Bağırsaq xərçəngi riskini azaltmaq üçün bunları edin Həkimdən məsləhətlər
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bağırsaq xərçənginin riskini azaltmaq üçün həyat tərzi və qidalanmada dəyişikliklər etmək mümkündür.
Redaktor.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşrinə açıqlamasında həkim-qastroenteroloq Anqada Dhillon danışıb.
Həkimin sözlərinə görə, riskin azalması üçün ən əsas addımlardan biri lif qəbulunu artırmaqdır. O, bitki mənşəli məhsullar – meyvələr, tərəvəzlər, paxlalılar və tam taxıllı məhsulların tez-tez istehlak edilməsini tövsiyə edib.
Dhillon həmçinin qırmızı və işlənmiş ətlərin istifadəsini azaltmağı tövsiyə edir. Onun sözlərinə görə, bu cür məhsullar lif miqdarı az olan qidalanma ilə birlikdə istifadə edildikdə bağırsaq xərçənginin riskini artırır.
Bundan əlavə, həkim fiziki aktivliyi saxlamağı, çəkini nəzarətdə tutmağı, kifayət qədər yuxu alamağı, siqareti tərgitməyi və alkoqol qəbulunu məhdudlaşdırmağı da tövsiyə edib.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 11 Mart 2026 18:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















