Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Bahalaşmaların səbəbi nədir: idxalın artması, yoxsa istehsalın azalması? TƏHLİL

Bahalaşmaların səbəbi nədir: idxalın artması, yoxsa istehsalın azalması? TƏHLİL

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Son illərdə ərzaq məhsullarının qiymətlərində bahalaşmalar davam edir. Əhalini ən çox narahat edən isə gündəlik tələbat məhsullarının, əsas ərzaq məhsullarının bahalaşmasıdır. Bu il hətta mövsüm vaxtı belə mövsümi məhsulların qiyməti baha oldu. Eyni zamanda emal məhsullarında da bahalaşmalar davam edib.

Müşahidələrə görə, gündəlik tələbat məhsulları (ərzaq) üzrə son 1 ildə bahalaşma orta hesabla 50 faiz təşkil edib. Məsələn, ötən il kərə yağları 12-14 manatdan təklif olunurdusa, hazırda 18-24 manatdan təklif olunur. Burada 60-70 faizə yaxın bahalaşma müşahidə olunur. Hətta 1 il qabaq 3 manata satılan yerli düyünün qiyməti artıq 5 manata çatıb. Ətin qiymətində də bahalaşma gedir, son 1 ildə mal və qoyun əti 2-3 manat, toyuq əti 1 manat bahalaşıb. Balıqlarda da qiymətlər artıb- təxminən 30-50 faiz civarında. Tərəvəzlərin qiymətin 30-50 faiz bahalaşma var, meyvələrdə isə 50-60 faiz. Paxlalılarda 20-30 faiz artım olub. Konservləşmiş məhsullarda 10-20 faiz bahalaşma olub. Bu günlərdə isə çörəklərin də qiyməti 15 faiz civarında bahalaşdı.

Beləliklə, əhalinin gündəlik istifadə etdiyi əsas ərzaq məhsullarının son 1 ildə orta hesabla 50 faiz bahalaşdığı aydın olur. Nəticədə vətəndaşların əldə etdiyi gəlirlərin real dəyəri 50 faiz azalmış olur. Üstəlik, bahalaşma təkcə ərzaq məhsullarında deyil, son 1 ildə kommunal xidmətlərdə, nəqliyyatda, təsərrüfat məhsullarında və s. sahələrdə də bahalaşmalar olub. Bunun səbəbini necə izah etmək olar, problemi necə həll etmək olar, bahalaşmalar niyə dayanmır? Bu suallara cavab verməyə çalışaq.

Əvvəlcədən qeyd etmək lazımdır ki, bahalaşmaların bəziləri obyektiv səbəbdən, bəziləri isə subyektiv səbəbdən baş verir. Obyektiv səbəb həm idxal olunan məhsullarda, həm də yerli istehsal məhsullarda var. Bəzi idxal məhsulları dünya bazarlarında bahalaşıb, bəzi yerli məhsulların isə maya dəyəri artıb. Subyektiv səbəb də hər iki sahədə var- dünya bazarında bahalaşmayan, əskinə bəzi hallarda ucuzlaşan məhsulların bizdə bahalaşması anlaşılan deyil. Eləcə də, bir sıra yerli istehsal məhsullarının bahalaşması üçün heç bir əsas yox idi. Deməli, qruplaşdırsaq, bahalaşmalar həm təbii, həm süni səbəblərdən formalaşır. Süni səbəblər idxal və istehsal monopoliyası ilə bağlıdır. Təbii səbəblərdə isə bəzi məhsullarının istehsalında maya dəyərinin artması və bəzi idxal məhsullarının xaricdə qiymətinin artmasındadır.

Çox təəəffüf ki, potensialı bütün ölkəni zəruri ərzaq məhsulları ilə təmin etməyə imkan verən aqrar sektor tələbatın heç yarısını ödəyə bilmir və ərzağın 60-70 faizi xaricdən idxal olunur. Təbii ki, yerli istehsalın azalması birbaşa olaraq qiymətlərə öz təsirini göstərir. Əsas ərzaq məhsullarında idxalın artması problemi daha da çətinləşdirir. Son statistik rəqəmlər əsasında vəziyyəti nəzərdən keçirək.

2024-cü ildə 2023-cü illə müqayisədə 315 milyon dollar məbləğində daha çox yeyinti məhsulu idxal olunub. 2024-cü ildə 2023-cü ilə nəzərən buğda idxalı 10 faiz artıb. Digər aqrar məhsullarda da idxal 20-70 faiz arasında artmışdır. Kərə yağı idxalı dəyər ifadəsi ilə 87.6%, miqdar ifadəsi ilə isə 78.4% artıb. Ət idxalı dəyər ifadəsi ilə 49.4% , miqdar ifadəsi ilə isə 40.7% artıq olub.

Son 1 ildə idxalda xam şəkər 4 faiz, bitki yağları 35 faiz, çay 15 faiz, kartof 5 faiz, quş əti və əlavə məhsulları 17 faiz, tərəvəz 68 faiz artıb.

Bu o deməkdir ki, yerli istehsalda zalmalar gedir və məcburən ölkənin tələbatı idxalla kompensasiya edilir. Bu onu göstərir ki, aqrar sektora ayrılan milyardlarla dövlət subsidiyaları və yardımları effektsiz istifadə olunub və və ərzaq idxalından asılılığımız azalmaq əvəzinə artır.

Heyvandarlıqda çox ciddi tənəzzül, bitkiçilikdə isə geriləmə var. Bu açıqlanan statistikadan da aydın görünür. Əgər idxal artırsa, deməli ölkədə istehsal azalıb.

Bazarda məhsula tələbat artıqca, qiymət də arta bilər. Amma qəribədir ki, bəzi sahələrdə tələbat azalsa belə, qiymət artır. Məsələn, əhalinin sosial vəziyyəti çətinləşdiyinə görə, ətə olan tələbat da 2 dəfəyə qədər azalıb. Tələbat azaldıqca qiymət aşağı düşməkdənsə, daha da artır. Deməli, burada manopoliya təsirləri və aqrar sektorda heyvandarlığın tənəzzül etməsi müşahidə olunur.

Azad bazarda qiymətlər də müxtəlif olmalıdır. Lakin ölkə üzrə ətin qiymətləri standartdır. Görünən odur ki, manopoliya sistemi qurulub və qiymətlər istənilən formada təyin olunur.

Yerli istehsalın zəifləməsi isə qiymətlərin artmasına səbəb olan təbii amildir. Burada sərhədlərin bağlı olması da müəyyən qədər öz təsirini göstərir. Bütün bunlar göstərir ki, kənd təsərrüfatında aparılan islahatlar effekt verməyib. Dövlətin bu sahəyə ayırdığı milyardlarla subsidiyanın nəticəsi belə olmamalı idi. Deməli, proses effektiv şəkildə idarə olunmayıb.

Bizdə məhsuldarlıqla bağlı da problemlər var ki, bu aqrotexniki işlərin düzgün aparılmaması, itkilərə yol verilməsi və sair səbəblərlə bağlıdır. Sadə bir misalla izah edək:

Dünya ölkələri üzrə buğdanın məhsuldarlığı:

İrlandiya –100,8 s/ha;

Yeni Zelandiya-97,1 s/ha;

Böyük Britaniya –78,1 s/ha;

Almaniya – 73,0 s/ha;

Fransa – 69,3 s/ha;

Özbəkistan – 68,4 s/ha;

Misir – 64,5 s/ha;

Azərbaycan -28,7 s/ha.

Göründüyü kimi, bizdə məhsuldarlıq ən azı 2-3 dəfə aşağıdır. Digər bitkiçilik sahələrində tə vəziyyət təxminən belədir.

Heyvandarlıqda isə başqa problemlər var. Heyvandarlıq üçün örüşlərin azaldılması, bu çox örüş yerlərinin pambıq və digər əkinlərə ayrılması, yemlərin bahalaşması kimi səbəblərdən ət və süd istehsalı azalır. Nəticədə idxaldan asılılıq 50 faiz artıb. Süd tələbatı 3,5 milyon tona yaxındır, lakin yerli istehsal bunun təxminən yarısını ödəyə bilir, digər yarısı idxal olunur.

Ərzaq təhlükəsizliyimizi təmin etmək, idxaldan asılılığımızı azaltmaq üçün müxtəlif proqramlar həyata keçirilir. Lakin bütövlükdə geriləmə müşahidə olunur və bu birbaşa statistikada özünü göstərir. Çox təəssüf ki, Kənd Təsərrüfatı nazirliyi prosesin öhdəsindən gələ bilmir və vəziyyət günü-gündən daha da pisləşir.

2024-cü ildə aqrar sektorun inkişafına 1,2 milyard manat yönəldiləcək. Ölkənin aqrar sahəsinə xeyli vəsait xərclənir. Lakin nəticələr hələ də istənilən həddə deyil. Hesablama Palatasının “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində bildirilir ki, 2017-ci illə müqayisədə 2023-cü ildə bitkiçilik sahəsinə verilmiş subsidiyalar 2.2 dəfə, bir hektara düşən subsidiya 2.4 dəfə artıb, subsidiya vahidinə düşən bitkiçilik məhsulunun dəyəri isə 12.2 faiz azalıb. Rəydə qeyd olunur ki, 2025-ci ildə Aqrar Kredit və İnkişaf Agentliyinə 484.5 milyon manat subsidiya proqnozlaşdırılıb ki, bu da 2024-cü ilin proqnozundan 41.6 milyon manat və ya 9.4 faiz çoxdur: “Dövlət büdcəsindən maliyyələşdirilən subsidiyaların (əkin, məhsul, toxum, heyvan və sair) nəticəlilik baxımından müsbət təsirləri arzuolunan səviyyədə deyil. 2025-ci ildə bu istiqamətdə xərclərdə 2024-cü ilin proqnozu ilə müqayisədə 9.4 faiz artım nəzərdə tutulduğu halda, bitkiçilik və heyvandarlıq sahələrində istehsalın illik artımının cəmi 0.1 faiz bəndi olması gözlənilir.

Göründüyü kimi, aqrar sektorun, xüsusilə ərzaq istehsalına dövlət yardımları hər il artırılır, lakin bunun effekti müşahidə olunmur, əksər sahələrdə istehsal həcmi aşağı düşür, idxal həcmi artır. Kənd təsərrüfatında düzgün və effektiv idarəetməyə, planlaşdırmaya ehtiyac var və bu sahədə ciddi tədbirlər həyata keçirilməlidir.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti çərçivəsində hazırlanıb

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:404
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Fevral 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see354

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see268

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see264

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see242

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see239

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see222

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see218

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see213

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see209

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see205

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see201

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see197

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see195

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see187

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see186

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see182

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see182

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see176

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri