Icma.az
close
up
RU
Psixoloq: Bağçalarda fərqli dil seçimi düzgün qərar deyil

Psixoloq: Bağçalarda fərqli dil seçimi düzgün qərar deyil

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"İlkin olaraq nəzərə almaq lazımdır ki, bağça 3 yaşına qədər əsasən valideynlər üçündür, 3 yaşdan sonra isə uşaqlar üçün daha faydalı olur. Yəni, uşaqlar üçün bağça 3 yaşdan sonra inkişaf baxımından daha əhəmiyyətlidir".
Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Fidan Canbabazadə deyib. 
"Digər tərəfdən, bağçaya adaptasiya müddəti hər uşaqda fərqlidir. Standart olaraq bu müddət ən azı 2 həftə götürülür, amma bəzən 1 ay və ya daha çox da çəkə bilər. Bu, uşağın psixoloji xüsusiyyətlərindən asılı olaraq dəyişir.
Ən önəmli nüanslardan biri bağçaya getmə qaydasının düzgün qurulmasıdır. İlk mərhələdə uşaq gündə bir neçə saatlıq bağçaya getməlidir, zamanla bu müddət artırılmalıdır. Başlanğıcda ana uşağın yanında olmalıdır, sonradan koridorda gözləməlidir. Uşaq bilməlidir ki, ana yaxınlıqda, təhlükəsizlik məsafəsindədir. Təxminən 2 həftədən sonra uşaq adaptasiya olduqdan sonra tam günlük bağçaya keçid etmək mümkündür".
O bildirib ki, hər gün uşağın bağçada necə vaxt keçirdiyini izləmək, maraqlanmaq vacibdir:
"Əgər uşaqda nitq ləngiməsi və ya psixoloji çətinliklər varsa, bu zaman bağça uşaq üçün faydalı deyil, əksinə, problemləri dərinləşdirə bilər. Belə uşaqlar bağçada kənarda qala bilər və bu da problemlərin qabarmasına səbəb olar.
Digər vacib məqamlardan biri dil seçimidir. Valideynlər bəzən uşaqlarını rus, ingilis və ya digər dillərdə tədris olunan proqramlara yönləndirmək istəyirlər. Amma burada əsas məsələ budur: əgər uşaq bir dili tam anlayır və həmin dildə fikrini ifadə edə bilirsə, o zaman başqa dildə təhsil alan qrupa yazdırmaq olar. Yox əgər uşaq heç bir dili tam bilmirsə, fikirlərini aydın çatdıra bilmirsə, o zaman evdə ən çox istifadə olunan dildə tədris olunan qrupa qoyulmalıdır.
Valideynlər həmçinin diqqət etməlidirlər ki, bağça müəllimləri uşağa uyğun yanaşsın, onun inkişafı üçün şərait yaratsınlar. Məsələn, uşağın geyinib-soyunması mövzusunda məcburiyyət yox, dəstək göstərilməlidir".
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Sentyabr 2025 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri