Icma.az
close
up
RU
Bahəddin Həzi 60 illik ömrünə nəzər saldı İNDİ MƏN ODU SÖNDÜRÜLMÜŞ ATA OCAĞIMIN KÜLÜ İLƏ OYNAYAN AHIL UŞAĞAM

Bahəddin Həzi 60 illik ömrünə nəzər saldı İNDİ MƏN ODU SÖNDÜRÜLMÜŞ ATA OCAĞIMIN KÜLÜ İLƏ OYNAYAN AHIL UŞAĞAM

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

…Sabah 60 yaşım tamam olur. Bu ərəfədə bəlkə elə bu duyğu məni kəndə – doğulub-böyüdüyüm evə aparmışdı. Əslində nə o kənd var, nə o ev, nə o bağ-bağat. Orda – düşmənin dağıtdığı evimizin xarabalığında özümə için-için etiraflar etdim. O etirafları “Ahıl uşağın etirafları” adı altında yazıya da köçürdüm. Bilmirəm, necə alınıb. Onu bilirəm ki, istədiyim kimi alınmayıb. Şəkildə gördüyünüz mənzərə isə evimizdən geriyə qalan daş yığınıdır. Ürəyimdən asılan bir topa daş. Oxuduğum məktəbdən də heç nə qalmayıb. Əzizlərimizin uyuduğu məzarlığı da dağıdıblar. Bu məni bir daha sarsıtdı.

Elə hey bu haqda yazmaq istəyirdim, əlim gəlmirdi. Axır ad günüm bəhanə oldu, qarışıq duyğular içində nəsə bir yazı qaralamışam. Bəzi hissələrini bu gün paylaşıram. Sabahkı günün əhvalını pozmaq istəmədim (istəməzdim).

“Ahıl uşağın etirafları”ndan:

…Mən dünyanın mərkəzində doğulsaydım, xoşbəxt uşaqlıq dövrü keçirsəydim, yəqin hər şey başqa cür olardı. Bəlkə tamam başqa biri olardım.

Mən dünyanın mərkəzində doğulsaydım, məsələn, Rudolf Myossbauer, Uolter Kon, Bob Şrifer kimi Nobel laureatlarını yaxından tanıyardım, onda “Fiziklər və liriklər” kitabını yazmaq bəxtəvərliyi də Virtanın qismətinə yazılmazdı. O kitabı elə özüm yazardım.

Ancaq…

Mənim bəxtimə bir aprel günü – ikindi çağında Planetin ucqarında doğulmaq, küskün kənd idilliyasında böyümək, nəmli-qüssəli neft şəhərində yaşlanmaq düşüb.

Deyəsən, bu duyğuya təslim olub, barışmışam da.

…”İnsan təslim olmadıqca, taleyindən güclüdür”. Remarkın sözüdür bu, mənim deyil.

Yox-yox, taleyindən güclü olmaq hara, biz hara?! Biz, Tolstoyun dediyi o “taleyin məğlub etdiyi” həmin bəxtsizlərik. Əyalətdə “bitib”, meqapolis “cəngəlliklərində” “çiçəkləyən” hər fağır kənd uşağı kimi bizi də erkən “şaxta” vurdu, tumurcuqlarımız qınında yandı; ömrümüzün yarıkal, yarıcır “meyvə”ləri heç öz qarnımızı doyura bilmədi. O da ola kiməsə pay tutaq. Üstəlik hələ sən qanlı göz yaşında zaman-zaman “yuyunan” “karbohidrogen yarımadası”nın bir küncünə qısılıb qalmısansa…

Axı biz hamımız, dediyim kimi, “qara qızıl”ın başına yığışmışıq. Acı reallıqdır: cəmiyyətin az qala yarısı ölkənin bir ucuna cəmləşib, dirsəkləşə-dirsəkləşə yaşayır. Bax, elə biri özüm.

Mənim üzüm şəhərdən kəndə tərəf idi, ancaq mən hazırlaşıb kəndə köçənə qədər kənd yerindən qopub, paytaxta sığındı. Sığındı, ancaq sığışmadı.

İndi mən odu söndürülmüş ata ocağının külü ilə oynayan ahıl uşağam.

Həm də tək mən yox.

Bəli, biz – yarım əsr əvvəlin uşaqları – taleyimizdən güclü olmaq istədik. Amma arzulardan çox ağrılarla böyüdük.

…Hər şey o qədər qarışıq ki! Lüdviq Vitgenşteynin faktlar kaleydoskopu ilə pozitivistlərin hisslər kaleydoskopu arasında sıxışıb qalmışam. “Dağıdıcı” cavanlığımın yaradıcı davamı olmaq istədim; uzun zaman “asi” siyasətlə məsum ədəbiyyatın arasında – bu zalım məngənədə sıxıldım. Mənim ömrümün bir hissəsi bu aralıqda axıb keçdi. Qaynar hadisələrdən başımız ayılmadı, gözümüz açılmadı. Tarixin təlatümləri doğal kimyamızı pozdu. Baxıram, yaşıdlarımın çoxu mənə indi artıq məzar daşlarından baxır. Yaş nəslimin – zaman ortaqlarımın, ömür şəriklərimin “yarpaq tökümü” erkən başlayıb.

Bundan qorxmaq lazımdırmı?! Yox! Çünki qorxunun heç nəyə və heç kimə faydası yoxdur, olmaz da.

Əslində insan həyatı başından sonuna kimi bioloji kimyadır; təbii-kimyəvi reaksiyalarımız dayandısa, orda bitdik, demək.

Bəli-bəli, bizi hormonlar yönləndirir. Əgər yalnızlıq hiss edirsənsə, dağa-daşa düşmə: səbəb oksitosinin çatışmazlığıdır. Dofamin yoxdursa, heç nəyə həvəsin qalmayacaq. Serotanin düşübsə, inamsızlıq var səndə. Endorfin qıtlığıdırsa, həyatdan doğru-düzgün zövq ala bilməyəcəksən. Əksinə, kortizol normadan yuxarıdırsa, aqressivləşəcəksən…

Bizim bioloji ritmimiz pozulubsa, bunun səbəbləri doğru zamandakı yanlış yaşamdan qaynaqlanır. Etiraf edək: stressli bir ortamın ümidsiz sakinləriyik. Əgər hələ yaşayırıqsa, bu, özü bir uğurdur. Bir də uğurlu yaşaya bilsək, o, artıq həm fərdi, həm ictimai bəxtəvərliyin iki qatıdır.

Amma, bilirsiniz, hər şey bir az qəlizdir. Bax, hamımızın yolu məzarlığa düşür, elə deyilmi? O kədərli məkanda -Ölümün kölgəsində “qulaqbatırıcı” sükutu dinləyirsən, “daşlaşmış” simalara baxırsan.

Məzarlıqlar əslində ölümlərdən də çox, həyatların açıq hava sərgisidir. Tarixlərə göz gəzdirirsən, talelərə qulaq verirsən və düşünürsən, düşünürsən… Həyatda cavan qala bilməyən insanın ölümü xeyli cavanlaşıb. Torpağın üstündə saçı ağaracaq, beli büküləcək, dişi töküləcək bir potensial qoca torpağın altında “cavan qalacaq”; torpağın üstündəki üzü qırışmağa macal tapmamış özü torpağa qarışıb gedəcək.

Bəli, adamlar həyatını yaşamağa vaxt tapana qədər, ölüm cavanlaşır. Bunun da elmi-tibbi sirləri var.

…Elmi-tibbi səbəblər dedim. Akademik Pavlov isbat etmişdi ki, bütün xəstəliklər dağıdıcı fikirlərin və obrazların nəticəsidir. Axı biz bir çox xoşagəlməz xatirələri illərlə içimizdə daşıyırıq, bir çox hallarda acı xatirələrlə şirin xəyallarımızı qamçılayırıq və sonra təəccüblənirik ki, bu xəstəliklər, bu ağrılar hardan əmələ gəldi?! Hərçənd bütün bunların günahkarı elə özümüzük.

…Yəqin razılaşarsınız: kimdənsə, incimişiksə, bu hiss ən birinci öz orqanizmimizi dağıdır. Çünki incidənin obrazını ürəyimizdə daşıyırıq. İncinmiş adamın gücü və enerjisi, dediyim kimi, təhtəlşüurdakı obrazla mübarizəyə sərf olunur. Bir də baxırsan, heç bir iş görməmisən, artıq… yorulmusan. Heç yaşamağa fürsət tapmamış, artıq yaşlanıb, həyatdan usanmısan. Niyəsi bəllidir: incidənin obrazı ruhu yorur.

…Zaman keçir, yaş üstünə yaş gəldikcə, xatirələrlə xəyalların savaşında hər gün bir az da uduzuruq. Bir gün ayılıb görürük: bütün hakim yüksəkliklər əldən gedib və biz Hakimin qarşısında – Haqq divanındayıq.

Gəl, indi cavab ver, görüm necə cavab verirsən…

Bahəddin Həzi

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 27 Aprel 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see228

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see222

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see192

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see189

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see180

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see176

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see161

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see146

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri