Icma.az
close
up
RU
Bakı Ankara İslamabad geostrateji üçbucağı: İstinad və ümid yerimiz elə qardaş məmləkətlər olmalıdır

Bakı Ankara İslamabad geostrateji üçbucağı: İstinad və ümid yerimiz elə qardaş məmləkətlər olmalıdır

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"İran İsrail və ona qarşı duran digər dövlətlərlə problemlərini həll edə bilsə, Azərbaycan- Pakistan-İran-Türkiyə dördlüyü çox gözəl alına bilər".

Bunu "Bakı-Ankara-İslamabad" yeni geostrateji üçbucağının hərbi-diplomatik blokun gələcəyinə mümkün təsirlərini şərh edən politoloq Tofiq Abbasov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün qlobal dünya məkanında yeni strateji əməkdaşlıq formatları yaranır. Bu formatlar yeni çağırışlar, təhlükələr və risklərlə bağlıdır. Çünki bu amillərə tutarlı cavab vermək lazımdır:

"Regionumuzda gedən starteji əmədaşlıqlar fonunda, ilk növbədə, "Bakı-Ankara-İslamabad" geostrateji üçbucağında bizim üçün ən önəmli məsələ təhlükəsizliyin qorunmasıdır. Həm Türkiyə, həm də Pakistan çox yaxşı bilir ki, münaqişəli vəziyyətlərin təfərrüatları nədən ibarətdir və hansı proseslərə öz neqativ təsirlərini göstərir”.

Müsahibimiz qeyd edib ki, Ermənistanla qarşıdurmada olduğumuz və problemimizi həll etmədiyimiz dövrdə bir çox layihələrin müqəddaratı böyük şübhələr altında idi. İnvestorlar və tərəfdaşlarımız belə tutarlı addım atmağa cürət etmirdilər ki, bizim regionumuza maraq göstərdiklərini bildirsinlər. Dediyinə görə, artıq investorlar və tərəfdaşlarımız çəkinmədən hərəkətlərini tənzimləyirlər. Digər tərəfdən, görüləcək işlərin üzərində qara buludların olmadığını dərk edirlər.

T.Abbasov hesab edir ki, Ermənistanla problemi həll edəndən sonra tamamilə fərqli bir reallıq formalaşıb. Azərbaycan həm sərt, həm də yumşaq gücünün olduğunu göstərdi:

“Bundan başqa, diplomatik çevikliyimiz nəticəsində əks-hücum əməliyyatında Fransa xaric, heç bir dövlət bizə irad tuta bilmədi. Çünki dünya qanunvericiliyinin bütün tələbləri Azərbaycanın tərəfində idi”.

Politoloq bildirib ki, ölkəmiz ağrılı problemi uğurla həll edəndən sonra sözün əsl mənasında yeni reallıqlar formalaşdırdı. Artıq Cənubi Qafqaz risk zonası deyil:

“Hindistan və bəzi dövlətlər Ermənistanı yenə də qızışdırıraq ortaya atmaq istəyirlər. Lakin başa düşürlər ki, Azərbaycan onlara heç bir şans verməyəcək və itkiləri qaçılmaz olacaq. Ona görə də ölkəmiz çox böyük konstruktiv rol oynamaqla, İslamabad, Ankara və digər mərkəzlərə regionun yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Demək olar ki, artıq yeni kommunikasiya imkanları şaxələnir və Ermənistanın rolu getdikcə kiçilir. Əslində Ermənistan öz rolunu mahiyyətcə böyüdə bilər. Əgər Nikol Paşinyan öz sözlərini tutarsa və əməli addımlar atarsa, İrəvan revanşizm və nifrət siyasətindən uzaqlaşar və konstruktiv proseslərə qatıla bilər. Hər halda Azərbaycan bunu Ermənistana təklif edib".

Tofiq Abbasov:  İran İsraillə problemlərini həll edə bilsə, Bakı-Ankara-İslamabad-Tehran dördlüyü çox gözəl alına bilər

Azərbaycanın Ermənistanla əməkdaşlığa hazır olduğunu bildirən Abbasov vurğulayıb ki, qonşuluq siyasəti və etimadın bərpa olunması müəyyən qədər vaxt tələb edir:

"Çünki Azərbaycanla Ermənistan arasında böyük savaşlar olub, insanlarımızın haqlı hiddəti var. Odur ki, indiki halda "Bakı-Ankara-İslamabad" üçbucağında çox münbit atmosfer formalaşır. Düzdür, ən yaxınlığımızda İran kimi məmləkət var. İranın dünya siyasətində özünün mövqeyi tamamilə fərqlidir. Ümumiyyətlə, İranın geosiyasi cəbhədə öz xətti var. Biz bunu nəzərə almalıyıq. İran İsrail və ona qarşı duran digər dövlətlərlə problemlərini həll edə bilsə, Azərbaycan- Pakistan-İran-Türkiyə dördlüyü çox gözəl alına bilər. Çünki İranın əhalisi və ərazisi böyükdür. Biz yeni və birbaşa xəttlərin çəkilməsinə icazə verə bilərik. Nəzərə alaq ki, İranla münasibətlərimizdə yeni mərhələ başlayıb".

Onun fikrincə, qeyri-müsəlman dünyası bizim təşəbbüsləri qısqanclıqla qarşılayır və inkişafımızdan qıcıqlanırlar. Ona görə də istinad və ümid yerimiz elə qardaş məmləkətlər olmalıdır. Azərbaycan bütün hallarda tolerantlığını kənara qoymayıb və bütün qeyri-müsəlman dövlətləri ilə heç bir ədavətinin olmadığını göstərir.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 13 Noyabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see226

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see189

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see158

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see150

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see144

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see134

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri