Icma.az
close
up
RU
Bahalı qəbir qaşları Zamanın sınağında xarabalığa çevrilən xatirələr

Bahalı qəbir qaşları Zamanın sınağında xarabalığa çevrilən xatirələr

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İllərdir qəbiristanlıqlarda bir mənzərə təkrarlanır. Ailələr övladlarının, valideynlərinin və yaxınlarının qəbrini ucaldanda ən bahalı mərmər daşlarını, bəzəkli heykəlləri, qızılı yazıları seçir. Hər kəs istəyir ki, dünyadan köçən sevdiyinə gözəl, dəbdəbəli bir xatirə yeri qalsın. Lakin zaman göstərir ki, bu bahalı qəbir qaşları uzunmüddətli dəyər daşımır.

İlk illərdə ziyarətçilərin ayaq izi çox olur, gül-çiçək gətirilir, qəbir üstündə dua edilir. Ancaq illər keçdikcə baxımsızlıq başlayır. Qəbir daşları çatlayır, yazılar silinir, ətrafda alaq otları bitir, sanki bir zamanlar böyük əziyyət və xərc çəkilərək ucaldılan abidələr xarabalığa çevrilir.

Bu mənzərə cəmiyyətdə bir sualı gündəmə gətirir. Əsas olan bahalı daşdır, yoxsa əbədi dua və xatirə? Çünki ən sadə qəbir daşı belə, üzərində səmimi bir dua oxunduqda mənalı görünür. Halbuki minlərlə manat xərclənən mərmər daşlar diqqətsiz qalanda bir yığın daşa çevrilir.

İslam dinində dəfn və qəbir işlərinin sadə saxlanılması tövsiyə olunur. Məqsəd, ölən şəxsin ruhunu yad etmək, dua ilə onu xatırlamaqdır. Yəni daşın böyüklüyü və bahalılığı deyil, niyyət və səmimiyyət əsasdır.

Bahalı qəbir qaşları ilk baxışda göz oxşasa da, illər sonra insan həyatının faniliyini bir daha göstərir. Zamanın tozu, baxımsızlıq və laqeydlik hər şeyi unudulmağa məhkum edir. Qalan isə yalnız yaxşı əməllər, insanların qəlbindəki iz və ruhuna oxunan dualardır.

Leyla Mirzə, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 01 Sentyabr 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri