Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Bakı Bişkek müttəfiqliyi: Yeni geosiyasi hesab

Bakı Bişkek müttəfiqliyi: Yeni geosiyasi hesab

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

 Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.
Onun sözlərinə görə, Qırğızıstan Azərbaycanın Mərkəzi Asiyaya açılan qapılarından birinə çevrilir. “Bu səfərin ən mühüm geosiyasi tərəflərindən biri onun Azərbaycan-Qırğızıstan münasibətləri çərçivəsindən kənara çıxmasıdır. Çünki Azərbaycan son illərdə Mərkəzi Asiya dövlətləri ilə münasibətlərini strateji səviyyəyə yüksəldib. Bakı artıq yalnız Cənubi Qafqazın deyil, Xəzər üzərindən Mərkəzi Asiya ilə Avropanı birləşdirən daha geniş geoiqtisadi məkanın fəal iştirakçısıdır. Prezident İlham Əliyev də dəfələrlə Mərkəzi Asiya ilə Cənubi Qafqazın daha sıx inteqrasiyasının vacibliyini vurğulayıb”, - o qeyd edib.

Deputat hesab edir ki, təbii olaraq Qırğızıstanın bu prosesdə xüsusi yeri var: “Bu baxımdan Azərbaycan-Qırğızıstan müttəfiqliyinə yalnız Bakı-Bişkek xətti kimi baxmaq düzgün olmaz. Burada daha böyük Çin-Mərkəzi Asiya-Xəzər-Cənubi Qafqaz-Türkiyə-Avropa coğrafi xəritəsi formalaşır. Beləliklə, Qırğızıstanla müttəfiqlik Azərbaycanın Orta Dəhliz strategiyasına siyasi dayaq yaradan amillərdən birinə çevriləcək”.

 Deputat onu da qeyd edib ki, bu səfər həm də Türk dünyasının birliyinin daha da dərinləşməsi, inteqrasiyası baxımdan mühüm tarixi əhəmiyyət kəsb edir:
“Səfərin tarixi əhəmiyyəti yalnız ikitərəfli münasibətlərdə axtarılmamalıdır. Azərbaycan və Qırğızıstanın yaxınlaşması bütövlükdə Türk dünyasında inteqrasiya prosesinə yeni impuls verir.
Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı fəallığı, Mərkəzi Asiya ölkələri ilə strateji tərəfdaşlıqların genişlənməsi və nəqliyyat-kommunikasiya layihələrinin bir-biri ilə əlaqələndirilməsi Türk dünyasının artıq yalnız mədəni-humanitar platforma olmadığını nümayiş etdirir.
Bu gün söhbət ticarətdən, investisiyalardan, nəqliyyatdan, enerji təhlükəsizliyindən və rəqəmsal əlaqələrdən gedir. Yəni Türk dünyasında mənəvi birlik ideyası tədricən praktik geoiqtisadi əməkdaşlıq modelinə çevrilir.

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycanın inkişafını və regional rolunu xüsusi qeyd etməsi, İlham Əliyevin isə Qırğızıstanın nailiyyətlərini qardaş ölkənin uğuru kimi qiymətləndirməsi bu siyasi yaxınlığın yalnız protokol xarakteri daşımadığını göstərir.
Bu prosesin mühüm simvolik tərəfi də var. İlham Əliyev Qırğızıstanın Qarabağın bərpasına verdiyi dəstəyi xüsusi vurğulayaraq Ağdamda Manas adına məktəbin yaradılmasını iki xalqın qardaşlığının rəmzi adlandırıb. Beləliklə, Türk dünyasının həmrəyliyi siyasi bəyanatdan çıxaraq Qarabağın bərpası kimi real layihələrdə də öz ifadəsini tapir”.
Səfərin geosiyasi əhəmiyyətinə gəldikdə F. İbrahimlinin fikrincə, bunun ən mühüm nəticəsi isə ondan ibarətdir ki, Bakı ilə Bişkek arasındakı müttəfiqlik potensial olaraq Avropa ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq zəncirinin bir hissəsinə çevrilir.

“Avropa üçün əsas məsələ alternativ və etibarlı nəqliyyat və enerji bağlantılarının inkişafıdır. Orta Dəhliz artıq Asiya ilə Avropanı Cənubi Qafqaz üzərindən birləşdirən multimodal marşrut kimi inkişaf etdirilir. Burada Azərbaycanın üstünlüyü ondan ibarətdir ki, Bakı həm Xəzərdən keçən nəqliyyat marşrutlarının, həm də Cənubi Qafqaz üzərindən Türkiyəyə və Avropaya uzanan bağlantıların əsas qovşaqlarından biridir.

Qırğızıstan isə bu sistemin Mərkəzi Asiya hissəsində yerləşir. Deməli, iki ölkə arasında nəqliyyat, enerji və investisiya əməkdaşlığının gücləndirilməsi təkcə ikitərəfli ticarətin artmasına deyil, daha geniş Avrasiya logistika sisteminin dərinləşməsinə xidmət edəcək”, - o vurğulayıb.
Millət vəkili yekun olaraq deyib ki, “Bakı–Bişkek” xəttinin əsas mesajı budur: “Azərbaycan və Qırğızıstan münasibətləri artıq sadəcə dostluq və qardaşlıq anlayışları ilə məhdudlaşmır. Bu münasibətlər siyasi müttəfiqlik, iqtisadi investisiya, nəqliyyat, enerji və təhlükəsizlik mexanizmləri ilə tamamlanan kompleks strateji modelə çevrilir.

Prezident İlham Əliyevin “müttəfiqlik ... qarşılıqlı fəaliyyətin ən yüksək səviyyəsidir” fikri məhz bu transformasiyanın mahiyyətini ifadə edir. Sadır Japarovun isə münasibətlərdə “tam etimad və açıqlıq mühiti”nin formalaşdığını vurğulaması iki ölkənin gələcək əməkdaşlığının siyasi bazasının kifayət qədər möhkəm olduğunu göstərir.

Əsas məsələ isə səfər zamanı imzalanan sənədlər Bakı-Bişkek müttəfiqliyi yalnız iki ölkənin deyil, bütövlükdə Türk dünyasının geoiqtisadi çəkisini artıran amilə çevriləcək.
Bu baxımdan İlham Əliyevin Qırğızıstana dövlət səfərinin tarixi əhəmiyyəti bir cümlə ilə belə ifadə oluna bilər: Bakı ilə Bişkek arasında imzalanan müttəfiqlik müqaviləsi iki paytaxtı deyil, Mərkəzi Asiya ilə Cənubi Qafqazı, Xəzəri və Avropanı birləşdirən daha geniş geosiyasi xətti möhkəmləndirir”.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://olke.az
archiveBu xəbər 31 İyul 2026 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see637

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see565

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see443

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see311

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see307

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see306

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see293

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see283

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see250

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see243

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see230

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see229

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see217

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see215

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see213

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see213

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see195

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see188

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see185

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri