Icma.az
close
up
RU
Bakı dayanmadan Çin ləşir Avtomobillər bizi hara aparır?

Bakı dayanmadan Çin ləşir Avtomobillər bizi hara aparır?

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Son illər həm qlobal avtomobil bazarında, həm də Azərbaycanda Çin istehsalı olan avtomobillərə maraq sürətlə artır. Bir vaxtlar əsasən münasib qiyməti ilə seçilən Çin markaları artıq texnologiya, təhlükəsizlik və innovasiya sahəsində də dünyanın aparıcı avtomobil istehsalçıları ilə rəqabət aparır. Mütəxəssislərin fikrincə, bu tendensiya yaxın illərdə daha da güclənəcək.

Mövzu ilə bağlı nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, artıq Çin avtomobillərinin dünya brendləri ilə rəqabət apardığını əminliklə söyləmək mümkündür.

Onun sözlərinə görə, bunun ən mühüm sübutu elə Çin avtomobil bazarının özündə baş verən dəyişikliklərdir:

"Bəli, artıq bunu demək mümkündür: Çin avtomobilləri təkcə qiymətlə deyil, texnologiya, təhlükəsizlik və innovasiya baxımından da dünya brendləri ilə ciddi rəqabət aparır. Ən mühüm göstərici isə elə Çin bazarının özüdür. Bu gün Çində satılan minik avtomobillərinin təxminən 70 faizə yaxını yerli markaların payına düşür. Halbuki bir neçə il əvvəl bazarda Avropa, Yaponiya və Amerika istehsalçıları daha güclü mövqeyə malik idi. Son illərdə isə yerli istehsalçılar sürətlə bazar paylarını artıraraq xarici markaları geridə qoyublar".

Ekspert hesab edir ki, Çin istehsalçılarının yüksəlişi təsadüfi deyil. Onun sözlərinə görə, bunun arxasında texnoloji inkişaf və istehsal üstünlükləri dayanır:

"Bunun əsas səbəbləri elektrik və hibrid avtomobil texnologiyalarında əldə olunan böyük irəliləyiş, süni intellekt və rəqəmsal funksiyalara üstünlük verilməsi, qiymət və təchizat baxımından daha sərfəli təkliflər, eləcə də batareya texnologiyalarında və istehsal gücündə qazandıqları lider mövqedir".

Adil Nəbiyev Azərbaycanda da oxşar prosesin müşahidə olunduğunu bildirib. O qeyd edib ki, son illərdə Çin avtomobillərinə maraq davamlı şəkildə artır və bu dinamikanın gələcəkdə də davam edəcəyi gözlənilir.

"Azərbaycanda da bu tendensiyanın davam edəcəyini düşünürəm. Artıq bazarda Çin istehsalı olan avtomobillərə maraq ildən-ilə artır. Əgər bu markalar satışdan sonrakı xidmət, ehtiyat hissələrinin əlçatanlığı və servis şəbəkəsini daha da gücləndirə bilsələr, onların bazar payı yaxın illərdə daha da artacaq. Ənənəvi avtomobil istehsalçıları hələ də mühüm üstünlüklərini qoruyub saxlayırlar. Yaponiya və Avropa markaları etibarlılıq, uzunömürlülük və ikinci əl bazarında dəyərini qorumaq baxımından hələ də üstünlüklərini saxlayırlar. Buna görə də yaxın gələcəkdə bazarda tam üstünlükdən deyil, daha güclü rəqabətdən danışmaq daha doğru olar".

Ekspertin fikrincə, yaxın 5-10 il ərzində Azərbaycanda avtomobil alıcılarının seçim meyarları da dəyişəcək.

"Mənim fikrimcə, yaxın 5-10 il ərzində Azərbaycanda avtomobil bazarında seçim meyarı artıq təkcə avtomobilin hansı ölkədə istehsal olunması deyil, təklif etdiyi texnologiya, təhlükəsizlik səviyyəsi, servis keyfiyyəti, ehtiyat hissələrinin əlçatanlığı və istismar xərcləri olacaq. Məhz bu amillər hansı markanın bazarda daha uğurlu olacağını müəyyən edəcək", - deyə o, fikrini tamamlayıb./TodayPress

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 06 İyul 2026 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri