Azərbaycan xalqının gücünü reallaşdıran lider oldu Deputat
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan xalqının potensial gücü hər zaman olub, lakin bu gücü reallaşdırmaq üçün vahid liderə ehtiyac var idi.
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Hikmət Məmmədov Milli Məclisin iclasında çıxışı zamanı deyib.
O bildirib ki, siyasi nəzəriyyədə Hans Morgenthau tərəfindən irəli sürülən milli güc konsepsiyasına əsasən, hər bir xalqın milli gücü mövcuddur, lakin bu güc vahid lider tərəfindən reallaşdırıldıqda həqiqi potensialını ortaya qoyur.
Deputatın sözlərinə görə, Azərbaycan xalqı hər zaman Ermənistan üzərində qələbə qazanmaq potensialına malik olub, lakin liderin olmaması bu potensialın reallaşmasına mane olub.
Hikmət Məmmədov vurğulayıb ki, 1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kurs sonradan bugünkü nəticələrin əldə olunmasına zəmin yaradıb.
O, ümidvar olduğunu bildirib ki, Azərbaycanla Ermənistan arasında başlayan sülh prosesi regionda yaşayan xalqların gələcəyi və sabitlik baxımından müsbət nəticələnəcək.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 24 Noyabr 2026 11:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















