Bahar Muradova: “Erkən nikahla mübarizəyə din xadimləri də cəlb olunmalıdır”
Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Erkən nikahın qarşısının alınması ilə bağlı maarifləndirmə işinə din xadimləri və dini icmalar cəlb olunmalıdır”.
Bizim.Media xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çərşənbə axşamı “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda keçirilən konfransda deyib.
“Erkən evlilik, bir qayda olaraq, qızların təhsil, sağlamlıq, şəxsi inkişaf və gələcəklərini sərbəst müəyyənləşdirmək imkanlarını məhdudlaşdıran sosial bəladır. Hər bir qızın təhsil almaq, sağlam və təhlükəsiz mühitdə böyümək, öz gələcəyi ilə bağlı qərarların qəbulunda iştirak etmək hüququ var və bu hüquq dövlət tərəfindən qorunmalıdır”, – deyə o bildirib.
Komitə sədri dini icmaların, din xadimlərinin və ictimai nüfuz sahibi olan şəxslərin maarifləndirməyə cəlb edilməsinin ailələr, valideynlər və gənclərlə işdə əhəmiyyətli olduğunu vurğulayıb. O, qadın hüquqlarının müdafiəsində kişilərin də iştirakının vacibliyini qeyd edib.
Muradova məişət zorakılığından zərər çəkmiş şəxslərə dövlət hesabına hüquqi yardım göstərilməsini, mühafizə orderlərinin tətbiqinin təkmilləşdirilməsini və yerli icra hakimiyyəti orqanlarında monitorinq və əlaqələndirmə qruplarının fəaliyyətini bu sahədə görülən tədbirlər sırasında göstərib.
“Zorakılığa qarşı mübarizə yalnız hüquqi tədbirlərlə məhdudlaşmamalıdır. Onun sosial və mənəvi səbəblərinin araşdırılması və aradan qaldırılması üçün cəmiyyətin və aidiyyəti qurumların səyləri birləşdirilməlidir”, – deyə komitə sədri bildirib.
Bahar Muradova konfransın noyabrın 25-dən dekabrın 10-dək davam edəcək qadınlara qarşı zorakılıqla mübarizə üzrə 16 günlük fəallıq kampaniyası ərəfəsində keçirildiyini diqqətə çatdırıb.
Komitə sədri, həmçinin 2021-ci ildə başlanan qızların təhsilinə dəstək proqramının genişləndiyini bildirib.
Onun sözlərinə görə, proqram çərçivəsində qızların hüquq, mühəndislik, texnologiya və digər perspektivli sahələrdə təhsilinə və peşəkar inkişafına dəstək verilir.
“Vətəndaş cəmiyyətinin əsas dayaqlarından biri də qadınlar və onların bu prosesdə iştirakıdır”, – deyə Bahar Muradova qeyd edib.
Fəridə, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 24 Noyabr 2026 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















