Icma.az
close
up
RU
Bakı ədalətli sülhü dəstəkləyir

Bakı ədalətli sülhü dəstəkləyir

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Cənubi Qafqazda formalaşacaq əbədi stabillik iqtisadi inkişaf üçün zəmin formalaşdıracaq

Müstəqil Azərbaycan dövlətinin milli maraqlara əsaslanan praqmatik xarici siyasət kursu Cənubi Qafqazın sabit və çoxşaxəli inkişafı üçün mühüm zəmin formalaşdırır. Ölkəmizin regional sabitləşdirici faktor olaraq mühüm bir coğrafiyada oynadığı rol, iqtisadi-ticari əlaqələrin inkişafına verdiyi dəstək, siyasi-hərbi reallıqların formalaşdırılmasındakı aktiv iştirakı diqqətlə izlənir. Xüsusilə, Azərbaycanın yerləşdiyi bölgənin ümumi inkişaf tendensiyasının ən ön sıralara çıxması üçün ortaya qoyduğu bütün səylər yüksək dəyərləndirilir. Nəticələr göz önündədir: artıq Mərkəzi Asiya - Cənubi Qafqaz - Kiçik Asiya xətti üzrə yeni geostrateji iqtisadi-siyasi məkan formalaşıb. Bu isə dünya üçün yeni iqtisadi münasibələr sistemi yaradır ki, yeni baxışda Şərq-Qərb tranzitinin əhəmiyyəti məhz bu xətt üzrə təhlil olunur.

Vurğulandığı kimi, Azərbaycanın bu müsbətyönlü addımları beynəlxalq aləm tərəfindən diqqətlə izlənir və müsbət qarşılanır. Bunun nəticəsidir ki, Azərbaycan bütün platformalarda yaxın tərəfdaş, inamlı əməkdaş kimi qəbul edilir. Eyni zamanda, ölkəmiz dünyada meydana çıxan yeni çağırışlar fonunda beynəlxalq həmrəyliyin güclənməsinə davamlı töhfələr verir. Ölkəmizin xoş mərama əsaslanaraq irəli sürdüyü sülh təşəbbüsü bölgədə etimad mühitinin möhkəmlənməsinə, əlaqələrin intensivləşməsinə və regional təhlükəsizliyin daha da dərinləşməsinə xidmət edir. Xüsusi olaraq qeyd edilməlidir ki, bu məsələ güc mərkəzlərinin də gündəliklərində ən aktual prioritet kimi göstərilir. Dünyanın aparıcı güc mərkəzi kimi xarakterizə olunan ölkələr Azərbaycanın regionda yaratdığı sülh mənzərəsi ilə yaxından tanış olur.

ABŞ-ın yeni administrasiyasından sülh açıqlaması...

Təəssüfləndirici haldır ki, ayrı-ayrı hakimiyyətlər bölgədə yaradılan bu sülh təşəbbüslərini dəstəkləmək əvəzinə qarşısını almağa, hətta bəzi məqamlarda tormozlamağa çalışıb. Məsələn, Bayden-Blinken tandemi hakimiyyətləri dövründə Azərbaycana qarşı qeyri-adekvat münasibət sərgilənib. Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşündə də bildirdi ki, Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət göstərilib və bunun da nəticəsində ikitərəfli əlaqələrimiz böhrana sürüklənib. Təbii ki, bu hal sülh prosesinə də təsir göstərib. Bayden hakimiyyətinin sülhü dəstəkləmək əvəzinə, Ermənistan hakimiyyətini sülhdən yayındırırdı - bu isə bütövlükdə regionun inkişaf prosesinə olduqca mənfi təsirlər göstərirdi. Məsələn, ötən ilin aprelində imzalanan üçtərəfli sənəd, bu ilin yanvarında imzalanan xartiya deyilənləri təsdiqləyir.

Amma artıq bu proses arxada qalıb - Donald Trampın hakimiyyətə gəlişi ilə ABŞ özünün yeni siyasi istiqamətlərini müəyyənləşdirir. Bu bütün sferalarda özünü göstərir. Bir sıra mühüm kataklizmlərin qarşısını almaq üçün real addımlar atan Tramp administrasiyasının Cənubi Qafqaza münasibətdə real mənzərəyə uyğun davranacağına ümid böyükdür. Yeri gəlmişkən, ötən həftəsonu Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-ın Dövlət katibi Marko Rubio arasında telefon danışığı olub. ABŞ Dövlət Departamentinin yaydığı məlumatda bildirilib ki, söhbət zamanı Azərbaycan-Ermənistan sülh danışıqları da diqqət mərkəzində saxlanılıb. Rubio ölkəsinin Azərbaycanla Ermənistan arasında “dayanıqlı və ləyaqətli sülh” istədiyini vurğulayıb.

Bölgənin yeni inkişaf mərhələsi...

Təbii ki, bölgədə əbədi sülhün formalaşması olduqca vacib amildir. Regionla bağlı böyük investisiyaların, sərmayələrin, kapitalların müzakirə mövzusu olacağı layihələrin təhlükəsizliyi baxımından sülhün vacibliyi bir daha meydana çıxır. Eyni zamanda, bölgədə sabitliyin və stabilliyin qorunması, hərbi kataklizmlərin ehtimalının ortaya çıxmaması, işğalçı təfəkkürdən əl çəkilməsi tam şəkildə bərqərar olmalıdır. Əks halda yarana biləcək bir boşluq bu yeni münasibətlər sisteminin oturuşmasına mane ola bilər. İkinci bir tərəfdən, “yeni dünyanın” “yeni mərkəzi” sayılan regionumuzun geostrateji əhəmiyyəti hər kəsə bəllidir - qarşıdakı yeni çağırışların ən aparıcı ünsürü kimi meydana çıxan “yol” amilinə sahib olan Cənubi Qafqazda fərqli xarici maraqların təsir imkanlarının genişlənməsi üçün boşluq olmamalıdır. Bu və bu kimi səbəblər Ermənistan ilə Azərbaycan arasında imzalanacaq potensial sülh müqaviləsini öz analogiyalarından fərqləndirir. Yəni bu sənədi yalnız və yalnız bölgədə stabillik əldə edilməsi üçün iki tərəfin əldə edəcəyi razılaşma kimi qəbul etmək olmaz - bu sənəd qarşıdakı dövrün ən vacib siyasi-hüquqi istinad mənbəyinə çevrilmə perspektivinə malikdir.

Sülh üçün addımlar...

Beləliklə, Azərbaycan regionda ədalətli sülhün yaranmasında maraqlıdır. Ölkəmizin sülh üçün irəli sürdüyü şərtlər də bəllidir - 2022-ci ildə meydana çıxan prosesdə ön planda tutulan aparıcı meyarlar müəyyənləşdirilib. Ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması, əsassız iddiaların aradan qaldırılması kimi şərtlər gələcək dövrün sabitliyi üçün ən vacib məqamlardandır. Bu mənada, Azərbaycanın Ermənistanın Konstitusiyasında yer alan qondarma ərazi iddiasının dəyişdirilməsi tələbi də arqumentli, əsaslı bir tələbdir. Hazırki durumda Ermənistan hələ də Azərbaycan torpaqlarına iddiasını davam etdirir - Konstitusiyasında belə bu iddianı əks etdirən işğalçı ölkənin “gələcək planlarında” yenidən bu qondarma fikrə düşməyəcəyi qarantiya olunmur. Ötən 200 illik təcrübə bunu deməyə əsas verir.

Başqa sözlə, bu gün sülhə imza atacaq Ermənistanın siyasi hakimiyyətinin dəyişikliyi fonunda İrəvanda hökumətə yiyələnəcək bir başqa qüvvənin Konstitusiyanın bu müddəasını əlində əsas tutaraq sülhü pozmayacağına kimsə təminat verə bilməz. Beləliklə, Bakının İrəvandan tələb etdiyi Konstitusiya dəyişikliyi praktik olaraq həm haqlı, həm də ədalətlidir.

Digər tərəfdən, keçmiş “münaqişə”nin bitməsi fonunda Ermənistan ilə Azərbaycan arasında “beynəlxalq status”la tənzimlənəcək hər hansı anlaşılmazlıq qalmayıb - yəni “Qarabağ məsələsi” beynəlxalq gündəmdən çıxıb. Münasibətlərin normallaşması prosesi isə ikili danışıqların predmetinə çerilib. Bu halda Qarabağ məsələsində “vasitəçi” kimi fəaliyyət göstərən fəaliyyətsiz ATƏT-in Minsk Qrupu da avtomatik olaraq sıradan çıxır - ləğv olunur. Ermənistan bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləməli və ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı bəyanat verməlidir.

Ermənistan sülhə gəlməlidir...

Həqiqətdir ki, yeni dövrdə Cənubi Qafqaz üçün sülh artıq reallığa çevrilib. Azərbaycanın irəli sürdüyü şərtlərin mühüm əksəriyyəti Ermənistan tərəfindən qəbul edilir. Bu isə o deməkdir ki, proses nəticəyə yaxınlaşır. Bu, rəsmi İrəvanın artıq Azərbaycanın regionda yaratdığı yeni siyasi-iqtisadi reallıqları qəbul etməsi kimi dəyərləndirilsə də, bu ölkənin manipulyativ mahiyyəti hələ də sülhün yaranmasına maneədir. İrəvan özlüyündə anlayır ki, yaranan siyasi-iqtisadi reallıqlar sülhü və əməkdaşlığı aktuallaşdırır - belə bir iqtisadi platforma isə indiki zamanda Ermənistan üçün hava-su kimi lazımlıdır. Sosial problemlərin əsirinə çevrilmiş bu ölkə Azərbaycanın ona tanıdığı imkandan maksimum bəhrələnməli, özünün yeni inkişaf mərhələsini formalaşdırmalıdır. Amma bununla belə, həm silahlanma, həm də Ermənistanın siyasi rəhbərliyinin vaxtaşırı səsləndirdikləri qeyri-standart açıqlamalar prosesin nəticəyə varmasına mane olur. Bu mənada, ABŞ-ın yeni administrasiyası səsləndirdiyi kimi bölgədə ədalətli sülhün yaranmasını istəyirsə, Ermənistanın bu sülhə gəlməsini təmin etməlidir...

P.SADAYOĞLU

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 Fevral 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri