Icma.az
close
up
RU
Baharın gəlişini müjdələyən ənənəvi bayram

Baharın gəlişini müjdələyən ənənəvi bayram

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Novruz bayramı xalqımızın ən qədim və ən əziz bayramlarından biridir. Tarix boyu qeyd edilən bu bayram yalnız yeni ilin başlanğıcı deyil, o cümlədən təbiətin oyanışının, yenilənmənin, ümidin və birlik ruhunun təcəssümüdür. Novruz bayramı Azərbaycan xalqının mədəni irsində, adət-ənənələrində və milli kimliyində xüsusi yer tutur.

Novruz, farsca "Yeni gün" mənasını daşıyır və astronomik təqvimə əsasən, gecə ilə gündüzün bərabərləşdiyi 20-21 mart tarixində qeyd olunur. Bu bayramın tarixi qədim Zərdüştlük dövrünə qədər gedib çıxır və əsrlər boyu xalqımızın həyat tərzi ilə sıx bağlı olub. Azərbaycanın müxtəlif bölgələrində Novruzla bağlı fərqli inanclar və adətlər mövcuddur, amma bayramın əsas mahiyyəti dəyişməz qalır – Novruz bolluğun, xeyirxahlığın və ailə dəyərlərinin simvoludur. Novruz baharın ilk günü olub, gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gətirir. Hamı bu bayramı yüksək təntənə ilə, ürək sevinci ilə, qəlb fərəhi ilə qarşılamağa çalışır. Azərbaycan xalqı Novruz ənələrinə daim ehtiramla yanaşır. Bu ənənələr müqəddəs ərməğan kimi daim uca tutulur,yaşadılır və gələcək nəslə ən gözəl töhfə kimi çatdırılır.

Təbiətin oyanış bayramı olan Novruza bir ay qalmış adamlar dörd çərşənbə axşamını qeyd edirlər. Bu çərşənbələrin hər biri insanların yaşaması, bütün həyatın varlığı üçün vacib olan dörd ünsürdən birinə – od, torpaq, su və havaya həsr olunur. Bu da Novruzun dünyanın ən qədim, ən müdrik bayramlarından biri olduğunu göstərir. Novruz bayramı və çərşənbə axşamlarında süfrələrə cürbəcür milli yeməklər və şirniyyatlar xalqın deyimi ilə desək “yeddi cür nemətlər düzülür”. Bayramın mahiyyətini müəyyən cəhətlərdən tamamlayan süfrə mədəniyyəti kimi adətlər də bayatılarda təlqin olunur. Süfrəyə səməni, müxtəlif şirniyyatlar (şəkərbura, paxlava, qoğal, badam və fındıq), boyanmış yumurta və digər nemətlər qoyulur. Bayram süfrəsinin əsas atributlarından biri də "Xonça"dır. Xalq arasında xonçaya yeddi növ nemət qoyulması adəti var ki, bunlar əsasən "S" hərfi ilə başlayan qidalar olur: səməni, su, süd, sumaq, səbzi, sarıkök və sirkə.

Bu bayram Azərbaycan xalqının birliyini, qonaqpərvərliyini və köklü adət-ənənələrə bağlılığını nümayiş etdirən ən gözəl bayramlardan biridir. Bu gün qohumlar bir-birinin evinə gedir, küsülülər barışır, uşaqlar papaq atmaq kimi qədim adətlərimizi yaşadırlar.

Novruz bayramı təkcə milli bayram deyil, həm də Azərbaycan xalqının kimliyinin ayrılmaz hissəsidir. O, bizə birlik, sevgi və paylaşmaq kimi dəyərləri xatırladır. Sovet dövründə qadağan edilsə də, xalqımız bu bayramı yaşatmış və müstəqillik qazandıqdan sonra Novruz dövlət səviyyəsində qeyd edilməyə başlanmışdır. Novruz bayramının dövlət səviyyəsində qeyd olunması və Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması sahəsində Ulu Öndər Heydər Əliyevin böyük rolu olub. Sovet hakimiyyəti dövründə Novruz bayramının keçirilməsinə məhdudiyyətlər qoyulsa da, Heydər Əliyev 1969-cu ildə Azərbaycanda rəhbərliyə gəldikdən sonra bayramın yenidən geniş şəkildə qeyd olunmasına şərait yaradıb.

Xüsusilə, müstəqilliyimizin bərpasından sonra ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində Novruz bayramı Azərbaycan xalqının milli kimliyinin rəmzi kimi dövlət səviyyəsində qeyd olunmağa başladı. Ulu öndər Novruzun xalqımız üçün tarixi və mədəni əhəmiyyətini vurğulayaraq, bu bayramı milli birliyin, dostluğun və sülhün rəmzi kimi qiymətləndirirdi. Onun təşəbbüsü ilə Novruz dövlət bayramı statusu aldı və bu ənənə bu gün də davam edir. Ulu Öndər Heydər Əliyevin Novruz bayramının qorunub saxlanması və geniş miqyasda qeyd olunması istiqamətində gördüyü işlər bu bayramın xalqımız üçün daha da əhəmiyyətli olmasına şərait yaratmışdır.

2009-cu ildə Novruz bayramı UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 2010-cu ildə isə BMT tərəfindən Beynəlxalq Novruz Günü kimi elan olunub. Bu da Novruzun təkcə Azərbaycan üçün deyil, bütün türk və Şərq xalqları üçün nə qədər böyük önəm daşıdığını göstərir.

Azərbaycanın 30 ilə yaxın işğal altında olan torpaqlarının azad edilməsi xalqımız üçün yeni bir dövrün başlanğıcı oldu. Qarabağ və Şərqi Zəngəzurda ilk dəfə keçirilən Novruz bayramları, işğaldan azad edilmiş torpaqlarda həyatın yenidən canlandığını göstərir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad olunmuş ərazilərdə Novruz tonqalını yandırması, bu bayramın Azərbaycan xalqı üçün nə qədər böyük önəm daşıdığını bir daha nümayiş etdirdi. Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda və digər bölgələrdə Novruz tonqalları yandırılır, xalqımız öz doğma torpaqlarında bu əziz bayramı böyük sevinc və coşqu ilə qeyd edir.

İşğaldan azad olunmuş torpaqlarda Novruz bayramının keçirilməsi təkcə bir ənənənin davamı deyil, həm də qayıdışın, quruculuğun və gələcəyə olan inamın təcəssümüdür. Bu bayram, Azərbaycan xalqının iradəsinin, mədəniyyətinin və milli kimliyinin qorunmasının bariz nümunəsidir. Novruz hər evə sevinc, bolluq və firavanlıq gətirsin!

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Mart 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri