Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Bağırovun səhvən həbs etdirdiyi xalq düşməni Onu niyə iki dəfə sürgün etmişdilər?

Bağırovun səhvən həbs etdirdiyi xalq düşməni Onu niyə iki dəfə sürgün etmişdilər?

Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kulis.az görkəmli alim, akademik, repressiya qurbanı Əhməd Rəcəbli haqqında materialı təqdim edir.

Əhməd Rəcəbli 1898-ci il sentyabrın 28-də İrəvan şəhərində Məşədi Cabbar Məşədi Cəfər oğlunun və Kübra xanım Hacı Xəlil qızının ailəsində anadan olub. 1907-ci il sentyabrın 15-də İrəvan şəhərindəki İrəvan kişi gimnaziyasına daxil olub və 1916-ci il iyunun 1-də tam səkkizillik kursu bitirib. Hələ 1916-cı il yanvarın 1-də gimnaziyanın pedaqoji şurasının qərarı ilə nümunəvi davranışı və təhsildə qazandığı uğurları ilə əlaqədar Əhməd Məşədi Cabbar oğlu Rəcəbliyə gümüş medal verilib. O, elə həmin il Moskva Dövlət Universitetinin tibb fakültəsinə daxil olub. 1918-ci ildə "Azərbaycan füqərası" qəzetinin redaksiyasında korrektor işləyib. 1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yüz nəfər tələbənin xarici universitetlərdə təhsil almasının təmin edilməsi üçün Təhsil Nazirliyinin büdcəsinə 7 milyon rubl pul köçürülməsinə dair qərarından sonra Azərbaycan Xalq Cümhuriyyətinin dəstəyi ilə təhsilini davam etdirmək üçün Avropaya göndərilib. Belə ki, rus, italyan, alman, ispan, yunan və fars dilini bilən Əhməd Rəcəbli İtaliyanın Peruca şəhərində yerləşən, 1896-cı ildə əsası qoyulmuş Ali Kral Eksperimental Aqrar İnstitutunun məzunudur. 1936-cı ildə həmin institutun əsasında Peruca Universitetinin Kənd Təsərrüfatı, Ərzaq və Ətraf Mühit Fakültəsi təşkil edilib.

***

İtaliyada təhsilini başa vurduqdan sonra 1923-ci ildə Bakıya qayıdan Rəcəbli torpaq komissarlığından iş təklifi alır. Ancaq bioloq özünün xahişi ilə seleksiya fəaliyyəti üçün əlverişli şəraiti olan Zaqatalaya göndərilir və burada aqronom kimi işə başlayır. O, 1924-cü ildə Zaqatala Kənd Təsərrüfatı Texnikumunu təşkil edir və 1937-ci ilə qədər təhsil müəssisəsinə rəhbərlik edir, eyni zamanda, Zaqatala fındıqtəmizləmə zavodunda məsləhətçi işləyir. Onun təşəbbüsü və iştirakı ilə Zaqatala-Car tütünçüləri yoldaşlıq kooperativi yaradılır. Həmçinin, Rəcəblinin təşəbbüsü ilə 1926-cı ildə Zaqatalada təcrübə-sınaq stansiyası qurulur və 1937-ci ilin iyuluna kimi özü həmin stansiyaya rəhbərlik edir.

Zaqatalada olarkən Əhməd Rəcəbli maarifçi-pedaqoq Firidun bəy Köçərlinin həyat yoldaşı Badisəba xanımın vasitəçiliyi ilə ömür-gün yoldaşı Fəhimə xanım Mehdibəyova ilə tanış olub ailə həyatı qurur. Cütlüyün 1928-ci ildə Nigar, 1930-cu ildə isə Xalidə adlı qızları dünyaya gəlir. Əhməd Rəcəblinin bacısı isə cümhuriyyət tələbələrindən Baxşəli bəy Sultanovla evlənir.

***

1930-1936-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dosent və kafedra müdiri, 1931-1934-cü illərdə isə həm də institutun cənub torpaqları üzrə bölməsinin rəhbəri kimi çalışan Əhməd Rəcəbli sonralar respublika torpaq komissarlığında dövlət müşaviri vəzifəsində fəaliyyətini davam etdirir. 1935-ci ildə Ali Attestasiya Komissiyasının qərarı ilə professor adı alan alim daha sonra Lenin adına Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasında akademik Nikolay Vavilovun rəhbərlik etdiyi subtropik bitkilər bölməsinin üzvü seçilir.

1937-ci ildə namizədlik dissertasiyasını müdafiə edən Əhməd Rəcəbli elə həmin ilin avqustunda xaricdə təhsil alması əsas gətirilərək əks-inqilabçı fəaliyyətdə ittiham edilir və QULAQ düşərgələrindən biri olan Maqadan şəhərinə 8 illik sürgünə göndərilir. Üç il Kolımada, beş il Maqadanda SSRİ Xalq Daxili İşlər Komissarlığının yardımçı təsərrüfatında aqronom işləyən Rəcəbli sürgündə olarkən yeni pomidor sortları da yetişdirir. Maqadanda ikən həmçinin bədii yaradıcılıqla məşğul olan Əhməd Rəcəbli "Babək" tarixi romanını yazır və ayrı-ayrı kağızlarda qələmə aldığı əsərini azadlığa çıxan məhbuslarla birlikdə hissə-hissə evə göndərir. Bu roman Azərbaycan nəsr tarixində Babəkə həsr olunmuş ilk bədii əsər hesab olunur.

Rəcəblinin həbsindən sonra Bakıya gələn Fəhimə xanım bir müddət Azərbaycan Dövlət Universitetində fizika müəllimi işlədikdən sonra universitetdən xaric olunur. Hətta onun orta məktəbdə fəaliyyət göstərməsi də qadağan edilir, bununla belə, 1945-ci ildə Əhməd Rəcəblinin sürgündən qayıtması ilə vəziyyət dəyişir. Belə ki, Fəhimə xanım "Monokristallar və onların temperatur rejimindən asılılığı" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək Azərbaycanda fizika sahəsində ilk elmlər namizədi olan qadın ünvanını qazanır. Eyni vaxtda Əhməd Rəcəbli də Azərbaycanda meyvəçiliyin inkişafı sahəsində aktual mövzular üzərində işləyir. Belə ki, Şirvan, Naxçıvan, Quba, Xaçmaz və Qarabağ bölgələrində yeni meyvə sortları tətbiq edən alim konserv sənayesi üçün meyvələr hazırlayır, həmçinin "Azərbaycanda meyvə bitkilərinin sortları" adlı monoqrafiyasını yazır və Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə dərslik tərtib edir. Həmin monoqrafiya seleksiyaçı alimin yalnız vəfatından sonra - 1966-cı ildə çap olunur.

Əhməd Rəcəblini Mərkəzi Komitənin birinci katibi M.C. Bağırov qəbul edir, səhvən həbs edildiyini bildirir və fəaliyyətini davam etdirməyi tapşırır.

Zəngin elmi fəaliyyətinə baxmayaraq, Əhməd Rəcəbli 1950-ci il martın 22-də yenidən həbs edilərək Qazaxıstanın Cambul vilayətinə göndərilir və dörd ildən sonra - Stalinin ölümünün ardınca bəraət alması nəticəsində Azərbaycana qayıdır.

***

Qazaxıstandan sürgündən qayıtdıqdan sonra Əhməd Rəcəbli Azərbaycan Elmi-Tədqiqat Çoxillik Bitkilər İnstitutunun meyvəçilik şöbəsinin rəhbəri təyin olunur. O zamanlar Azərbaycan SSR-in daxili işlər naziri olan Ağasəlim Atakişiyevin imzaladığı order əsasında "xalq düşməni" adı altında həbs olunmasına baxmayaraq, Əhməd Rəcəbli, qızı Xalidənin nazirin oğlu Tofiqlə ailə həyatı qurmasına razılıq verir və gənclər 1952-ci ildə gizlicə nikah bağlayırlar. 1958-ci ildə Əhməd Rəcəbli Azərbaycan Kənd Təsərrüfatı Elmlər Akademiyasının akademiki və akademiyanın bitkiçilik bölməsinin akademik katibi seçilir.

Əhməd Rəcəbli 1963-cü ilin dekabrın 15-də Moskvada ürək tutmasından vəfat edib və nəşi Bakıya gətirilib. 1970-ci ildə vəfat edən qudası general-mayor Ağasəlim Atakişiyev isə Əhməd Rəcəbli ilə eyni qəbiristanlıqda, Maştağada alimin məzarının yaxınlığında dəfn olunub.

***

1992-ci ildə Qubadakı Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutuna Əhməd Rəcəblinin adı verilib və foyedə büstü qoyulub. Eyni ildə Bakı şəhəri Nərimanov rayonunda yerləşən küçələrdən biri Əhməd Rəcəblinin şərəfinə adlandırılıb 1998-ci ildə isə Əhməd Rəcəblinin anadan olmasının 100 illiyi ərəfəsində vaxtilə yaşadığı, indiki "Mirzəağa Əliyev küçəsi ev 126" ünvanında yerləşən binaya xatirə lövhəsi vurulub.

"Hər kəsin haqqı gücü qədərdir..." - Yəhudilər niyə Spinozanı öz icmalarından qovmuşdular? Xalq artisti Emin Ağalarovdan “Ağ-qara filmlərin qəhrəmanları” Dünyanın ən qədim dastanları
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://kulis.az
archiveBu xəbər 01 Dekabr 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see270

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see248

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see247

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see237

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see172

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see172

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see162

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see160

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see158

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see150

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see149

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri