Icma.az
close
up
RU
Bahar Muradova: Türk dünyasında ailə və sosial siyasət sahəsində birgə məqsədlər və dəyərlər bizi birləşdirir

Bahar Muradova: Türk dünyasında ailə və sosial siyasət sahəsində birgə məqsədlər və dəyərlər bizi birləşdirir

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 12 iyun, AZƏRTAC

Nazirlərin görüşü çərçivəsində mühüm sənədin imzalanması ilə üzv ölkələrin sosial və ailə sahəsində ortaq niyyət və fəaliyyət istiqamətləri təsbit olunub. Bu sənədin hazırlanması prosesində hər bir ölkənin irəli sürdüyü təkliflər nəzərdən keçirilib və yekunda ortaq məzmun və forma üzərində razılıq əldə olunub. Əldə olunan razılaşmalar gələcəkdə həyata keçiriləcək konkret fəaliyyət planlarının əsasını təşkil edəcək. Bu planlar həm resurs təminatı, həm də müddət baxımından əlavə razılaşmalarla dəstəklənəcək.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında bildirib.

O, milli dəyərlər, ailə modeli və sosial siyasətin perspektivləri ilə bağlı mühüm fikirlər səsləndirib. Komitə sədri qeyd edib ki, əsas məqsəd üzv ölkələrin niyyət və məqsədlərini birləşdirmək və bu yolda birgə addımlamaqdır. Bunun üçün Türk dünyasının zəngin resursları, tarixi irsi, bugünkü nailiyyətləri və gələcəyə yönəlmiş strateji baxışı əsas götürülür. “Zərərli və yad ideoloji təsirlərə qarşı birgə və razılaşdırılmış mövqe ortaya qoymaq, milli kimliyimizə və ənənəvi ailə modelinə sadiqliyimizi göstərmək baxımından bu toplantının böyük əhəmiyyəti var”, – deyə B.Muradova əlavə edib.

O, ailənin cəmiyyətdə oynadığı rolu xüsusi olaraq vurğulayaraq bildirib ki, xüsusilə gənc ailələrin formalaşması, valideynlik məsuliyyətinin dərk olunması və övladların vicdanlı, məsuliyyətli və fəal vətəndaş kimi yetişdirilməsi üçün ailə əsas sosial mühitdir. “Dövlət bu mühiti həm ictimai-siyasi, həm iqtisadi-sosial, həm də təhlükəsizlik baxımından təminat altına almalıdır”, - deyən komitə sədri qeyd edib ki, türk dövlətlərinin əksəriyyətində oxşar hüquqi baza və sosial müdafiə mexanizmləri mövcuddur. Eyni zamanda, uğurlu milli təcrübələrin paylaşılması və ortaq layihələrin həyata keçirilməsi ilə bağlı təkliflər də sənəddə əksini tapıb. Hazırda bu, fikir səviyyəsində olsa da, bir çox ölkədə artıq real işlərə çevrilmiş və nəticə verən təcrübələr mövcuddur.

Komitə sədri vurğulayıb ki, bizi birləşdirən təkcə məqsəd və hədəflər deyil, eyni zamanda, ortaq mədəniyyətimiz, mənəvi dəyərlərimiz və tariximizdir. Bu mədəni irsə sahib olmaq, onu qoruyub gələcək nəsillərə ötürmək həm milli, həm də regional məsuliyyətdir.

“Ailə və mənəvi dəyərlərin mövcud vəziyyətini və dəyişiklikləri təhlil etmək üçün ciddi, etibarlı və sistemli məlumat bazasına ehtiyac var. Bu sahədə qərarların düzgün verilməsi üçün elmi əsaslara söykənən statistika və sosial tədqiqatlar həlledici əhəmiyyət daşıyır”, – deyən B.Muradova fikrini yekunlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyun 2025 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see289

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see239

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see209

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see197

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see179

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see179

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see176

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see164

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see163

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see158

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see153

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see151

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see147

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see146

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see145

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see144

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri