Icma.az
close
up
RU
Bakı Avtovağzalında səssiz əzab: Masazır və Xırdalan istiqamətində yollara düşən çantalarla insanlar

Bakı Avtovağzalında səssiz əzab: Masazır və Xırdalan istiqamətində yollara düşən çantalarla insanlar

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Rayondan Bakıya ümidlə, yorğun səfərdən sonra gələn insanların ilk qarşılaşdığı mənzərə rahatlıq yox, sınaq olur.

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Masazır və Xırdalan istiqamətinə getmək istəyənlər üçün dayanacaq sanki əlçatmaz məsafədədir.

Əllərində ağır çantalar, bəzən bir əllərində uşaq, o biri əllərində isə kənddən gətirdikləri ərzaq torbaları… Onlar bir neçə yüz metr deyil, kilometrlərlə yol qət etməli olurlar. Yayın istisində tər içində, qışın soyuğunda üşüyərək, payız yağışında islanaraq…

“Avtovağzala çatmaq hələ yarı yoldur” – deyir Masazır sakini Alimə xanım. “Rayondan gəlirik, avtobusdan düşəndə elə bil ki, bir sınağa başlayırıq. Dayanacaq o qədər uzaqdır ki, yaşlı adam, uşaqla olan ana üçün əzabdır”.

Əslində məsələ təkcə yorğunluq deyil. Bu məsafə bəzən insanların təhlükəsizliyini də təhdid edir. Çünki avtovağzaldan çıxıb həmin dayanacağa qədər gedən yol piyadalar üçün uyğun infrastrukturla təmin olunmayıb.

Sakinlər illərdir aidiyyəti qurumlara müraciət etsələr də, dəyişiklik edilməyib. Onların istəyi sadədir: dayanacaq sərnişinlərə yaxınlaşdırılsın, marşrutların sayı artırılsın və yol şəraiti yaxşılaşdırılsın.

Bakı kimi bir şəhərdə, paytaxtın ən iri nəqliyyat qovşaqlarından birində insanların belə bir problem yaşaması nə qədər haqlıdır? Gələn hər sərnişin “paytaxt rahatlığı” ilə deyil, “dayanacaq əzabı” ilə qarşılaşırsa, bu, sadəcə nəqliyyat problemi deyil, insanlara dəyər məsələsidir.

Leyla Mirzə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Avqust 2025 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see218

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see182

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see169

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see169

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see159

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see146

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see141

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see137

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see136

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see135

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri