Icma.az
close
up
RU
Arzu Nağıyev: Bakı və Daşkənd arasında yeni təhlükəsizlik oxu formalaşır

Arzu Nağıyev: Bakı və Daşkənd arasında yeni təhlükəsizlik oxu formalaşır

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Azərbaycan-Özbəkistan münasibətlərində növbəti mərhələ artıq sadəcə dostluq və tərəfdaşlığa deyil, həmçinin strateji məsələlərə söykənəcək. Çünki qarşıda təhlükəsizlik və müdafiə əməkdaşlığının institusional çərçivəyə salınması durur".

Milli Məclisin deputatı Arzu Nağıyev bunu Bakıvaxtı.az-a açıqlamasında bildirib. 

Deputatın sözlərinə görə, Azərbaycanın Cənubi Qafqazdakı hərbi təcrübəsi ilə Özbəkistanın Mərkəzi Asiyadakı geosiyasi çəkisini birləşdirməyin vaxtı çoxdan çatıb və bu, Türk dünyasının təhlükəsizlik arxitekturasında yeni bir mərhələ ola bilər:

"Ən vacibi odur ki, sözügedən əməkdaşlıq heç bir üçüncü ölkəyə qarşı yönəlməyib; hərbi blok deyil, milli suverenliyin, ərazi bütövlüyünün, sərhəd təhlükəsizliyinin və regional sabitliyin qorunması mexanizmidir. Bu yanaşma həm Bakı, həm də Daşkənd üçün böyük diplomatik manevr imkanları yaradır".

A.Nağıyev qeyd edib ki, 2024 və 2025-ci illərdə həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik sahələrində işbirliyinin genişlənməsi davam edib. O, iki ölkənin hərbi-siyasi çəkisini qiymətləndirərkən müqayisələrə də aydınlıq gətirib:

"Özbəkistanı "Mərkəzi Asiyanın Türkiyəsi" kimi qələmə vermək tam doğru sayılmaz. Bu ifadə sadəcə Özbəkistanın regionda artan siyasi, iqtisadi və demoqrafik çəkisini göstərə bilər. Çünki Türkiyə NATO üzvüdür və böyük döyüş təcrübəsinə malik ordusu var. Eynilə, Azərbaycan-Özbəkistan münasibətlərini də Türkiyə-Azərbaycan modeli ilə tam eyniləşdirmək düzgün olmazdı. Daha doğru yanaşma odur ki, Bakı və Daşkənd arasındakı əlaqələr Türk dünyasında yeni bir strateji təhlükəsizlik oxunun formalaşmasına zəmin yaradır".

Deputat vurğulayıb ki, müdafiə və təhlükəsizlik sahəsində gələcəkdə uzunmüddətli əməkdaşlıq proqramı qəbul edilə bilər. Bura təcrübə mübadiləsi, hərbi kəşfiyyat məlumatlarının bölüşülməsi, sərhəd təhlükəsizliyi və birgə hərbi təlimlər daxildir:

"Eyni zamanda müdafiə sənayesi sahəsində də saziş imzalana bilər. Azərbaycan pilotsuz sistemlər üzrə ciddi nəticələr əldə edib, birgə istehsal və üçüncü ölkələrin bazarlarına çıxış müzakirə oluna bilər. Həmçinin müasir müharibələrin xarakterini nəzərə alaraq, kiber təhlükəsizlik üzrə ayrıca sənədin qəbulu ana xəttə çevriləcək".

Müsahibimiz əlavə edib ki, Azərbaycan-Türkiyə-Özbəkistan üçtərəfli formatının gələcəkdə müdafiə komponentləri ilə zənginləşdirilməsi mümkündür. Lakin bu, NATO tipli hərbi blok yaratmaq deyil, daha çevik və praktiki təhlükəsizlik platformasıdır.

Sonda A.Nağıyev vurğulayıb ki, Prezident İlham Əliyevin Özbəkistana səfəri bütün bu istiqamətlərdə - iqtisadi, siyasi və hərbi sahələrdə strateji addımların atılmasına xidmət edir və Azərbaycanın siyasətinin təməlində hər zaman ölkənin suverenliyi, ərazi bütövlüyü və vətəndaşların rifahı dayanır.

Zeynəb Rzayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 Avqust 2026 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see401

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see388

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see317

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see311

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see297

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see287

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see274

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see268

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see267

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see254

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see237

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see236

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see231

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see230

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see229

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see227

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see224

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see217

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see217

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri