Icma.az
close
up
RU
Menu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xarici ticarət: ixrac və idxal azalır

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Hərbi paradda “Bakı Ankara İslamabad” yeni geostrateji üçbucağının yüksələn regional güc konfiqurasiyasının bəyanı TƏHLİL

Hərbi paradda “Bakı Ankara İslamabad” yeni geostrateji üçbucağının yüksələn regional güc konfiqurasiyasının bəyanı TƏHLİL

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 11 noyabr, Elmir Səftərov, AZƏRTAC

AZƏRTAC Sosial Tədqiqatlar Mərkəzi (STM)İdarə Heyətinin üzvü, professor Tahirə Allahyarovanın "Hərbi paradda “Bakı- Ankara- İslamabad” yeni geostrateji üçbucağının yüksələn regional güc konfiqurasiyasının bəyanı" sərlövhəli təhlil yazısını təqdim edir:

Hərbi Parad-Zəfərin bizlərə bəxş etdiyi şanlı təqvimin simvolu, mesaj və dərsləri

Noyabrın 8-də Bakının baş meydanında Zəfərimizin 5 illiyi münasibətilə Qələbəmizdən sonrakı sayca 3-cü Hərbi Parad keçirildi.

İlk Qələbə Paradı (2020-ci dekabrın 10-da ) savaşda qələbəmizin, ikinci hərbi parad 2023-cü il noyabrın 8-də isə Xankəndi şəhərində-separatçılığın məhvinin və tam suverenliyimizin bərpasının bəyanı və təcəssümü oldu.

Zəfərin 5-ci, “2025-ci Konstitusiya və Suverenlik ili”ndə baş tutan Hərbi paradı - Azərbaycanın otuz ildən sonra regiona gətirdiyi sülh geosiyasətinin, “sülhə məcbur etmə” diplomatiyasının( peace through strength) nümayişi oldu.

Bu paraı fərqləndirən yeniliklər o qədər çoxdur ki, onların tarixi əhəmiyyəti ilə bağlı hələ çox yazılacaq. Ən böyük yekun isə Hərbi paradda bütün dünyanın “Bakı- Ankara- İslamabad” strateji üçbucağının yüksələn güc konfiqurasiyasına şahidlik etməsi oldu.

Qələbəni qeyd edən hərbi paradlar dünya tarixində hər ölkəyə nəsib olmayan böyük nemətdir. Ölkənin keçmişi ilə bu gününü birləşdirən dərin tarixi, milli və simvolik əhəmiyyətə malik hərbi paradlar bütün dünyada müstəsna olaraq böyük tarixi uğur və milli yüksəliş hadisələrini, hərbi zəfərləri qeyd etmək üçün keçirilir.

XXI əsr müharibələrin görünməmiş çətinliyi ilə fərqləndiyi üçün burada qazanılan qələbələr də ayrıca milli şərəf məsələsidir və hələlik dünyada yeganə Azərbaycan nümunəsidir! Azərbaycandan başqa hələlik bu əsrdə hər hansı başqa ölkə belə möhtəşəm bir tarixi hadisəni qeyd edə bilməyib! 5 illiyin Hərbi paradı ilə Müzəffər Ali Baş Komandanın siyasi iradəsinin, Qalib Ordumuzun rəşadət və hünərinin, şəhidlərimizin fədakarlığının, xalqımızın şovinist separatçılıq və işğala qarşı mübarizədə göstərdiyi qətiyyətin nümayişi Zəfər salnaməsində daha bir yeni bir səhifə yazıldı. Hərbi paradda baş verən tarixi ilk: yeni dünya nizamının formalaşmasında həlledici yüksələn güc- Azərbaycan, Türkiyə və Pakistan strateji üçbucağının təqdimi dünya gündəmindədir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin də iştirak etdiyi Hərbi paradda xarici ölkələrdən görünməmiş sayda 75 ölkənin nümayəndələri tribunada səfirlər, hərbi attaşelər səviyyəsində təmsil olundu.

Bizi Zəfərimizdən ayıran cəmi 5 ildə konturları sürətlə dəyişən və formalaşan yeni dünya düzənində yeni hərbi-siyasi konfiqurasiyanın bəyanı dünya mediasında gündəm oldu.

Paradın tarixi əhəmiyyəti mövcud dünya düzəninin çökməsi fonunda Azərbaycan Prezidentinin regional və milli təhlükəsizliyi təmin etməyə yönəlmiş qarşılıqlı çoxtərəfli əməkdaşlıq təşəbbüslərinin həyata keçirilməsidir. Bu reallıq dahi siyasi liderlərə xas keyfiyyətin: “böhran mərhələlərini fürsətə, imkana çevirmək” kimi məlum aksiomanı bir daha təsdiq etdi. Dövlətimizin başçısının paradda gördüyümüz Azərbaycanın, habelə regionun qlobal geosiyasi arxitekturada "tarixin coğrafi oxu” (“Heartland”) adlanan məkan statusunu daha da yüksəltməsi isbatlandı.

Zəfər paradından görünən yeni regional gücün bəzi əsas cəhət və yekunlarına nəzər salaq.

Strateji üçbucaqlar, ilk növbədə, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığa yönəlmiş konfiqurasiyadır.

Daha sonra: iqtisadi-ticarət, mədəni və s. əməkdaşlıq sıralanır. Üçbucaqların zirvə və dayaq istinad ölkələri çoxmərkəzli və simmetrik (habelə, təkmərkəzli və asimmetrik) münasibətlərə malik olur. Bakı-Ankara-İslamabad üçbucağının simmetrik, çoxmərkəzli olmasını demək üçün dərin geosiyasi biliklərə ehtiyac yoxdur. Bu potensial dünyada “ölkələrin milli güc potensialını” qiymətləndirən çoxfaktorlu indekslərlə müəyyən edilir.

Strateji, milli hərbi güc məsələsində “Qlobal Atəş Gücü İndeksi”ndə əsas kimi götürülür. Hərbi müstəviyə proyeksiya edildikdə Azərbaycan, Türkiyə və Pakistanın simmetrik üçbucağından görünən tarazlı mənzərə göz önündədir.

Hərbi-müdafiə sənayesində dünyada qibtəedici texnoloji suverenliyə qısa müddətdə nail olan Türkiyə NATO hərbi blokunun üzvü və regional strateji aktordur. Pakistan- yeganə “islam atomuna” malik strateji nüvə dövlətidir.

Azərbaycan Cənubi Qafqazın ən güclü ordusuna malikdir. Eyni zamanda, ölkə üçbucaqlı geosiyasi münaqişədə qalib çıxmış yeganə tərəfdir və Z. Bjezinskinin qeyd etdiyi kimi, enerji və regional logistika resursları ilə strateji əhəmiyyətə malik “dayaq və istinad nöqtəsi”dir.

Hərbi paradda Azərbaycan ilk dəfə olaraq milli ordusunun arsenalına daxil edilmiş bir sıra müasir silah sistemlərini nümayiş etdirərək, hərbi-texnoloji suverenlik iddiasını qətiyyətlə ortaya qoydu.

Azərbaycanın Müzəffər Ordusu ilə yanaşı, qardaş Türkiyə və Pakistan hərbçilərinin hərbi paradda keçidi ilk dəfə baş tutdu. Zəfər səmasında süzən Türkiyənin altı F-16 qırıcısı fonunda, ilk dəfə bir Cənubi Qafqaz ölkəsinə təqdim olunan Çin istehsalı "HQ-9" uzaqmənzilli zenit-raket kompleksinin nümayişi, dron aviasiyası və 5-ci nəsil (Ice Breaker) hava-yer raketi hərbi ekspertlərin diqqətini cəlb etdi.

Hərbi analitiklər qeyd edirlər ki, bu raketin Azərbaycan Ordusunun arsenalına əlavə edilməsi Xəzər dənizindəki potensial düşmənlər üçün strateji siqnal olmaqla, Bakının yeni texnoloji suverenlik səviyyəsini nümayiş etdirir.

Yeni regional geosiyasi üçbucağın hərbi gücü belə ümumiləşdirilə bilər:

Toplam əhali: 354 milyon

Hərbi büdcə: 60 milyard dollar

Hərbi personal: 3.029.300 nəfər

Türkiyə, NATO üzvü olaraq, güclü daxili müdafiə sənayesi və yaxşı maliyyələşdirilmiş ordusu ilə dünyanın ilk 10 hərbi gücü arasında yer alır. Pakistan isə strateji nüvə dövləti kimi dünyanın ən güclü 15 ordusundan biridir və çoxsaylı şəxsi heyət və avadanlığa malikdir.

Beləliklə, Azərbaycan Cənubi Qafqaz regionunda yeganə qalib və ən güclü ordu olaraq indekslənir.

“Geostrateji üçbucaqlar” - dünya nizamını formalaşdıran güclər

Tarixin hər bir yeni mərhələsində, yeni dünya nizamının formalaşması prosesi zamanı labüd olaraq yeni “geostrateji üçbucaqlar” yaranır. Bu üçbucaqlar adətən qlobal siyasətdə üç aktor arasında qarşılıqlı asılı münasibətlərin konfiqurativ modelini təmsil edir: dövlətlər üçbucağın zirvə nöqtələri və ya lövbər, dayaq nöqtələri kimi çıxış edirlər. Belə konfiqurasiya güc balansını dəyişdirən üç ölkə arasında ittifaqın, triadanın və ya “triumviratın” yaranmasını ifadə edir.

Geosiyasi elmdə “strateji üçbucaq”lar hər yeni tarixi mərhələdə dünya nizamının formalaşmasında həlledici aktorlar kimi çıxış edir. Bu anlayışın tədqiqatçısı Zbiqnev Bjezinski, “Böyük Şahmat Taxtası” kitabında Azərbaycanı da daxil edərək “struktur güc balansı” və “geosiyasi dayaq nöqtələri” (Geopolitical Pivot Points) konsepsiyasını irəli sürüb. ABŞ-ın üçtərəfli diplomatiyasının açar simalarından biri olan H. Kissinger də XXI əsrdə qlobal siyasətdə yeni dünya nizamının “strateji üçbucaq” əsaslı konfiqurasiyasını və xüsusilə regional üçbucaqların siyasi, diplomatik və hərbi güc balansında həlledici rolunu vurğulayıb.

Son illərdə dünyada qlobal güc balansını yönləndirən strateji üçbucaqların konfiqurasiyası köklü dəyişikliklərə uğrayıb. İkiqütblülük artıq mövcud deyil; əsas geosiyasi tendensiyalar Cənubi Qafqaz, Yaxın Şərq, Mərkəzi Asiya və Sakit Okean bölgəsinə yönəlib. Ukrayna-Rusiya münaqişəsi və Yaxın Şərqdəki müharibələr strateji üçbucaqların konfiqurasiyasını dəyişmiş, əvvəllər güc sayılan ölkələr isə yeni üçbucaqlar arasında manevr etməyə məcbur olub.

Mövcud dünya nizamının çökməsi və yeni dünya düzəninin formalaşması fonunda, Azərbaycan kimi yüksələn regional güclərin yaratdığı strateji üçbucaqların təməli tarixi dostluq və qardaşlıq irsi, eləcə də ortaq hərbi-siyasi maraqlarla qoyulub. Bu, regionda sülh gündəliyinin reallaşdırılması şəraitində istənilən xarici geosiyasi aktorun müdaxilə səylərini effektiv şəkildə balanslaşdırmağa imkan verir.

“Regional strateji üçbucaq” formatlarının xüsusiyyəti odur ki, geostrateji maraqlar üst-üstə düşməsə belə, iştirakçı ölkələrin siyasi davranış modeli əməkdaşlıq və dostluq üzərində qurulur.

Xüsusi Təyinatlı Parad. Tarixi nəticələr

Beləliklə, Azərbaycan-Türkiyə-Pakistan “Yüksələn strateji güc üçbucağı” hərbi-siyasi, iqtisadi, enerji dəhlizləri və müdafiə sənayesi sahəsində üst-üstə düşən maraqları ilə strateji tərəfdaşlığı təmsil edir. Burada Pakistan müdafiə ixracatçısı, Türkiyə strateji regional aktor, Azərbaycan isə hərbi və enerji resursları ilə yeni dünya nizamını formalaşdıran geosiyasi aktor rolunu oynayır.

Üçlük arasındakı qarşılıqlı etibarın və əməkdaşlığın sarsılmaz təməli otuz il əvvəlki işğal dövründəki tarixi sınaqdan çıxmış dəmir etibar, dərin dostluq və qardaşlıq ənənələrinə əsaslanır. Bu münasibətlər qarşıdakı onilliklərdə regional və qlobal proseslərdə həlledici rol oynayacaq, dünya səhnəsində balansı qoruyacaq və beynəlxalq təhlükəsizliyə töhfə verəcək potensiala malikdir.

Bakı-Ankara-İslamabad strateji üçbucağının yüksələn və genişlənən geosiyasi gücü, üç ölkə arasındakı qarşılıqlı təsirlər və güclənən əməkdaşlıq potensialı ilə dünya səhnəsində yeni rol oynamağa, həm regional, həm də qlobal təhlükəsizlik dinamikasına təsir göstərməyə qadirdir.

Zəfərin 5 illiyi münasibətilə keçirilən hərbi parad xüsusi təyinatlı xarakter daşıyırdı. Azərbaycanın hərbi-texnoloji suverenlik sahəsində əldə etdiyi irəliləyişlər, savaşdan böyük sülh zəfərinə doğru mesajlar, həmçinin yeni hərbi, siyasi və iqtisadi gücün istinad ölkəsi kimi nümayişi bütün dünyaya göndərildi.

Parad zamanı təqdim olunan yeni geostrateji üçbucaq — Azərbaycan, Türkiyə və Pakistan — regionda güc balansını öz xeyrinə dəyişmək və ya sülh gündəliyinə müdaxilə cəhdlərini effektiv şəkildə balanslaşdırmaq potensialını göstərdi. Üç ölkənin ortaq hərbi, siyasi, iqtisadi və ideoloji aktivləri yüksələn gücə çevrilməsini təmin edən əsas faktorlar arasında dayanır.

Bu tərəfdaşlığın ən fundamental amili otuz illik tarixi sınaqdan alnıaçıq çıxan qardaşlıq və dostluq resursudur. G. Kissingerin ifadə etdiyi kimi, bu üçbucağın regional liderliyi qorumağa qadir olması, bölgədə dominantlıq iddialarını dəf etməyə imkan verir.

Son beş il ərzində Zəfər tarixinin hər ili, hətta hər ayı siyasi, iqtisadi, diplomatik və informasiya cəbhələrində qələbələrin davamı olub. Bu zəfərlərin məmuru və canlı simvolu, Müzəffər hərbi sərkərdə, Prezident İlham Əliyevdir. O, Vətən müharibəsində qələbənin əsas faktoru, XXI əsrdə dünya miqyasında hərbi əməliyyatlara rəhbərlik edən yeganə qalib sərkərdə və yeni Zəfər tarixinin müəllifidir.

Prezident İlham Əliyevin sözləri ilə:

“Biz tarix yazırıq, yeni tarix! Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir!”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Noyabr 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see205

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see201

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see185

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see178

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see172

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see166

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see159

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see157

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see157

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see152

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see151

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see150

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see145

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see143

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see141

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see141

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see141

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see139

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see139

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri