuyğundur. Çünki uşaqla psixoloji xidmət aparmaq üçün yetəri sayda peşəkar psixoloq yoxdur. Mövcud olan psixoloqlarımız nə dərəcədə peşəkardır ki, uşaqlarla psixoloji iş aparsınlar?! Burada psixoloq yerinə sosial işçilər yaxud uşaq inkişaf mütəxəssisləri yerləşdirilə bilər. Onlar isə mövcud olan problemli usağı psixoloji mərkəzə yönləndirə bilər. Bu prosesi mərkəzləşdirmək lazımdır".

R.Dünyamaıyevin sözlərinə görə, məktəblərdəki psixoloq ştatlarının gördüyü işlər göz önündədir:

“Bu kadrlardan demək olar ki, heç bir effekt almaq olmur. Çünki o psixoloqların nə dərəcədə keyfiyyətli olduğunu, təhsil səviyyəsini, bilik və bacarıqlarının nə dərəcədə olduğunu bilmirik. Ümumiyyətlə psixoloqun kompetensiya sənədi varmı? Yaxud belə deyək, məktəb psixoloqunun nə iş görməsi ilə bağlı əsasnamə varmı?Bildiyim qədərilə yoxdur. Əgər bu yoxdursa, biz eyni nəticəni məktəbəqədər təhsildə də alacağıq. Bu yanaşmanı dəyişməliyik. Dünya təcrübəsində görünən odur ki, psixoloji iş aparılmır. Orada bunu diaqnostika, ilkin dəyərləndirmə, diaqnostika edə biləcək mütəxəssislər olur, onlar testlərdən istifadə edərək ilkin probemi müəyyən edir və valideynə başa salırlar. Daha sonra valideynlər həmin işlə peşəkar məşğul olan mərkəzə yönləndirilir”.

Müsahibimiz sonda qeyd edib ki, bu istiqamətdə Elm və Təhsil Nazirliyinin hər rayon üzrə inkişaf mərkəzinin yaradılması daha məqsədəuyğundur:

“Məktəb və bağçalarda olan problemli uşaqlar həmin mərkəzə yönləndirilsin. Bu daha əlçatan və peşəkar addım olar. Çünki biz o qədər psixoloq tapa bilməyəcəyik. Ölkədə o sayda inkişaf etmiş, bilikli, bacarıqlı psixoloqumuz yoxdur. Bu gün ölkədə 1600 uşaq bağçası var, bəs o qədər peşəkar psixoloqumuz varmı?! Təklif yaxşıdır, sadəcə olaraq mexanizmin üzərində düşünmək lazımdır. Elə edilməlidir ki, problemdən çox onun həlli istiqamətində addım atılsın. Yoxsa sonra da müzakirə edəcəyik ki, bağçalardakı psixoloqlar işləyə bilmir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Noyabr 2024 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri