Icma.az
close
up
RU
“Bakı beynəlxalq müzakirə platformasına çevrilir” Deputat

“Bakı beynəlxalq müzakirə platformasına çevrilir” Deputat

Icma.az, Unikal.az saytına istinadən bildirir.

“Martın 12-də Bakıda, Gülüstan Sarayında öz işinə başlayan XIII Qlobal Bakı Forumu qlobal siyasi dialoq üçün mühüm platforma kimi növbəti dəfə beynəlxalq diqqəti Azərbaycan paytaxtına yönəltdi”.

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı və Prezident İlham Əliyevin himayəsi ilə keçirilən forum bu il “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusu ətrafında müzakirələrə həsr olunub. “Prezidentin açılış mərasimində səsləndirdiyi fikirlər müasir beynəlxalq münasibətlər sistemində müşahidə olunan ziddiyyətlərə və regional sülh təşəbbüslərinə dair mühüm mesajlar ehtiva edirdi". 

Millət vəkili dünyada artan geosiyasi gərginlik fonunda münaqişələrin həllinə yanaşmada ikili standartların mövcudluğunu vurğulayıb və əlavə edib ki, bu problem bu gün beynəlxalq gündəliyin ən çox müzakirə olunan məsələlərindən biridir: “Təsadüfi deyil ki, cənab Prezident öz çıxışında diqqəti, ilk növbədə, məhz bu problemə yönəldərək qeyd etdi ki, bir çox hallarda qlobal institutlar və beynəlxalq aktorlar münaqişələrə münasibətdə seçici davranış sərgiləyirlər. Bu isə bəzi regionlarda uzunmüddətli ədalətsizliklərin və humanitar fəsadların yaranmasına səbəb olur. Azərbaycanın timsalında da belə bir vəziyyət uzun illər davam edib. Ölkənin ərazilərinin əhəmiyyətli hissəsinin işğal altında qalması və bu müddətdə milyonlarla insanın doğma yurdlarından didərgin düşməsi beynəlxalq ictimaiyyətin passiv yanaşmasının nəticələrindən biri kimi qiymətləndirilə bilər. Lakin bu mərhələ Azərbaycan üçün artıq bir keçmişdir. Bu gün ölkəmiz artıq regionda yeni reallıqların formalaşmasına töhfə verən əsas aktorlardan biridir. Xüsusilə Ermənistan ilə münasibətlərdə son dövrdə müşahidə olunan nisbi sabitlik regionda sülh gündəliyinin real nəticələr verdiyini göstərir. Bir müddət əvvəl əldə olunan razılaşmalar yalnız diplomatik sənəd kimi deyil, həm də praktiki müstəvidə özünü göstərməyə başlayıb. Sərhəd bölgələrində gərginliyin azalması, qarşılıqlı itkilərin və silahlı insidentlərin dayandırılması Cənubi Qafqazda yeni mərhələnin başlanğıcından xəbər verir. Azərbaycanın sülhə sadiqliyi təkcə siyasi bəyanatlarla deyil, həm də konkret addımlarla təsdiqlənir. Humanitar və iqtisadi əlaqələrin bərpası istiqamətində atılan addımlar regionda etimad mühitinin formalaşmasına xidmət edir. Ermənistanın müxtəlif istiqamətlərdən təminat imkanlarının genişləndirilməsi, ticarət əlaqələrinin bərpası və enerji məhsullarının ixracı kimi təşəbbüslər Azərbaycanın konstruktiv mövqeyini nümayiş etdirir. Bu yanaşma regionun gələcək inkişafının qarşılıqlı əməkdaşlıq üzərində qurulmalı olduğunu göstərən mühüm mesajdır. Ümumiyyətlə isə, XIII Qlobal Bakı Forumunda səsləndirilən fikirlər bir daha göstərir ki, Azərbaycan dəyişən dünya nizamında dialoq və əməkdaşlıq təşəbbüslərinin fəal tərəfdarı kimi çıxış edir. Qlobal səviyyədə fikir ayrılıqlarının artdığı bir dövrdə Bakının beynəlxalq müzakirə platformasına çevrilməsi ölkənin diplomatik nüfuzunun artdığını nümayiş etdirir”. 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://unikal.az
archiveBu xəbər 14 Mart 2026 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see433

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see409

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see320

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see307

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see274

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see274

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see266

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see261

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see258

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see250

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see249

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see231

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see216

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see214

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see210

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see206

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see206

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see201

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see199

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri