Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

“Bakı Enerji Həftəsi” qlobal enerji sektorunda mühüm yer tutur

“Bakı Enerji Həftəsi” qlobal enerji sektorunda mühüm yer tutur

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Builki “Bakı Enerji Həftəsi”ndə indiyədək olmadığı sayda - 46 ölkədən 270-dən çox şirkət nümayəndəsi iştirak edir. 30 il əvvəl Xəzər Neft və Qaz Sərgisi kimi fəaliyyətə başlayan bu platforma artıq dünyada “Bakı Enerji Həftəsi” kimi nüfuz qazanıb. ABŞ və Türkiyə Prezidentlərinin, Böyük Britaniya Baş nazirinin Azərbaycan Prezidentinə ünvanladıqları təbrik məktubları bir daha təsdiq edir ki, “Bakı Enerji Həftəsi” qlobal enerji sektorunda müstəsna çəkiyə malikdir.

İllər ötdükdən sonra bir çoxları, hətta bədxahlarımız da etiraf edirlər ki, Ümummilli Lider Heydər Əliyev 30 il əvvəl “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla Azərbaycanın iqtisadi müstəqilliyinin təməlini qoydu. Ulu Öndər bütün maneə və təzyiqlərə baxmayaraq,  geosiyasi və geoiqtisadi maraqları bir-biri ilə ziddiyyət təşkil edən aparıcı ölkələrin dövlət və hökumət başçılarını, neft-qaz sektorunun nüfuzlu şirkətlərini 1994-cü il sentyabrın 20-də Bakıda bir araya gətirə və XX əsrin ən böyük Neft Kontraktının imzalanmasına nail ola bildi. “Bakı Enerji Həftəsi”nin açılış mərasimində “ICA Events” şirkətinin İdarə Şurasının  müşaviri Tomas Hordun xüsusi vurğuladığı bu məqam, əslində, ölkəmizin enerji strategiyasının uğur düsturunu əks etdirir: “1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan müasir tarixində yeni bir səhifə açdı. Tarixi “Əsrin müqaviləsi”nin imzalanması ilə yanaşı, təşkil olunan ilk Xəzər Neft və Qaz Sərgisi ölkənin uzunmüddətli enerji strategiyasının təməlini qoydu, Azərbaycanı qlobal enerji sektorunda etibarlı və vacib tərəfdaş kimi təsdiqlədi”.  

Zaman-zaman ölkəmizə qarşı aparılan çirkin qarayaxma kampaniyasına, hətta bəzi beynəlxalq maliyyə institutlarının kənar təsir altında qərəzli mövqeyinə baxmayaraq, Prezident İlham Əliyev Ulu Öndərin enerji siyasətini qətiyyətlə davam etdirdi və vaxtilə Azərbaycana dil uzadanlara həyata keçirməyə müvəffəq olduğu TAP və TANAP, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu kimi meqalayihələrlə və qalib Azərbaycan gerçəkliyi ilə cavab verdi. Cənab Prezident bir neçə gün əvvəl-Müstəqillik Günündə Şuşa rayonunun Böyük Qaladərəsi kəndində bugünkü reallığı mümkün edən mübarizə və mücadilə yolunu belə təsvir etdi: “İndi dünyada 200-ə yaxın müstəqil ölkə var. Amma demək olmaz ki, onların hər biri doğrudan da müstəqildir. Biz, sözün əsl mənasında, müstəqil dövlətik. Çünki öz taleyimizi özümüz həll edirik, siyasətimizi heç kimə baxmadan xalqın, dövlətin naminə, milli maraqların qorunması əsasında aparırıq”.

Xüsusilə tarixi Zəfərimizdən sonra bugünkü Azərbaycan reallığını hətta aparıcı ölkələrin dövlət və hökumət başçıları da etiraf edir, Prezident İlham Əliyevin qətiyyətli Lider xarakterinə və mövqe bütövlüyünə hörmət və ehtiramlarını gizlətmirlər . ABŞ Prezidenti Donald Trampın Azadlığa Dəstək Aktının 907-ci maddəsinin ləğv müddətinin uzadılması ilə bağlı imzaladığı memorandum sənədinin üzərinə  Prezident İlham Əliyev barədə “Siz dahisiniz”  fikrini şəxsən qeyd etməsi də elə həmin reallığın əyani etirafıdır. Təsadüfi deyil ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunda bir məqam xüsusi vurğulanır: “Regionumuzda yaşanan proseslər Azərbaycanla birlikdə enerji sahəsində atdığımız addımların nə qədər düzgün olduğunu göstərir. Bölgəmiz üçün xəyal kimi görünən bir çox meqalayihəni Azərbaycanla birlikdə uğurla həyata keçirməkdə davam edirik”. BöyükBritaniyanın Baş naziri Kir Starmerin təbrik məktubunda ölkəmizin ağır geosiyasi şərtlər altında Ukraynaya göstərdiyi humanitar yardımın məxsusi qeyd edilməsi isə Azərbaycanın müstəqil xarici siyasət kursunun yüksək səviyyədə etirafı deməkdir.

“Bakı Enerji Həftəsi” və 1-ci Azərbaycan-ABŞ İqtisadi Dialoqu çərçivəsində ümumi maliyyə dəyəri 7,5 milyard dollara çatan sazişlərin imzalanmasının özü də bugünkü Azərbaycan reallığının nəticəsidir. ABŞ, Türkiyə, Serbiya, San-Marino və Fransanın qabaqcıl şirkət və qurumları ilə  imzalanan bu sazişlər enerji sektoru ilə yanaşı, iqtisadiyyatın digər sahələrini, həmçinin investisiya və rəqəmsal texnologiyaları əhatə edir. Bu müqavilələr ABŞ-Azərbaycan münasibətlərinin şaxələndirilməsi strategiyasını və yüksək texnoloji iqtisadi müttəfiqliyə keçidini təsbit edir.

Davam edən müharibə və münaqişələr, Hörmüz boğazında yaşanan gərginlik nəqliyyat zəncirlərinin qırılmasını qaçılmaz edir və bu, nəticə etibarilə qlobal iqtisadiyyatı təsirləndirir. Belə bir mürəkkəb şəraitdə Azərbaycan 16 ölkənin, o cümlədən Avropa İttifaqına üzv olan 10 dövlətin enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verməyə davam edir. Xarici tərəfdaşlarımız yaxşı bilirlər ki, Azərbaycan bütün çətinliklərə, təhdid və təzyiqlərə baxmayaraq, öhdəliklərini yerinə yetirmək üçün qətiyyətli siyasi iradəyə sahibdir.

Onlar artıq onu da etiraf edirlər ki, Azərbaycanın beynəlxalq hüquq normaları əsasında Cənubi Qafqazda yaratdığı yeni reallıq Avrasiya məkanında dayanıqlı inteqrasiya prosesləri üçün tarixi fürsət yaradıb. Heç şübhəsiz ki, bu tarixi fürsətlərdən biri də Zəngəzur dəhlizi ilə bağlıdır. Prezident İlham Əliyevin “Bakı Enerji Həftəsi”nin açılış mərasimində verdiyi mesajın kökündə  siyasi iradə amili ilə yanaşı, quruculuğunda şəxsən iştirak etdiyi bugünkü reallığa praqmatik və qətiyyətli Lider baxışı dayanır: “Şərq-Qərb dəhlizi uğurla fəaliyyət göstərir. Şübhəsiz ki, Şərq-Qərb dəhlizinin yeni qolu olacaq Zəngəzur dəhlizi də inşa ediləcəkdir. Bu, ötən il avqustun 8-də Ağ Evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti, Ermənistanın Baş naziri və mənim tərəfimdən imzalanmış sənədə əsaslanır. Bütün bunlar hamımız üçün böyük sərvətdir”.

Bu tarixi fürsət, Avropa və Asiyanın yaxınlaşması üçün Azərbaycanın yaratdığı bənzərsiz geoiqtisadi imkanlar ortada ola-ola, cahil və rüsvayçı motivlər əsasında ölkəmizə qarşı durmadan qərəzli qətnamə qəbul edənlərin, hibrid hücumlardan və çirkin qarayaxma kampaniyasından hələ də əl çəkmək istəməyən dairələrin nəzərinə: Tanınmış fransız yazıçısı və ədəbi tənqidçisi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Anatol Fransın məşhur bir kəlamı var, o deyirdi ki, “Ən nadir mərdlik-fikir mərdliyidir”. Heç olmasa, bu ibrətamiz nəsihətə əməl edin.

Ülvi Quliyev, 
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 İyun 2026 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see317

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see276

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see259

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see256

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see251

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see245

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see241

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see222

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see218

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see217

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see215

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see212

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see210

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see207

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see198

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see183

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see176

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri