Bakı Ələt yolunda “07”nin təkəri yerindən çıxıb irəlilədi, sonda… VİDEO
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı–Ələt yolunda təhlükəli anlar kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb.
Hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin təkəri yerindən çıxaraq bir müddət yol boyunca sərbəst hərəkət edib. Bu zaman təkər digər nəqliyyat vasitələri üçün təhlükə yaradıb və hərəkəti ləngidib.
Xoşbəxtlikdən qəza baş verməyib. Kadrlardan görünür ki, təkəri çıxan avtomobilin sürücüsü maşını yol kənarında saxlayıb, yaxınlaşan təkəri isə sərnişin vaxtında dayandırıb.
Qeyd edək ki, bu cür hallar adətən təkərin düzgün bərkidilməməsi, avtomobilin texniki nasazlığı və ya yol şəraitindən qaynaqlanır. Sürücülər avtomobillərinin təkərlərini və mühüm hissələrini mütəmadi yoxlamalı, hər hansı sərbəst hərəkət edən əşyalara qarşı diqqətli olmalıdırlar.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 05 Mart 2026 18:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















