Bağlanan banklara borcu olanlara xəbərdarlıq
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Bankın bağlanması və ya lisenziyasının ləğvi həmin bankdan kredit götürən vətəndaşların borcunu avtomatik silmir. Borcalanın ödəniş öhdəliyi qüvvədə qalır.
Bunu iqtisadçı Xalid Kərimli Modern.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, bankın fəaliyyətini dayandırması kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi demək deyil:
“Bank bağlansa da, vətəndaşın borcu silinmir. Əsas borc, faizlər və kredit müqaviləsinin digər şərtləri qüvvədə qalır. Yəni bankın bağlanması borcalanı ödənişdən azad etmir”.
İqtisadçı qeyd edib ki, bankın ləğvi prosesində ləğvedici təyin olunur. Əmanətlərin Sığortalanması Fondu ləğvedici kimi çıxış etdiyi banklarda borcalanlardan kredit ödənişlərini toplayır və bankın öhdəliklərinin yerinə yetirilməsi ilə məşğul olur.
X.Kərimli borcalanın vəfat etməsinin də borcun avtomatik silinməsi anlamına gəlmədiyini vurğulayıb. Onun sözlərinə görə, bu halda miras və vərəsəlik məsələləri nəzərə alınır:
“Mirası qəbul edib, onunla bağlı borc öhdəliklərindən imtina etmək mümkün deyil. Vərəsə mirasdan imtina edirsə, həmin mirasla bağlı borc öhdəliyini də qəbul etmir”.
Nicat Rüstəm
Baxış sayı:107
Bu xəbər 31 Oktyabr 2026 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















