Bağırsaqlar psixi sağlamlığa təsir edir Yeni TƏDQİQAT
Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.
Alimlər müəyyən ediblər ki, insan bağırsaqlarının mikroflorası psixi sağlamlıqla bağlı olan funksiyaların fəaliyyətinə birbaşa təsir göstərə bilər.
Sfera.az xəbər verir ki, bu barədə BBI məlumat yayıb. Aparılan araşdırmalar zamanı alimlər insanın bağırsaq mikroflorasının analizlərini psixoloji testlərlə müqayisə edərək, beyinin daha yaxşı işləməsi və sağlam psixi vəziyyətlə əlaqəli olan mikrobların olduğunu aşkar ediblər.
Eyni zamanda, əksinə, psixi vəziyyətin pisləşməsi ilə əlaqəli olan mikroblar da var. Tədqiqat müəllifləri vurğulayırlar ki, əldə edilən nəticələr öyrənilən mikrobların insanın psixi problemlərinin diaqnostikası üçün zəruri parametrlər sırasına daxil edilə biləcəyini göstərir. Eyni zamanda, onların fikrincə, psixi sağlamlıq vəziyyətinin dəqiq müəyyən edilməsi kompleks üsulla, o cümlədən genetik xüsusiyyətləri və bağırsaq mikroflorasını nəzərə alaraq aparılmalıdır. Bu da öz növbəsində psixi problemlərin müalicəsində yeni yol aça bilər.
İnci
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 29 Dekabr 2024 07:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















