Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Bakı Bişkek xəttində güclənən əməkdaşlıq

Bakı Bişkek xəttində güclənən əməkdaşlıq

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Cənab Prezident İlham Əliyevin 30-31 iyul 2026-cı il tarixlərində Qırğızıstana gerçəkləşdirdiyi dövlət səfəri iki ölkə arasındakı münasibətləri strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəldən tarixi bir hadisə kimi dəyərləndirilir. Səfər həm ikitərəfli əməkdaşlıq, həm də Mərkəzi Asiya regionu ilə inteqrasiya baxımından mühüm qərarlarla yadda qalıb.

Səfərin ən mühüm siyasi addımı Azərbaycan ilə Qırğızıstan arasında Müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması oldu. Bununla yanaşı, iqtisadiyyat, energetika, nəqliyyat, rəqəmsal inkişaf və turizm sahələrini əhatə edən 14-dən çox mühüm sənəd təsdiqləndi. Ölkə Başçısının 30-31 iyul 2026-cı il tarixlərində Qırğız Respublikasına gerçəkləşdirdiyi dövlət səfəri həm ikitərəfli əlaqələr, həm də Mərkəzi Asiya regionu ilə geostrateji inteqrasiya baxımından mühüm mərhələdir. İki ölkə arasında strateji tərəfdaşlıq səviyyəsini daha yüksək pilləyə qaldıran "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilə" imzalandı.

Çolpon-Ata şəhərində keçirilən iclasda dövlət başçıları ikitərəfli gündəliyin strateji istiqamətlərini, təhlükəsizlik, nəqliyyat-logistika və investisiya layihələrini müzakirə edərək müvafiq qərar imzaladılar.

İki xalq arasında dostluq və tərəfdaşlığın inkişafındakı xidmətlərə görə dövlət başçıları qarşılıqlı ali dövlət mükafatları ilə təltif olundular. Prezident Sadır Japarova Azərbaycanın ali mükafatı — "Heydər Əliyev" ordeni təqdim edildi.

Birgə layihələrin maliyyələşdirilməsi imkanlarını artırmaq məqsədilə Azərbaycan-Qırğız İnvestisiya Fondunun nizamnamə kapitalının 2 dəfə artırılaraq 200 milyon ABŞ dollarına çatdırılması qərara alındı. Azərbaycanın Qırğızıstana neft məhsulları tədarük etməyə hazır olduğu bildirildi və enerji sektorunda birgə təşəbbüslər nəzərdən keçirildi. Tərəfdaşlığın regionlararası səviyyədə dərinləşməsi məqsədilə Azərbaycan və Qırğızıstanın 6 şəhəri arasında qardaşlaşma münasibətləri quruldu. İki dövlət də daxil olmaqla, Şərq-Qərb nəqliyyat koridorunun ötürücülük qabiliyyətinin artırılması və yükdaşımaların stimullaşdırılması xüsusi diqqət mərkəzində oldu.

Səfər çərçivəsində Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının qeyri-rəsmi sammiti təşkil olundu. Prezident İlham Əliyev Azərbaycanın Mərkəzi Asiya regionu ilə hərtərəfli əməkdaşlığı davamlı olaraq genişləndirəcəyini vurğuladı.

İssık-Kul gölünün sahilində Azərbaycan investisiyası ilə inşa edilmiş 5 ulduzlu "Baku Resort & Spa" mehmanxana kompleksinin rəsmi açılışı gerçəkləşdirildi.

Qırğızıstan tərəfindən Ağdam rayonunda inşa edilən və dahi qırğız mütəfəkkiri Manasın adını daşıyan məktəb layihəsinə görə Azərbaycan tərəfi təşəkkürünü bildirdi. Bu addım iki ölkə arasında həmrəyliyin mühüm rəmzi kimi qiymətləndirildi. Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında imzalanmış sənədlərin iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə mübadiləsi mərasimi olub. Dövlət başçıları “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı”nı və “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzalayıblar. “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Bakıt Sıdıkov mübadilə etdilər. “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”i Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qırğızıstanın nəqliyyat və rabitə naziri Talantbek Soltobayev mübadilə etdilər.

Bu səfər eyni zamanda Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələrinin daha da dərinləşdirilməsi istiqamətində atdığı məqsədyönlü addımların davamı kimi qiymətləndirilə bilər. Azərbaycanın təşəbbüsü ilə inkişaf etdirilən nəqliyyat-logistika layihələri, xüsusilə Şərq-Qərb dəhlizi çərçivəsində görülən işlər region ölkələri arasında iqtisadi inteqrasiyanı sürətləndirir və yeni əməkdaşlıq imkanları yaradır. Bu baxımdan Qırğızıstanla qurulan müttəfiqlik əlaqələri təkcə ikitərəfli münasibətlər üçün deyil, bütövlükdə Avrasiya məkanında sabitlik və inkişaf üçün mühüm əhəmiyyət daşıyır.

Eyni zamanda, humanitar və mədəni sahələrdə əməkdaşlığın genişlənməsi xalqlar arasında dostluq və qardaşlıq bağlarını daha da möhkəmləndirir. Təhsil, turizm və mədəniyyət layihələrinin inkişafı qarşılıqlı anlaşmanın və ortaq dəyərlərin qorunmasına töhfə verir. Ağdamda inşa edilən “Manas” məktəbi kimi təşəbbüslər bu münasibətlərin yalnız siyasi və iqtisadi deyil, həm də mənəvi əsaslar üzərində qurulduğunu göstərir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri Azərbaycan xarici siyasətinin ardıcıl, balanslaşdırılmış və uzaqgörən strategiyasının növbəti uğurlu təzahürüdür. Bu səfər bir daha sübut etdi ki, Azərbaycan regionda etibarlı tərəfdaş, təşəbbüskar və inteqrasiya proseslərinin aparıcı qüvvələrindən biridir. Qarşıdakı dövrdə imzalanan sənədlərin icrası və yeni birgə layihələrin reallaşdırılması Azərbaycan-Qırğızıstan münasibətlərini daha da möhkəmləndirəcək və müttəfiqlik səviyyəsində əməkdaşlığın dayanıqlı inkişafını təmin edəcəkdir.

Esmira Həsənova

Naxçıvan şəhər Təhsil Şöbəsinin əməkdaşı,

YAP Naxçıvan şəhər təşkilatının fəal üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Avqust 2026 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see613

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see544

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see416

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see329

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see291

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see287

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see285

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see273

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see270

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see250

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see230

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see221

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see220

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see217

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see212

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see204

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see197

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see190

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see189

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri