Icma.az
close
up
RU
Bakı dünyanın görüşdüyü yerdir FAKTLAR

Bakı dünyanın görüşdüyü yerdir FAKTLAR

Icma.az, Modern.az saytına istinadən bildirir.

Dəyişən dünyada Bakı da dəyişir. İndi Bakı qlobal siyasi və iqtisadi proseslərin kəsişdiyi strateji platformaya çevrilib. Bu gün şəhər beynəlxalq diplomatiyanın, çoxtərəfli əməkdaşlığın və geosiyasi dialoqun aktiv mərkəzlərindən biri kimi çıxış edir. Hər gün Azərbaycana müxtəlif səviyyələrdə xarici qonaqların gəlməsi bu reallığın vizual təsdiqidir. Prezidentlər, baş nazirlər, parlament üzvləri, konqresmenlər, iri biznes strukturlarının rəhbərləri, jurnalistlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri Bakıda mütəmadi olaraq toplaşır. Bütün bunlar sistemli şəkildə qurulmuş beynəlxalq mövqe göstəricisidir.

Azərbaycanın bu statusu qazanmasının arxasında ilk növbədə onun geostrateji yerləşməsi dayanır. Şərqlə Qərbin, Şimalla Cənubun kəsişdiyi nöqtədə yerləşən ölkə nəqliyyat-logistika baxımından alternativsiz tranzit habına çevrilib. Orta Dəhliz layihəsi, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub nəqliyyat dəhlizi kimi təşəbbüslər Azərbaycanın qlobal ticarət xəritəsində rolunu ciddi şəkildə artırıb. İndi Bakı siyasətlə yanaşı, iqtisadi və logistika platforması kimi önə çıxır.


Digər tərəfdən, enerji təhlükəsizliyi faktorunu xüsusi qeyd etmək lazımdır. Azərbaycan artıq uzun illərdir ki, Avropanın enerji təminatında mühüm aktora çevrilib. Cənub Qaz Dəhlizi vasitəsilə həyata keçirilən ixrac siyasəti Azərbaycanın enerji diplomatiyasını gücləndirir. Bu kontekstdə Avropa İttifaqı ölkələrinin, xüsusilə də enerji asılılığını diversifikasiya etməyə çalışan dövlətlərin Bakıya marağı artmaqdadır. ABŞ, Avropa, Çin, Rusiya kimi güc mərkəzlərinin Azərbaycana paralel maraq göstərməsi çoxvektorlu xarici siyasətin uğurlu nəticəsidir.

Bakı həm də siyasi balanslaşdırma modelinin uğurlu nümunəsidir. ABŞ-la strateji əməkdaşlıq fonunda Rusiya ilə münasibətlərin qorunması, eyni zamanda Çinlə iqtisadi tərəfdaşlığın genişləndirilməsi Azərbaycan diplomatiyasının çevikliyini nümayiş etdirir. İsrail və İran kimi bir-biri ilə ziddiyyətli aktorlarla paralel münasibətlərin saxlanılması isə xüsusi diqqətəlayiqdir. Bu, klassik balans siyasətindən daha çox “multivektor geosiyasi menecment” modelinə bənzəyir.

Qırx dörd günlük Vətən müharibəsi bu prosesdə dönüş nöqtəsi oldu. Azərbaycan yalnız ərazi bütövlüyünü təmin etmədi, həm də regionda yeni güc konfiqurasiyası formalaşdırdı. Müharibədən sonra yaranan reallıqlar Azərbaycanın siyasi çəkisini daha da artırdı. Odur ki, Bakı beynəlxalq gündəmin formalaşmasında iştirak edən aktora çevrildi. Bu kontekstdə Ermənistanın rolu isə ciddi şəkildə zəifləyib və daha çox periferiya ölkəsi kimi görünür.


Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycanın rolu da diqqət mərkəzindədir. Faktiki olaraq təşkilatın ideoloji və siyasi mərkəzləri Azərbaycan hesab olunur. Türk dünyasının inteqrasiyası prosesində Azərbaycanın təşəbbüskar mövqeyi onun regional liderliyini gücləndirir. Bakının bu aktivliyi siyasətlə paralel mədəni və iqtisadi inteqrasiyanın sürətlənməsinə səbəb olur.

Bakı həmçinin beynəlxalq tədbirlərin keçirildiyi əsas platformalardan birinə çevrilib. Müxtəlif forumlar, sammitlər, idman yarışları və mədəni tədbirlər Azərbaycanın “soft power” potensialını artırır. Qarşıdan gələn Ümumdünya Şəhərsalma Forumu (WUF13) da bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Bu kimi tədbirlər Azərbaycanın qlobal şəhər diplomatiyasına inteqrasiyasını sürətləndirir.

Mədəni diplomatiya aspektində də Bakı fərqlənir. Multikulturalizm modeli, dini tolerantlıq və sivilizasiyalararası dialoq platforması kimi çıxış etməsi Azərbaycanın beynəlxalq imicini gücləndirir, həm də humanitar güc mərkəzinə çevrildiyini göstərir.

Azərbaycanın bu mövqeyə yüksəlməsi təsadüfi hesab edilə bilməz. 2020-ci ilə qədər ərazi bütövlüyü pozulan bir ölkə kimi qəbul edilirdik. Ancaq 44 günlük zəfər dünyanın Bakıya yenidən baxmasını zəruri etdi. Bu, uzunmüddətli strateji planlaşdırmanın və effektiv dövlət idarəçiliyinin nəticəsidir. Xüsusilə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət bu prosesin əsas drayveridir. Onun uzaqgörənliyi, siyasi iradəsi və beynəlxalq təcrübəsi Azərbaycanın mövqeyini inanılmaz şəkildə möhkəmləndirib.


Bu gün Azərbaycan “oyuna qoşulan” ölkələr sırasından çıxaraq, “oyun quran” ölkəyə çevrilib. Regionda təşəbbüslərlə çıxış edən, beynəlxalq gündəmi formalaşdıran aktor rolundadır. Bu da ölkənin qlobal miqyasda da söz sahibi olduğunu göstərir. Geosiyasi transformasiya dövründə Azərbaycanın mövqeyi daha da güclənir.

Yeni dünya nizamı formalaşarkən Bakı bu prosesin aktiv iştirakçısı və müəyyən mənada istiqamətverici elementidir. Görünən odur ki, proseslər Azərbaycanın gələcək perspektivlərini daha da genişləndirir. Cənubi Qafqazda liderlik faktiki olaraq Azərbaycana məxsusdur.

Nəticə etibarilə, Bakı bu gün dünyanın müxtəlif güc mərkəzlərinin maraqlarının kəsişdiyi nöqtədir. Burada mütləq vurğulanmalıdır ki, bu statusu tək coğrafi üstünlüklər vermir, bu yüksəklik ağır zəhmət, siyasi iradə, iqtisadi güc və strateji düşüncə ilə əldə olunub. Azərbaycanın yaratdığı bu model region üçün yeni standart müəyyən edir. Bakı indi qlobal proseslərin mərkəzlərindən biridir.


Elnur ƏMİROV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Aprel 2026 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see327

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see300

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see280

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see278

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see234

Yeni Robotik Reabilitasiya Mərkəzində ağır xəstələr həyata qayıdır VİDEO

23 Sentyabr 2026 16:37see208

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see202

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see201

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see201

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see199

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see196

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see194

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see193

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see192

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see192

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see178

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see172

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see170

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see170

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri