Icma.az
close
up
RU
Bakı Ali Neft Məktəbində innovativ təlim infrastrukturu genişləndirilib

Bakı Ali Neft Məktəbində innovativ təlim infrastrukturu genişləndirilib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 13 fevral, AZƏRTAC

Bakı Ali Neft Məktəbində (BANM) yaradılan yeni təlim mərkəzi və laboratoriya rəqəmsal transformasiya, avtomatlaşdırma və kibertəhlükəsizlik sahələrində praktik yönümlü, yüksəkixtisaslı, innovativ kadrların hazırlanmasına mühüm töhfə verir.

Son iki həftədə Bakı Ali Neft Məktəbində yeni təlim mərkəzi və laboratoriya istifadəyə verilib.

Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib.

Bakı Ali Neft Məktəbində yeni fəaliyyətə başlayan Əməliyyat Texnologiyaları Akademiyası SOCAR ilə qabaqcıl avtomatlaşdırma, təhlükəsizlik və mühəndislik həlləri təqdim edən qlobal texnologiya şirkəti “Honeywell” arasında əməkdaşlıq çərçivəsində yaradılıb.

Akademiya istehsalat sahələrində rəqəmsal transformasiyanın sürətləndirilməsinə, əməliyyat təhlükəsizliyinin və etibarlılığının artırılmasına, mühəndis-texniki heyətin müasir avtomatlaşdırma və idarəetmə sistemləri üzrə bilik və bacarıqlarının sistemli şəkildə inkişaf etdirilməsinə xidmət edir.

Burada quraşdırılan təlim alətləri, avadanlıq SOCAR-ın əməkdaşları ilə yanaşı, BANM-in müəllim və tələbələri üçün mühüm imkanlar yaradır, yüksək rəqəmsal bacarıqlı, innovasiyaya yönəlmiş kadrların yetişdirilməsi baxımından vacib rol oynayır. Real istehsalat mühitini simulyasiya edən müasir təlim infrastrukturu mürəkkəb avtomatlaşdırma proseslərini təhlükəsiz şəraitdə öyrənmək və sınaqdan keçirmək üçün əlverişli platforma təqdim edir. Hazırda bu Akademiyada çalışan əməkdaşlar həm də Bakı Ali Neft Məktəbinin məzunlarıdır.

Bakı Ali Neft Məktəbində yeni fəaliyyətə başlayan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) təşəbbüsü və dəstəyi ilə yaradılan “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyası BANM-də İnformasiya təhlükəsizliyi sahəsində praktik yönümlü tədrisin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Laboratoriya BANM-də təhsil alan tələbə, müəllim və tədqiqatçılarla yanaşı, dövlət qurumlarının əməkdaşlarının istifadəsi üçün də nəzərdə tutulub. Burada mütəxəssislər beynəlxalq standartlara uyğun kiberinsident ssenariləri üzərində birgə işləmək, XRİTDX tərəfindən təşkil edilən təlimlərdə iştirak etmək və praktik təcrübə əldə etmək imkanı qazanırlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Fevral 2026 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri