Icma.az
close
up
RU
Bahalaşma dalğası başladı: təcili bu quruma məlumat verin DİQQƏT

Bahalaşma dalğası başladı: təcili bu quruma məlumat verin DİQQƏT

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2026-cı ildən Azərbaycanda bir sıra maliyyə və sosial dəyişikliklər qüvvəyə minəcəyi barədə xəbərlər yayılandan sonra bəzi sahələrdə bahalaşma müşahidə olunur. Məsələn, bazarlarda satıcılar “hazırlıq” bəhanəsi ilə məhsulların qiymətini artırır, yaxud taksi xidmətində ciddi dəyişikliklər hiss edilir və sair. Vətəndaşlar artıq bununla bağlı şikayətlənməyə başlayıblar.

Heç bir əsas olmadan belə addımlar düzgündürmü? 

Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, qanun qüvvəyə minmədən əvvəl verilən açıqlamalar qiymət artımına səbəb olur:

“Vətəndaşlar bilməlidirlər ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti fəaliyyət göstərir. Süni və əsassız qiymət artımı halları aşkar edilərsə, faktlarla birlikdə bu quruma müraciət etmək lazımdır. Əgər bahalaşma sahibkarın gəlirinin artması ilə bağlıdırsa, buna uyğun vergi də ödəməlidir. Təəssüf ki, vergidən yayınma halları geniş yayılıb, siyahıya daxil edilməyən qeyri-qanuni gəlirlər və qeydiyyatsız ticarət mövcuddur. Bu problemin qarşısını almaq üçün konkret tədbirlər görülməlidir. Məsələn, taksi fəaliyyəti ilə məşğul olan avtomobillərdə POS terminal olmalı, bazarlarda elektron tərəzi və post cihazları tətbiq edilməli, qida məhsullarına dair Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yoxlama sənədlərinin nüsxəsi isə olmalıdır”.

Günay Hüseynova

İqtisadçı bildirib ki, vergi artırılarkən vətəndaşların hüquqları qorunmalı, süni bahalaşma və digər qanunsuzluqlara ciddi nəzarət edilməlidir:

“Vətəndaşların əsas tələbi süni bahalaşmanın qarşısının alınması, belə hallara səbəb olan şəxs və qurumlara yüksək cərimələrin tətbiq edilməsidir. Bəzi xarici ölkələrdə olduğu kimi bələdiyyələrin nəzdində təftiş və qiymətə nəzarət bölmələri yaradılmalıdır. Belə bölmələr piştaxta və kassa qiymətlərinin uyğunsuzluğuna nəzarət edə, vergisiz küçə ticarəti və digər qanunsuzluqları yerli səviyyədə effektiv şəkildə izləyə, aradan qaldıra bilər. İqtisadiyyat Nazirliyi bunu həyata keçirsə də, ölkə üzrə müşahidəni gücləndirmək üçün yerli icra orqanları və bələdiyyələrin iştirakı vacibdir”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Oktyabr 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see551

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see499

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see378

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see318

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see270

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see249

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see241

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see222

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see216

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see212

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see204

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see202

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see198

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see192

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see191

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see185

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see184

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see180

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri