Bağçalı Maduro əməliyyatını bu filmlə müqayisə etdi
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müttəfiqi Dövlət Bağçalı ABŞ-nin Venesuela Prezidenti Nikolas Maduroya qarşı həyata keçirdiyi addımları “Karib dənizinin quldurları” filmi ilə müqayisə edib.
Modern.az xəbər verir ki, Bağçalı bu fikirləri partiyasının parlament fraksiyasının iclasında səsləndirib.
O bildirib ki, “Karib dənizinin quldurları” filmi ekranda və ya televiziyada izlənilən bir ssenari olduğu halda, bu gün oxşar hadisələr bütün dünyanın gözü qarşısında real şəkildə baş verir və “çəkiliş meydançası” Venesuelanın paytaxtı Karakasda qurulub.
Partiya sədrinin sözlərinə görə, ABŞ-ın Venesuela prezidentinə qarşı atdığı addımlar açıq şəkildə qanunsuzdur və beynəlxalq hüquqa ziddir. Millət vəkilləri onun çıxışını alqışlarla qarşılayıblar.
MHP lideri vurğulayıb ki, qaydalara əsaslanan beynəlxalq nizam artıq ciddi böhran yaşayır və bu proses diplomatiya və dialoq kanallarına “ölümcül zərbə” vurur. O hesab edir ki, ABŞ-ın əsas məqsədi enerji daşıyıcılarının axınlarına nəzarət etmək, qiymətli metallar və mineralların, xüsusilə qızılın ticarətində üstünlük qazanmaq və Venesuelanın malik olduğu resursları ələ keçirməkdir.
Bağçalı ABŞ Konqresini vəziyyətə müdaxilə etməyə və Donald Trump administrasiyasının beynəlxalq hüququ pozan addımlarına son qoymağa çağırıb. Onun sözlərinə görə, Maduro Venesuelaya qaytarılmalı, ölkənin taleyi isə yalnız Venesuela xalqı tərəfindən müəyyənləşdirilməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 07 Yanvar 2026 00:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















