Icma.az
close
up
RU
Bahalı evlərin bahalı qarajları: Şirkətlər dayanacağı da satır

Bahalı evlərin bahalı qarajları: Şirkətlər dayanacağı da satır

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Binaların həyətlərində avtomobil sıxlığı günbəgün artır. 

Bəzən maşınlar elə park edilir ki, nə uşaqlar rahat oynaya, nə də sakinlər sərbəst hərəkət edə bilirlər. Demək olar ki, hər binanın həyətində maşınların düzgün park edilməsi ilə bağlı problemlər yaşanır. Binaların layihələndirilməsi mərhələsində parkinq yerlərinin kifayət qədər nəzərə alınmaması bu gün həyətlərdə avtomobil sıxlığına səbəb olur. Bundan başqa, qaraların pulla satıldığı və kifayət qədər yüksək məbləğ istənildiyi barədə də məlumatlar var. 

Binaların inşası zamanı avtomobillərin yerləşməsi nəzərə alınırmı? Hündürmərtəbəli  yaşayış binalarında yeraltı və ya yerüstü qarajlar nəzərdə tutulmur? 

Mövzu ilə bağlı “Cebheinfo.az” – a açıqlama verən əmlak eksperti Elnur Azadov bildirib ki, mənzil sayı çoxdursa, sakinlərin tikinti şirkətinə irad bildirməsi mümkündür: 

“Bu məsələ çox aktualdır, inşaat normativlərində mənzillərin sayı nəzərə alınaraq yeraltı və ya yerüstü qarajların məcburi qurulmasına dair konkret norma yoxdur. Yalnız layihə üzrə individual qiymətləndirmələr aparılır. 

Mənzil sayı çoxdursa, tikinti şirkətinə irad bildirilə bilər, amma ümumiyyətlə, hüquqi tələblər mövcud deyil. Yeraltı qarajlar çoxmənzilli binalarda adətən bir və ya iki mərtəbə olur, burada torpaq strukturu, torpağın kateqoriyası və yerin topoqrafiyası mühüm rol oynayır”. 

Onun sözlərinə görə, binlarda yaşayan ailələrin sayına uyğun qaraj yeri olmalıdır: 

“Əgər torpaq şəraiti imkan verərsə və mənzil sayı çoxdursa, qaraj tələb olunmalıdır, lakin bu qərar tikinti şirkətinə buraxılır. Binalarda qarajların olması vacib məsələdir, amma qaraj tikintisi böyük maliyyə tələb etdiyindən, şirkətlər bəzən investisiyanı əvvəlcədən layihəyə daxil etmirlər”. 

Ekspert qeyd edib ki, tikinti şirkətləri yeraltı qarajın olmasına artıq xərc çəkirlər: 

“Bu problemlər, xüsusilə böyük “ekonom” tipli yaşayış komplekslərində və şəhərin mərkəzi hissələrində, torpağın sahəsi məhdud olduğu yerlərdə daha qabarıq görünür. Tikinti şirkətləri yeraltı qarajın olmasına artıq xərc çəkdikləri üçün tikinti prosesinin əvvəlində bununla bağlı ehtiyac varsa, sərmayə yoxdursa, bundan tikinti şirkəti əziyyət çəkir. Qaraj xərci tələb edir və sonrakı dövrlərdə qaraj yerlərinin satılması bir qədər çətin məsələdir”. 

Gülər 
“Cebheinfo.az”

Açar sözlər: evlər qarajlar Elnur Azadov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:338
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Oktyabr 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri