Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

Xarabalığa çevrilən telekanallar… Efirlərdə bayağılıq pik həddə çatıb...

Xarabalığa çevrilən telekanallar… Efirlərdə bayağılıq pik həddə çatıb...

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Telekanallarda mənəviyyat əldən gedir…Telekanalların yarıtmaz fəaliyyətinə nə üçün “dur” deyən yoxdur? Səbəb nədir axı?Elmin və texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə yaşayırıq. Bütün evlərdə televizor var. Hətta elə insanlar var ki, saatlarla televizor qarşısında əyləşib nümayiş olunan bir çox verilişlərə baxmaq istəyir.

Baxaq görək televiziyada tamaşaçıları qane edən, onların zövqünü oxşayan əyləncəli proqramlar, tamaşaçının maraq dairəsində olan tok-şoular, digər yüksək səviyyəli maarifləndirici, həmçinin vətənpərvərlik mövzusunda olan verilişlər nümayiş olunurmu?

Efirlərdə nümayiş olunan verilişlərdə həddən artıq sünilik, şitlik, bayağılıq var. Aparıcıların həddindən ziyadə sərbəstliyi bir çox hallarda tamamilə uğursuz alınır. Jurnalist kimi tam məsuliyyətimlə deyirəm ki, efirlərdə milli-mənəvi dəyərlər biznes maraqlarının qurbanına çevrilir. Çox təəssüf hissilə söyləyirik ki, bəzi telekanalların efir məkanı şou-biznesin yaratdığı mənəvi böhranın “əsir”liyindədir.

Teleməkanlardakı arzu edilməyən bu xoşagəlməzlik, bayağılıq tamaşaçılar tərəfindən qətiyyən bəyənilmir. Çox təəssüf ki, bəzi telekanallarda neçə illərdir milli-mənəvi dəyərləri təbliğ edən verilişlər yox dərəcəsindədir, bu qəbildən olan hər hansı bir veriliş gözə dəymir. Bukimi verilişlər efirlərdən yoxa çıxıb. Təəssüflər ki, telekanalların efirlərini əsasən yarıçılpaq geyimdə olan müğənnilər zəbt edib desək, daha yerinə düşər. Yəni səsi, sənəti olmayan, çimərlik geyimində efirə çıxan “sənətçi”lər fonoqramdan istifadə etməklə tamaşaçıları bezdirərək gün ərzində ayrı-ayrı telekanallarda bir neçə verilişldə qonaq olaraq efirləri sanki “əsarət” altına alıblar. Belə iyrənc hallar isə telekanal rəhbərlərinə qətiyyən başucalığı gətirmir. Onu da vurğulayaq ki, Azərbaycanda ailələrin dağılmasına, bir çox nikahların pozulmasına demək olar ki, ən böyük səbəb bəzi telekanallarda nümayiş olunan sosial verilişlər, eləcə də etik çərçivədən uzaq olan əyləncəli proqramlar və heç bir müsbət əhəmiyyəti olmayan lazımsız, baxımsız şoulardı. Dönə-dönə qeyd edirik ki bu, birmənalı olaraq belədir. Telekanal rəhbərlərinin bundan sonrakı fikri nədir görəsən? Bəzi telekanallar bu xoşagəlməz və bu utancverici fəaliyyətlərini hələ neçə illər davam etdirəcək? Bu sualların cavabını bilənlər varmı?

Artıq uzun illərdir ki, bir neçə telekanalın fəaliyyətində həm acınacaqlı, həm də çox üzücü mənzərə yaranıb. Telekanallarda yaranmış bu biabırçı vəziyyət kimlərə sərf edir axı? Məqsəd nədir? Ümumiyyətlə bu sahədə çox böyük boşluqlar var.

Efirlərdə nümayiş olunan əksər verilişlərdə bayağı mövzular gündəmə gətirilir. Çox-çox təəssüflər olsun ki, heç bir məna kəsb etməyən, bayağılığa bürünən, etikadan kənar sözlər söylənilən lüzumsuz, müsbət əhəmiyyətdən uzaq olan verilişlər hər gün televiziyaların bəzəyinə çevrilib. Bu, nə deməkdir? Efirlərdə bayağılıq pik həddə çatıb. Bu isə dəhşətdir.

Onu da qeyd edək ki, bir çox vətəndaşlarla bu haqda söhbət edəndə məlum olur ki, əksər ailələr bukimi neqativ hallara görə televizoru izləmək istəmir.

Bir təəssüf doğuran məsələni də deyək ki, şou proqramlarda və əyləncəcəli verilişlərdə iştirak edən həkimlər televiziya ekranlarının “ulduz”u oub desək, heç də yanılmarıq.

Belə bir sual yaranır. Bu ölkənin ziyalıları hanı bəs? Niyə susurlar görən? Ziyalılar nə üçün dövlətin aidiyyatı qurumları qarşısında telekanallardakı xoş olmayan bu vəziyyətlə bağlı etiraz səsini qaldırmır?

Ölkənin ziyalı kəsimi bu cür xoşagəlməz hallara hansı səbəblər baxımından göz yumur? Belə neqativ hallar telekanallarda nəvaxtadək davam edəcək?

Telekanal rəhbərlərinə nə vaxtsa “dur” deyən olacaqmı? Telekanallarda nümayiş olunan, tamaşaçıların zövqünü korlayan, yeniyetmələrin mənəviyyatını zəhərləyən mənfi xarakterli verilişlər bağlansa çox yaxşı olar.

Mənə elə gəlir ki, bu cür neqativ halların qarşısı təcili surətdə alınmalıdır. Yoxsa bunun nəticəsi daha ağır və xoşagəlməz hallara səbəb olar.

Şair-jurnalist kimi düşünürəm ki, tez bir vaxtda bu ciddi məsələlərlə əlaqədar olaraq nəhayət ki, həyacan təbili çalınmalıdır.

Bir daha deyirik ki, televiziyalardakı bəzi verilişlər tamaşaçılara çox lazımsız, bayağı şəkildə və etik normalardan uzaq tərzdə təqdim olunur. Başa düşmək olmur ki, utancverici verilişlərin efirə yol açmasına telekanal rəhbərləri və digər məsul şəxslər necə yol verir?

Deməli belə görünür ki, bəzi telekanallar yarıtmaz olan fəaliyyətlərilə cəmiyyəti mənfi istiqamətə sürükləyir. Təəssüflər…

Ürək ağrısıyla deyirik ki, Azərbaycan televiziyaları neçə illərdir heç bir səviyyəsi və mədəniyyəti olmayanların, sözün əsl mənasında çal-çağır məkanına çevrilib desək, daha düzgün səslənər.

Cəmiyyətə müsbət örnək olanlar, nümunəvi insanlar, eləcə də ziyalılar hansı səbəbə görə televiziya verilişlərinə dəvət olunmur?

Telekanalların fəaliyyətindən tamaşaçılar həqiqətən də çox narazılıq edir. Çünki bəzi telekanallar peşəkar formada işləmədiyi üçün onlar haqqında mənfi rəy yaranıb. Bu isə təəssüf doğuran haldır.

Azərbaycan telekanallarının bir çoxu tamaşaçılar üçün marağını çoxdan itirib desək çox doğru olar. Bunun isə əsas səbəblərindən biri də odur ki, telekanallara jurnalistikaya tamamilə yad olan şəxslər, qeyri-peşəkarlar ayaq açıb.

Belə “jurnalist”lər, efirdə özünü apara bilməyən aparıcılar telekanallarda “at oynadır”. Necə deyərlər, “burda mənəm, Bağdadda kor Xəlifə”.

Çox vacib və çox ciddi bir məsələni də vurğulamaq lazımdır.

Yəni baş verən xoşagəlməz hallardan belə bir nəticəyə gəlmək olur ki, bəzi telekanalların başının üstünü çoxdan qara buludlar alıb. Bu qapqara buludların telekanalların başı üzərindən nə vaxt çəkiləcəyini isə hələ ki, heç kim bilmir.

Neyləyək, yenidən televizor ekranlarına yaxın oturub mənəviyyatıımıza zəhər qatan əyləncələrə, şoulara, bayağı verilişlərə baxaqmı? Məncə yox, yəqin ki, daha yetər, bu qədər bəsdir, cənablar…

P.S. Vətəndaşlar televizorunun ekranına qara rənglə boyanan kağız yapışdırsınmı?

XATİRƏ ƏZİZ Rəhimli

Şair-jurnalist

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 Aprel 2025 21:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri