Icma.az
close
up
RU
“Bakı Enerji Həftəsi” enerji sektorunda qazanılan uğurların təqdimatıdır ŞƏRH

“Bakı Enerji Həftəsi” enerji sektorunda qazanılan uğurların təqdimatıdır ŞƏRH

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 2 iyun, AZƏRTAC

Azərbaycan beynəlxalq dialoq, qlobal əməkdaşlıq məkanı kimi mövqeyini günbəgün möhkəmləndirir. Ölkəmizin ev sahibliyi etdiyi tədbirlərin say tərkibinə, əhatə etdiyi mövzulara diqqət yetirdikdə malik olduğu təcrübələrini bölüşmək, hədəflərə doğru birgə addımlar atmaq istəyi daha aydın görünür. 46 ölkədən 276 şirkəti bir araya gətirən “Bakı Enerji Həftəsi” Azərbaycanın enerji sektorunda qazandığı uğurların, təcrübənin, həmçinin bu sahəyə artan beynəlxalq marağın bir daha təqdimatı oldu. Bu, ölkələrin sayına görə sərgi tarixində rekord göstəricidir. Sərgi iştirakçılarının təxminən 60 faizini xarici şirkətlər, 40 faizini isə yerli müəssisələr təşkil edir. Daimi iştirakçılar isə ümumilikdə sərgi sahəsinin 40 faizini əhatə edir. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildən başlayaraq ənənəvi keçirilən bu tədbir illər keçdikcə coğrafiyasını daha da genişləndirir, hər dövrün çağırışlarının yüksək səviyyədə yerinə yetirilməsi üçün iştirakçı ölkələr, şirkətlər arasında əlaqələrin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayır. 1994-cü ildə keçirilən ilk Xəzər Neft və Qaz Sərgisi tarixə “Əsrin müqaviləsi” kimi yazılan sazişin imzalanmasında mühüm dönüş nöqtəsi oldu. İlk sərgi Azərbaycanın enerji diplomatiyasında əhəmiyyətli rol oynadı. Bu gün “Bakı Enerji Həftəsi”nin özündə birləşdirdiyi üç mötəbər tədbirin hər biri - 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum” ölkəmizin enerji sektorunda keçdiyi inkişaf yolunu təqdim edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib. Deputat qeyd edib ki, Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfələr davamlılığı ilə diqqətdədir: “Dövlətimizin başçısı İlham Əliyev hər zaman çıxışlarında Azərbaycanın enerji təcrübəsindən geniş bəhs edir və bu çağırışı səsləndirir ki, bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır.

Malik Həsənov vurğulayıb ki, hər il keçirilən Bakı Enerji Həftəsi ötən bir ildə enerji sektorunda qazanılan uğurların təqdimatı ilə diqqət çəkir: “Bircə faktı qeyd etmək kifayətdir ki, ötən tədbirdə Azərbaycanın 12 ölkəyə təbii qaz ixrac etdiyi qeyd edilmişdi. Bu gün isə həmin rəqəm 16-ya çatıb. Onların 10-u Avropa İttifaqına üzv ölkələrdir. Azərbaycanın təbii qaz ixracı həm həcm, həm də coğrafiya baxımından genişlənir. Prezident İlham Əliyev çıxışında bu məqama xüsusi diqqət yönəldərək qeyd edib ki, ölkələrin sayı, əlbəttə, artacaq. Boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafiya kimi parametrlərə baxsanız, görərsiniz ki, biz dünyada birinciyik. Qlobal enerji təhlükəsizliyinə töhfəmiz artacaq. Düzgün enerji siyasəti bizə Azərbaycandan xaricə sərmayə yatırmağa imkan verdi. Otuz il bundan əvvəl investorları cəlb edirdik. İndi isə öz investisiyalarımızla xaricə çıxırıq. Bu gün Dövlət Neft Şirkəti – SOCAR Yaxın Şərqə, Afrikaya və Mərkəzi Asiyaya investisiya yatırır və bu coğrafiya daha da genişlənəcək”.

Deputat bildirib ki, “Bakı Enerji Həftəsi” bu gün ənənəvi enerji sektoru ilə yanaşı, yaşıl enerji, rəqəmsallaşma, süni intellekt texnologiyaları, logistika, sənaye və infrastruktur sahələrində də mövcud imkanların təqdimatında əhəmiyyətli rol oynayır.“Bakı Enerji Həftəsi” çərçivəsində imzalanan sənədlər, keçirilən görüşlərdə aparılan müzakirələr, müasir dövrün çağırışlarına uyğun olaraq səylərin birləşdirilməsinə yönələn addımlar qarşıdakı dövrün aydın mənzərəsini yaradır. Çıxışlarda bir daha vurğulandı ki, Bakı enerji tərəfdaşlıqlarının gələcəyinin müzakirə olunduğu bir məkandır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyun 2026 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri