Bakı bu ölkəyə neft ixracını 3 dəfə artırdı
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycandan İndoneziyaya neft ixracının həcmi təxminən üç dəfə artıb.
Azərbaycan Dövlət Gömrük Komitəsinin dərc etdiyi xarici ticarət üzrə gömrük statistikasına əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan İndoneziyaya ümumilikdə 224,6 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış 356,5 min ton xam neft və neft məhsulları ixrac edilib.
Axar.az Trend-ə istinadla xəbər verir ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 152,5 milyon dollar və ya 3,1 dəfə, fiziki həcmi isə 225,6 min ton və ya 2,7 dəfə artıb.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan İndoneziyaya 53,9 milyon dollar dəyərində 89,7 min ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edilib.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2026-cı ilin ilk doqquz ayında Azərbaycandan neft ixracının dəyəri 13 faiz artıb.
Hesablamalara görə, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan digər ölkələrə ümumilikdə 10,103 milyard dollar dəyərində bitumlu süxurlardan alınmış 15,830 milyon ton xam neft və neft məhsulları ixrac edilib.
2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 1,164 milyard dollar və ya 13 faiz artıb. Bununla yanaşı, ixracın fiziki həcmi 1,166 milyon ton və ya 6,9 faiz azalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 06 Noyabr 2026 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















