Icma.az
close
up
RU
Bakı çimərliklərinə ilanların axını nəylə bağlıdır? Zooloq

Bakı çimərliklərinə ilanların axını nəylə bağlıdır? Zooloq

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Son zamanlar sosial şəbəkələrdə Xəzər sahillərində peyda olan ilanlarla bağlı yayılan videogörüntülərin sayı artmaqdadır. Hətta aralarında çox zəhərli gürzə ilanlarınn da olduğunu görürük. 

Dənizdə çimərkən insanların əl-qollarına dolaşan və qəfildən qarşısına çıxan bu ilanlar onlarda təşviş, həyacan yaradır. Bu səbəbdən bəzi adamlar çimərliyə getməkdən qorxur.

Zoologiya institutunun laboratoriya müdiri Təvəkkül İsgəndərov Qaynarinfo-ya açıqlamasında Bakıya ilanların kütləvi gəlmədiyini bildirib:

"İlanlar həmişə elə həmin ərazilərdə yaşayıb. Sadəcə, biz onları indi görürük. Bakının Xəzərsahili ərazilərinin çox yerlərindən çimərlik kimi istifadə olunur. Bu ərazilərdə dənizin çimərlik hissəsinə bitişik üst hissəsi daşlı-qayalı, kollu-koslu, insan ayağı dəyməyən quru ərazilərdir. Məsələn, Bilgəhdəki çimərliyin üst tərəfi daşlı-qayalı və kol-kos basmış vəhşi bir ərazidir. Bağ salınanda, evlər tikiləndə bu ilanlar təhlükələrdən qaçıb, sakit məkanlara sığınır”.


Şöbə müdiri onların arasında zəhərli levantin gürzələrinin olduğunu diqqətə çatdırıb:

"Bunlar quru ilanlardır. Onların heç birinin dənizlə əlaqəsi yoxdur. Nə qidalamaq, nə də çoxalmaq üçün çimərliyin dəniz olan hissəsinə girmirlər. Yalnız bir halda onlar dənizə girir. Əgər ərazidə maşın saxlayarlarsa, ocaq qalayarlarsa, səs-küy onları narahat edərsə, ərazidə gizlənən ilanlar özünü xilas etmək üçün suya atıla bilərlər. Nəzəri cəhətdən bunlar mümkündür, amma praktik olaraq ilanların kütləvi şəkildə dənizə axın etməsi qeyri-mümkündür. Bu ancaq nadir hallarda ola bilər. İkincisi, çimərlik dediyimiz dəniz sahilində çoxlu qayalıqlar, daşlıqlar, cil yığıntıları, qamışlıqlar var. Belə gizlənməli ərazilərdə su ilanları olur, həta bəzən bu kütləvi hal daşıyır. Su ilanları yumurta qoymaq, bəzən də qidalanmaq üçün həmin yerlərə də çıxırlar”.

Təvəkkül İsgəndərov deyir ki, ərazidə olan ilanlar çox vaxt uzaqdan müşahidə edilir:

"Aktiv çimərlik dövrü başlayanda insanlar daşlı-qayalı yerlərdə balıq tuturlar. Bu hal ilanları narahat edir. Belə narahatlığa məruz qalan su ilanları həmin daşlıq yerlərdən özlərini xilas etmək üçün üzərək başqa bir sahəyə keçməyə çalışırlar. Belə olan vaxtlar biz onları dənizdə də görə bilirik. Həmin vaxt ilanlar çimərlikdə olan adamlara rast gələ bilər. Bu ilanlardan insanlara təhlükə yoxdur. Çimən adam üçün fərq etməz, sadəcə qorxurlar”.

Təvəkkül İsgəndərov bununla bağlı hər hansı tədbir növünün olmadığını vurğulayıb:

"Sadəcə insanlar ehtiyatlı olmalı, eyni zamanda ərazidə sakit hərəkət etməlidirlər”.


Bahar Rüstəmli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:228
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 İyul 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see327

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see311

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see284

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see273

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see270

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see257

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see246

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see243

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see233

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see227

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see220

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see219

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see213

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see204

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see203

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see200

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see200

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see193

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see189

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri