Icma.az
close
up
RU
Bakı Enerji Həftəsi: 30 illik uğurlu yol

Bakı Enerji Həftəsi: 30 illik uğurlu yol

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Pərvanə SULTANOVA
[email protected]

Bu günlərdə bütün dünyanın diqqəti yenidən Azərbaycanın paytaxtına yönəlib. Belə ki, sayca artıq 30-cu olan “Bakı Enerji Həftəsi” yenidən enerji rəsmilərini, aparıcı şirkətləri, biznes dairələrini, ekspertləri bir araya gətirib. Dünyanın, xüsusilə Avropanın hazırda enerjiyə ehtiyacı daha çoxdur. Bu gün enerji təminatı həm də milli təhlükəsizlik üçün önəm kəsb edir. Bu mənada “Bakı Enerji Həftəsi” artıq təkcə neft-qaz hadisəsi kimi deyil, ümumilikdə geoiqtisadi məsələləri əhatə edən mühüm və hər kəsin gözlədiyi bir tədbirə çevrilib. Builki foruma 39 ölkədən 267 şirkət qatılıb. Böyük Britaniya, ABŞ, Norveç, Yaponiya, Finlandiya, Sinqapur, Türkiyə, Gürcüstan, Qazaxıstan, Almaniya və BƏƏ-dən nümayəndə heyətləri tədbirlərdə iştirak edirlər.

Bu il “Baku Energy Week” çərçivəsində üç əhəmiyyətli tədbir - 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgisi “Caspian Power” və 30-cu Yubiley Bakı Enerji Forumu birləşdirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin hər il açılış mərasimində iştirakı tədbirin yüksək statusunu bir daha nümayiş etdirir. Eyni zamanda, aparıcı dövlətlərin liderlərinin təbrik məktubları da forumun önəmini nümayiş etdirməklə yanaşı, Azərbaycana münasibətin göstəricisidir. 

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə baş məsləhətçisi Vyatt Toehlke sərgi iştirakçılarına Prezident Donald Trampın müraciətini çatdırıb. Rəsmi müraciətdə Azərbaycanın regionda enerji sektorunda liderliyi və qlobal enerji təhlükəsizliyindəki rolu vurğulanır. Tramp vurğulayıb: “Otuz il ərzində iki millətimiz, iki xalqımız həqiqətən də enerji sərvətləri fonunda karbohidrogen sektorunda liderliyini nümayiş etdiriblər... ABŞ Azərbaycanla tərəfdaşlığını enerji sabitliyinin həyata keçirilməsinin mümkünlüyü istiqamətində də davam etdirmək əzmindədir. Biz bu önəmli sektorla birlikdə səylərimizi enerji müstəqilliyinin dayanıqlılığı və iqtisadi artım istiqamətində reallaşdıra bilərik”.

Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın səsləndirdiyi Prezident Rəcəb Tayyib Ərdoğanın təbrikində isə qeyd olunub ki, - üç əsas səbəb - təhlükəsiz təzminat, asılılığın azaldılması və əlçatanlılıq məsələləri önəmlidir. Bunların təmin olunması üçün alternativ enerji, nüvə enerjisi, neft və qaz sənayesinin, həmçinin kritik mineral qazıntıların inkişaf etdirilməsi önəmlidir. Türkiyə ilə Azərbaycan arasındakı tərəfdaşlıq həqiqətən də bir strateji modeldir. Onun kökləri tarixi, mədəni və ortaq bağlarla ifadə olunur. Eyni zamanda, digər liderlər, Avropa İttifaqı tərəfindən tədbirə dəstək ifadə olunub.

Əlbəttə ki, hazırkı nöqtəyə çatmaq elə də asan olmayıb. Azərbaycan 90-cı illərin əvvəlində çox çətin siyasi-iqtisadi vəziyyətlə üz-üzə idi, bir tərəfdən Ermənistanın işğalı, qaçqın və məcburi köçkün problemi yenicə müstəqilliyini əldə etmiş dövləti ağır sınaqlarla üz-üzə qoymuşdur. Məhz Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi, səyləri nəticəsində bu vəziyyətdən çıxmaq, xarici investorlarda inam yaratmaq, enerji sektorunu Azərbaycanın iqtisadi inkişafının təməl daşına çevirmək mümkün oldu.

Prezident İlham Əliyev 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” sərgilərinin və 30-cu “Baku Energy Forum”un rəsmi açılış mərasimindəki çıxışında bununla bağlı deyib: 

“Artıq qeyd edildiyi kimi, ilk neft-qaz sərgisi 1994-cü ildə təşkil edilib. Həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi” adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzaladı. Bunlar Prezident Heydər Əliyevin baxışı sayəsində mümkün oldu. O, aydın şəkildə anlayırdı ki, xüsusilə də enerji sahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan - nəzərə alsaq ki, o zaman bizim iqtisadiyyatımızın ən cəlbedici sahəsi məhz enerji idi, - Azərbaycan çətinliklərin öhdəsindən gələ bilməyəcək və həqiqi müstəqil dövlət ola bilməyəcək. Çünki bu gün həmin dövrə nəzər salanda aydın olur ki, müstəqillik uğrunda yol həmin tarixi məqamdan başladı. O zaman Azərbaycan müəyyən obyektiv səbəbdən xarici investorlar üçün riskli ölkə hesab edilirdi. Ölkədə vətəndaş qarşıdurması yeni başa çatmışdı, iqtisadiyyat iflic vəziyyətində idi, inflyasiya 1000 faizlə ölçülürdü və yoxsulluq hökm sürürdü. Bununla yanaşı, ərazilərimizin Ermənistan tərəfindən işğalı nəticəsində 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdı. Təsəvvür edirsiniz ki, gələcəklə bağlı nə dərəcədə qaranlıq mənzərə yaranmışdı?! Bu gün isə onu görürük ki, bizim enerji siyasətimiz iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir.

Bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir. Neft və qazın bizim ÜDM-də payı təqribən 30 faizdən artıqdır. Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirir. Bizim iqtisadiyyatımız özünü təmin edir”.

Azərbaycan Vətən müharibəsindəki parlaq qələbəsi ilə regionda yeni reallıqlar yaratdı. Bu gün həmin reallıqlar qlobal müstəvidə qəbul edilir. Açıq dənizə çıxışı olmayan Azərbaycan, bununla belə Avrasiyanın vacib nəqliyyat qovşaqlarından birinə çevrilib. Azərbaycan tərəfdaşlarla birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərləri inşa edib. Dövlət başçısının dediyi kimi, bunların tacı Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizidir. Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir. Təbii qaz ixracı ötən il 25 milyard kubmetrə çatıb, 2030-cu ilədək qaz ixracının 8 milyard kubmetrə qədər artırılacağı gözlənilir.

Ölkəmiz bərpaolunan enerji sahəsində də böyük potensiala malikdir. Belə ki, Azərbaycan 2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olacaq ki, bu da ümumi enerji istehsalının 35 faizdən çoxunu təşkil edəcək.

Milli Məclisin deputatı Aydın Hüseynov mövzu ilə bağlı deyib ki, Bakı Enerji Forumu çox mühüm bir tədbirdir. Hər il bu tədbirlərdə iştirak edən şirkətlərin sayı artır: “Bu forum ABŞ-ın Prezidentinin, Avropa İttifaqı liderlərinin və digər aparıcı tərəflərin diqqət mərkəzindədir. Burada energetika sahəsini təmsil edən rəhbər şəxslərin iştirakı bir daha onu göstərir ki, bu, çox önəmli tədbirdir. Ölkə lideri öz çıxışında Azərbaycanın indiyə kimi enerji sektorunda əldə etdiyi nailiyyətlər, ümumiyyətlə enerji siyasəti və qarşıdakı perspektivlərlə bağlı çox dəyərli fikirlər səsləndirdi. Dövlət başçısının çıxışının əsas məğzini keçdiyimiz bu yolun tarixi, hansı nailiyyətlər əldə etdiyimiz və həmin nailiyyətlərin hansı istiqamətlərə yönləndirilməsi yəşkil edirdi. Məlumdur ki, 1994-cü ildə neft konsersumu əldə olundu. Bu konsersumun əldə olunması elə bir dövrə təsadüf edirdi hər birimiz bilirik ki, o zaman Azərbaycanın iqtisadiyyatı tam bir böhran vəziyyətində idi. Bu, bizim yaxın tariximizdir. Söhbət 1993-1994-cü illərdən gedir. Ulu öndər Heydər Əliyevin çox böyük qətiyyəti sayəsində neft konsersumu əldə olundu. Bu neft müqavilələri ümumən dünya iqtisadiyyatının, dünya enerji siyasətinin coğrafiyasını və istiqamətini dəyişdi. Əlbəttə ki, burada ən mühüm məqsəd ölkə iqtisadiyyatını böhranlı vəziyyətdən çıxarmaq idi. Bunun da yeganə yolu Xəzər dənizinin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması idi. Bu sahədə atılan addımlar az vaxt ərzində öz bəhrəsini verdi. Yəni 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı, bir il sonra, 1995-ci ildə Azərbaycan iqtisadiyyatında artıq artım qeydə  alındı. Bununla da biz iqtisadi böhrandan, tənəzzüldən iqtisadi inkişafa doğru irəliləmiş olduq. Sonrakı mərhələlərdə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi- Ərzurum kəmərləri, eyni zamanda, TANAP, TAP layihələri və s. hamısı məhz həmin illərdən başlayaraq çox düzgün şəkildə müəyyən edilmiş strategiyanın bəhrələridir”.

Deputat deyib ki, indi dünyanın özünün marağında olan ən başlıca məsələlərdən biri alternativ enerji, yaşıl enerjidir: “Ölkə iqtisadiyyatının, ümumiyyətlə neft strategiyasının hədəfləri o qədər düzgün şəkildə seçildi ki, neft gəlirləri qeyri-neft sektoruna yönəldildi və bu sektorun əsas qollarından olan bərpaolunan enerji sahəsinin inkişafı üçün böyük nailiyyətlər vəd edən addımlar atıldı. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan dünyanın 12 ölkəsinə qaz ixrac edir, bunlar bizim əlbəttə ki, büdcə gəlirlərimizi, valyuta ehtiyatlarımızı artıran mənbələrdir. Digər tərəfdən yaşıl enerjiyə keçməklə biz yenidən dünya bazarında bu sahədə önəmli ölkələrdən birinə çevriləcəyik. Enerji istehsalımızın 35 faizə qədərini yaşıl enerji və bərpaolunan enerji mənbələrinin hesabına ödənilməsi bir perspektiv olaraq qarşıya qoyulub. Azərbaycanın bu sahədə böyük potensialı var. Ən böyük potensialımız həm də Xəzər dənizindədir. Azərbaycanın öz yanacağını Avropaya, ümumiyyətlə dünya bazarlarına çıxarması həm də ölkəmizin nüfuzunun artması deməkdir. Bu həm də Azərbaycanın müstəqil siyasət həyata keçirməsindən irəli gəlir. Azərbaycan iqtisadi cəhətdən tam müstəqildir. Biz heç bir mənbədən asılı deyilik, bütün layihələri Azərbaycan öz gücünə, daxili maliyyə mənbələri hesabına icra edir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://525.az
archiveBu xəbər 04 İyun 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see433

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see195

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see123

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see118

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see114

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see113

Zelenski onu Birləşmiş Qüvvələrin komandanı təyin etdi

04 İyun 2025 11:23see113

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see113

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see112

“Nursema”nın estetikdən əvvəlki halı diqqət çəkdi

04 İyun 2025 15:39see112

Mətin Eynullayevə ağır itki

04 İyun 2025 09:11see112

“Real” 17 yaşlı istedadı transfer etdi

05 İyun 2025 19:13see111

Gizlin qalmış ən məşhur sirr: 3 yaşlı Medlinin izi 18 ildən sonra yenidən axtarılır

04 İyun 2025 07:46see111

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see111

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see111

Zərdüşt Əlizadə: “AXC xalqla yox, mafiya ilə işləyirdi”

04 İyun 2025 15:44see110

Orban Ukraynanın Aİ üzvlüyünə etiraz etdi

04 İyun 2025 08:26see110

Feliksə qiymət qoydular

04 İyun 2025 15:28see110

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see110

İstidə yeyilməməli qidalar açıqlandı: Dondurma və limonad siyahıdadır

04 İyun 2025 07:18see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri