Icma.az
close
up
RU
KREMLDƏ NÖVBƏTİ “UKRAYNA BAZARLIĞI” YENƏ ALINMADI! Ukraynanı Putinə “yaxşı qiymətə” satmalı olan Uitkoff nədən əliboş dönür?

KREMLDƏ NÖVBƏTİ “UKRAYNA BAZARLIĞI” YENƏ ALINMADI! Ukraynanı Putinə “yaxşı qiymətə” satmalı olan Uitkoff nədən əliboş dönür?

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Putin bununla növbəti dəfə Trampı alçaldır...Başqa dünya liderlərini, ölkə başçılarını aşağılamaqdan həzz alan ABŞ Prezidenti isə bu cür alçaldılmasından sanki həzz alır...

Donald Trampın Vladimir Putinlə növbəti “Ukrayna bazarlığına” göndərdiyi, diplomatiyaya və geosiyasətə heç bir aidiyyatı olmayan “dost-kürəkən” cütlüyü - Stiven Uitkoff və Cared Kuşner, belə demək mümkünsə, Kremldən əliboş qayıdırlar. Bunu Rusiya və ABŞ tərəfinin ilkin açıqlamalarından aydın görmək olar...

Təxminən beş saat davam edən görüşdən sonra Putinin köməkçisi Yuri Uşakov deyib ki, ABŞ və Rusiya hələ də Amerika "sülh planında" ərazi məsələsinə aid kompromis tapmayıblar(Guya Rusiyanı maraqlandıran məhz ərazidir). Uşakovun sözlərinə görə, "ərazi məsələləri də qaldırılıb...

Ukrayna üçün hələlik heç bir kompromis planı yoxdur və bəzi Amerika təklifləri Rusiya üçün qəbuledilməzdir". Əslində, bununla da “danışıqlar”, “Tramp planı” və sair söz-söhbətlərə nöqtə qoymaq olardı. Ancaq göründüyü kimi, Trampa danışıqlar, sülh prosesi görüntüsü yaratmaq, Putinə isə bu oyunda iştirak edərək vaxt qazanmaq lazım olduğundan tərəflər “nə hə, nə də yox” prinsipi ilə prosesi yuzatmaqla məşğuldurlar. Buna görə də, Uşakov hansı “ərazi təkliflərinin” müzakirə olunduğunu deməyib, dəqiqləşdirməyib. Əvəzində, qeyd edib ki, Rusiya "bəzi şeylərlə razılaşmağa hazırdır, lakin tənqidə səbəb olan aspektlər də var”.

Uşakovun sözlərinə görə, “bəzi” Amerika təklifləri Rusiya üçün məqbuldur. O, Uitkoff və Kuşnerlə söhbəti "faydalı və konstruktiv" adlandırıb. Lakin tərəflərin Ukraynadakı böhranın həllinə doğru “nə yaxınlaşdığını, nə də irəlilədiyini” deyib. Onun dediyinə görə, görüşdən sonra Rusiya və ABŞ danışıqların mahiyyətini açıqlamamaq barədə razılığa gəliblər.

Uşakovun sözlərinə görə, hazırda Amerika və Rusiya prezidentləri arasında görüş planlaşdırılmır. Uşakov bildirib ki, Trampın ilkin 28 maddəlik planına əlavə olaraq, Moskva daha dörd sənəd alıb.

"Təbii ki, biz amerikalı həmkarlarımızla həmin layihələrin məzmununu, amerikalıların bir müddət əvvəl Moskvaya təqdim etdiyi sənədləri müzakirə etdik. Biz bu sənədləri nəzərdən keçirdik və konkret ifadələri və ya konkret təklifləri deyil, bu Amerika sənədlərində olanların mahiyyətini müzakirə etdik. Bu sənədlərin mahiyyətini açıqlaya bilmərəm, amma deyərdim ki, hamısı Ukrayna böhranının uzunmüddətli həlli ilə bağlıdır", - deyə Uşakov bildirib.

Uşakov Amerika nümayəndələrinin Kiyevə deyil, ABŞ-yə qayıdacağını, Moskva danışıqlarının nəticələrini Prezident Trampa təqdim edəcəyini və Rusiya tərəfi ilə əlaqə saxlayacağını əlavə edib. Yəni, Kremlin qarşısında prosesi “saqqız kimi uzatmaq” vəzifəsi olduğu kimi qalır və müvəffəqiyyətlə icra edilir...

Beləliklə, Tramp administrasiyasının Avropa ilə qətiyyən hesablaşmadan və Ukrayna tərəfinə təzyiqlə qəbul etdirdiyi bu mürtəce plan belə Kremli qane etmir. Bu da tam gözlənilən idi. Putin bununla növbəti dəfə Trampı alçaldır...Başqa dünya liderlərini, ölkə başçılarını aşağılamaqdan həzz alan ABŞ Prezidenti isə bu cür alçaldılmasından sanki həzz alır...


Putinin Dmitriyev və Uitkoff vasitəsilə ortalığa atdığı və Trampın adına çıxılan bu 28 maddəlik plan sadəcə, Rusiyaya qarşı sərt sanksiyaların və Ukrayaya uzaq mənzilli raketlərin ötürülməsinin qarşısını almaq, beləliklə, növbəti dəfə Trampın başına ip salıb fırlamaqla vaxt qazanmaq, buna paralel olaraq da, Ukarynanı məhv etmək, tabe etdirməkdən ötrü vaxt udmağa xidmət edib. Ancaq özünün qeyri-ciddi, qeyri-müəyyən, xaotik və narsis xüsusuiyyətlərini ABŞ-nin xarici siyasətinə də hopduran Tramp bu “planı” ciddi qəbul edərək, özünü və ətrafındakıları doğrudan da Putinin sülhə hazır olmasına və buna Kremllə “evcik-evcik oynamaqla”, eləcə də Ukraynanı korrupsiya qalmaqalı da daxil olmaqla, müxtəlif təzyiq və təhdidlərlə sındırmaq yoluyla nail olacağına inandırıb. Ancaq alınmır və çətin ki, alına...

Üzdə olan əsas suallardan biri odur ki, nədən bu dəfə də Tramp Kremlə Ukrayna nümayəndə heyətilə görüşdə ABŞ komandasına rəhbərlik etmiş, siyasətçi, beynəlxalq hüququ və diplomatiyanı yaxşı bilən bir peşəkar olaraq ABŞ Dövlət Katibi Marko Rubionu yox, Uitkoffla onun yanına qoşduğu kürəkənini göndərdi? Çünki Trampın özünün də bilərəkdən, yaxud bilmədən jurnalistlərin sualına cavab verərkən dediyi “Uitkoff Ukraynanı Rusiyaya satmalıdır” ifadəsinə söykənən siyasət qalmaqdadır. Bu siyasətdə isə peşəkar diplomatlar, siyasətçilər yox, Uitkoff kimi orta səviyyəli daşınmaz əmlak alverçiləri və hakim ailəyə yaxın biznesmenlər iştirak etməlidir, necə ki, iştirak da edir. 

Bu danışıqların məqsədi və Uitkoffla kürəkənin vəzifəsi əlbəttə ki, Ukraynanı xilas etmək, azad, firavan, müstəqil yaşatmaq, yox, Trampın etiraf etdiyi kimi, satmaqdır! Amma yaxşı, sərfəli, mümkün qədər baha qiymətə SATMAQ! Lakin alver, sövdələşmə hələ ki, alınmır. Ona görə yox ki, qarşı tərəf xəsisdir. Ona görə ki, Kremlin iştahı daha böyük, maraqları isə fərqlidir – dünyanı yenidən bölüşdürmək və bu bölgüdə baş rollarda iştirak etmək (baxmayaraq ki, buna nə iqtisadi, nə siyasi, nə hərbi, nə də texnoloji potensialı var), Ukraynanı tam özünə tabe etdirmək, ya da məhv etmək. Çünki Ukraynasız, Kiyevsiz rus imperiyası olmayıb, yoxdur və olmayacaq...

Cəlal Məmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Dekabr 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri