Icma.az
close
up
RU
Bahar Muradova Vaşinqton Universitetinin Sosial İnkişaf Mərkəzinin direktoru, professor Maykl Şerraden ilə görüşüb AZƏRTAC

Bahar Muradova Vaşinqton Universitetinin Sosial İnkişaf Mərkəzinin direktoru, professor Maykl Şerraden ilə görüşüb AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 19 noyabr, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova COP29 Konfransı çərçivəsində Vaşinqton Universitetinin Sosial İnkişaf Mərkəzinin direktoru, professor Maykl Şerraden ilə görüşüb.

Komitədən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan hökumətinin apardığı siyasətin özəyində məhz gənclərin dayandığı vurğulanıb. Bahar Muradova gənclərin iqlim dəyişikliyi, dayanıqlı inkişaf və sosial problemlərə dair qlobal həllərin tapılmasında aktiv rolunu xüsusi vurğulayıb. Komitə sədri qeyd edib ki, dayanıqlı enerjiyə keçiddə gənclər maraqlı tərəf və dəyişikliklərin hərəkətverici qüvvəsi kimi mühüm rol oynayırlar.

Qeyd olunan məsələyə Azərbaycanda xüsusi diqqət yetirildiyinə diqqət çəkən sədr, Füzuli rayonunda COP29 çərçivəsində imzalanan müqaviləyə əsasən 500 hektara yaxın ərazidə yeni günəş enerjisi stansiyasının tikilməsi ilə bağlı qərar qəbul edildiyini deyib.

Vaşinqton Universitetinin Sosial İnkişaf Mərkəzinin Direktoru, professor Maykl Şerraden Azərbaycanda şahidi olduğu inkişaf proseslərinin, xalqımızın qonaqpərvərliyinin, yüksək mənəvi keyfiyyətlərinin onda xoş təəssürat yaratdığını qeyd edib. Rəhbərlik etdiyi Sosial İnkişaf Mərkəzinin bu günə qədər həyata keçirdiyi layihələr haqqında geniş məlumat verən qonaq, xüsusi olaraq enerji keçidinin dünyada mütləq olaraq paralel şəkildə insan inkişafı prosesi ilə birgə aparılması və bu prosesdə gənc nəslin hərtərəfli iştirakı haqqında mülahizələrini bildirib. O, gənclərin iqlim dəyişikliyi ilə mübarizəyə verdikləri töhfələri vurğulayaraq, onların beynəlxalq səviyyədə qərarların qəbul edilməsində iştirakını artırmaq üçün birgə səylərin əhəmiyyətini qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2024 09:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see225

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see197

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see163

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see161

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see144

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see139

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see134

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see130

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see130

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see128

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri