4550 nəfərə ölkədən çıxış qadağası qoyulub RƏSMİ
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda borcunu vaxtında ödəməyən şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyulması halları davam edir. Aliment borcu, bank kreditləri və digər öhdəliklər səbəbindən tətbiq edilən bu tədbir bəzi vətəndaşların xaricə səfər planlarına da mane olur.
Bəs son dövrdə neçə nəfər bu məhdudiyyətlə üzləşib və borcunu ödəyən şəxslər nə vaxt ölkədən çıxa bilirlər?
Ədliyyə Nazirliyi “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirib ki, 2026-cı ilin ilk 9 ayı ərzində 4550 şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. Elektronika məhsulları
Bu məhdudiyyətlərin əksəriyyəti aliment, bank və bank olmayan kredit təşkilatlarına olan borclara görədir:
“Məhdudiyyətlərin 1966-sı aliment, 1020-si bank və bank olmayan kredit təşkilatlarına olan borclar, 1564-ü isə digər işlər üzrə tətbiq edilib.
Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar aradan qalxdıqdan, o cümlədən bu barədə məlumat icra məmuruna təqdim olunduqdan sonra icra məmuru 24 saat müddətində həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir.
2025-ci ildə 4417 şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılıb. Həmin işlərdən 1990-nı aliment, 909-u bank və bank olmayan kredit təşkilatlarına olan borclar, 1518-i isə digər işlər üzrə tətbiq edilib”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 24 Noyabr 2026 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















