Icma.az
close
up
RU
Bakı Sumqayıt yolunda tıxaclara son qoyacaq LAYİHƏ Xırdalan, Masazır, Biləcəri sakinləri…

Bakı Sumqayıt yolunda tıxaclara son qoyacaq LAYİHƏ Xırdalan, Masazır, Biləcəri sakinləri…

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son illərdə Bakı-Sumqayıt yolunda müşahidə olunan tıxaclar sürücülər və sərnişinlər üçün ən aktual problemlərdən birinə çevrilib.

BAKU.WS-in məlumatına görə, səhər və axşam pik saatlarında minlərlə insanın işə və evə qayıtmaq üçün istifadə etdiyi bu magistralda hərəkət bəzən saatlarla uzanır.

Yük maşınlarının intensivliyi, Xırdalan və "20 Yanvar" dairələrində yaranan sıxlıq, həmçinin alternativ yol şəbəkəsinin məhdudluğu vəziyyəti daha da çətinləşdirir. Məhz bu səbəbdən Bakı şəhərinin Baş planı 2040-da yol-nəqliyyat infrastrukturuna dair mühüm dəyişikliklər nəzərdə tutulub.

Sözügedən plana əsasən, "Bakı-Sumqayıt" şosesində nəqliyyat axınını tənzimləmək və uzunmüddətli sıxlığın qarşısını almaq məqsədilə strateji əhəmiyyət daşıyan 2-ci şimal-qərb yeni giriş-çıxış yolunun yaradılması planlaşdırılır. Layihə icra olunduqdan sonra həm paytaxt istiqamətinə daxilolma sürətlənəcək, həm də Xırdalan və "20 Yanvar" dairələrindəki yüklənmə əhəmiyyətli dərəcədə azalacaq.

Bu, yalnız sürücülər üçün vaxt qənaəti yaratmaqla kifayətlənməyəcək, eyni zamanda ekoloji yükün azaldılmasına, şəhərdaxili yollarda təhlükəsizliyin və rahatlığın artırılmasına da xidmət edəcək. Bəs bu layihə Bakı-Sumqayıt yolunun üzərində yerləşən şəhər və qəsəbələrdə yaşayan sakinlərə necə təsir edəcək?

Nəqliyyat eksperti Rauf Ağamirzəyev BAKU.WS-ə bildirib ki, bu layihədə yarımdairəvi yollar tikilməsi nəzərdə tutulub və onlardan birində işlər artıq başlayıb:

"Bu, Pirşağı-Xırdalan M1-M4 yoludur. Xırdalanın şimalından yaranan yeni bir çıxış imkanıdır. Həm Şamaxı, həm Sumqayıt, həm də Xırdalan-Masazır istiqamətindən hava limanına gediş üçün yeni bir imkandır. Ondan başqa Baş planda nəzərdə tutulan Biləcəri-Binəqədi-Romanı yoludur. Bu, yarımdairəvi sürətli yoldur. Mən düşünürəm ki, bu çox vacib bir layihədir, Çünki şəhərə daxil olmadan sürətli əlaqəni təmin edəcək.

Həmçinin Biləcəridən "Baksol" yoluna çıxıb Dərnəgül-"Koroğlu" istiqamətində əlaqələndirilən yoldur. Bu da şəhərdaxili trafikin parçalanmasına, Dərnəgül və "20 Yanvar"dakı sıxlığa birbaşa təsir edən layihələrdir.

Ümumi olaraq şəhərin yarımdairəvi sürətli yolu tamamlanmalıdır. Hansı ki, 2008-2009-cu illərdə müxtəlif layihələr icra olundu. Bunlar dairəvi-1 Lökbatan-Biləcəri, dairəvi-3 Zığ dairəsi – və "Koroğlu"-hava limanı istiqamətləridir. Amma onları əlaqələndirən Biləcər-Binəqədi-Ramanı yolunun tikilməməsi səbəbindən hazırda Ziya Bünyadov prospektinə yük düşür və "20 Yanvar"da xaotik vəziyyət hökm sürür.

Xıralan şəhəri, Masazır və digər qəsəbələr qeyd olunan layihələrlə alternativ çıxış imkanı əldə edəcək. Həmçinin 2027-ci ilə kimi elan olunmuşdu ki, Azadlıq prospektinin davamı olaraq üzü Sumqayıt istiqamətinə də yolun tikintisi planlaşdırılır".

Orxan Hüseyn

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://baku.ws
archiveBu xəbər 17 Sentyabr 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see299

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see269

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see239

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see229

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see219

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see214

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see194

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see183

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see180

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see170

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see160

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see156

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see154

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see152

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see151

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see150

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see149

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see145

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see142

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri