Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi futbol oynayarkən öldü
Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyev vəfat edib.
Lent.az xəbər verir ki, S. Hacıyev bu gün Bakıdakı meydançaların birində futbol oynayarkən səhhəti anidən pisləşib.
Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, ürək tutmasından vəfat edib.
Xatırladaq ki, S.Hacıyev 1961-ci ildə anadan olub. O, uzun müddət hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışıb, daha sonra fəaliyyətini hakim kimi davam etdirib. 2018-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi futbol oynayarkən öldü YENİLƏNİB
14 Noyabr 2024 12:28
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi öldü
14 Noyabr 2024 21:20
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi futbol oynayarkən vəfat etdi
13 Noyabr 2024 22:20
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi futbol oyunu zamanı öldü
13 Noyabr 2024 22:28

