Icma.az
close
up
RU
Tramp: ABŞ Venesuela tankerlərinin neftini özündə saxlayacaq

Tramp: ABŞ Venesuela tankerlərinin neftini özündə saxlayacaq

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ həm beynəlxalq sularda ələ keçirilən Venesuela tankerlərinin neftini, həm də gəmilərin özlərini mənimsəməyi planlaşdırır.

"Ölkə.az" "Report"a istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu Florida ştatının Uest-Palm-Biç yaxınlığındakı Mar-a-Laqo malikanəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Biz onu (nefti - red.) saxlayacağıq. Strateji ehtiyatları artırmaq üçün istifadə edə bilərik. Biz onu saxlayacağıq. Biz həmçinin gəmiləri də saxlayacağıq", - o deyib.

Eyni zamanda Tramp yenidən Venesuela lideri Nikolas Maduroya hədə-qorxu gəlib.

"Əgər Maduro sərtləşsə, bu, onun son sərtləşməsi olacaq", - ABŞ Prezidenti bildirib.

Dekabrın 10-da ABŞ Prezidenti Donald Tramp Venesuela neftini daşıyan sanksiyalı neft tankerinin ələ keçirildiyini elan edib və ABŞ-nin nefti özündə saxlamağı planlaşdırdığını açıqlayıb.

Dekabrın 20-də ABŞ Panama bayrağı altında üzən və Çinin neft emalı zavodlarına yanacaq tədarük edən ÇXR-in neft treyderi üçün yük daşıyan "Centuries" tankerinin ələ keçirildiyini təsdiqləyib. Bununla belə, gəmi ABŞ-nin sanksiyaları altında deyildi.

Dekabrın 21-də "Bloomberg" Panama bayrağı altında Venesuelaya üzən "Bella 1" tankerinin ələ keçirildiyini bildirib. "The New York Times" qəzetinin məlumatına görə, ABŞ hakimiyyəti "Bella 1"in ələ keçirilməsi üçün order alıb, çünki gəmi əvvəllər İran neftinin daşınmasında iştirak etmiş ola bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:281
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Dekabr 2025 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri